Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-252/2022 11.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Yusifbəyli (Sadıxova) Gülnar Nizami qızının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli, 009516 saylı aktın qanunsuz olduğu üçün qanunsuz hesab edilməsi və həmin akt əsasında yazılmış borcun silinməsi və məcburi qaydada ödənilmiş 2300 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bı̇ lallı Rafiq Nuru oğlu ünvan 1 ünvanında “Xaniman” restoranını icarə əsasında işlədir. İşlətdiyi “Xaniman” restoranının "xxxx" ASC ilə müqaviləsi var və o, hər ay restoran tərəfindən işlədilən aylıq enerji haqqını "xxxx" ASC-nə ödəmişdir. 17 may 2021-ci ildə "xxxx" ASC-nin işçiləri gələrək binaya gələn elektrik xətlərini yoxlamış, hər hansı bir problemin olmamasını bildirmişlər. Bir necə gün sonra sayğaca, transformatora baxış keçirilmiş, guya sayğacda bir naqilin boş qalmasından, birləşmə yerinin qırıldığını deyib akt tərtib etmişlər. Sayğac obyektdə açıq yerdə quraşdırılmışdır. Bu hadisədən sonra sayğacı podstansiyaya qoyaraq sərfiyyatını özləri artırmağa başlamışlar. İddiaçı sayğaca nəzarət etmək hüququndan məhrum olmuşdur. Onlar sayğacı qapalı yerə yerləşdirdikdən sonra sərfiyyat artırmağa başlamışdır. "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən 17 may 2021-ci il tarixində iddiaçıya məxsus hesablaşma elektrik sayğacına baxış keçirilmiş və sayğacın “A” fazasından keçən elektrik yükü qeyd etməməsi barədə 009516 nömrəli akt tərtib edilmişdir. Lakin yuxarıda qeyd edilənlər nəzərə alınmadan "xxxx" ASC-nin Akt komissiyası tərəfindən Qaydaların heç bir bəndinə istinad edilmədən yenidən hesablaşma aparılaraq 51174 kVts (dəyəri 4605,66 manat) əlavə elektrik enerjisi sərfiyyatı hesaba daxil olmuşdur. Əgər A fazasından keçən elektrik yükünü müəyyən etmiş olsaydılar belə yenə də 1 aylıq təkcə hesablama aparılmaqla iddiaçının heç bir qanunsuz enerji sərfiyyatından istifadə etmədiyini, yaxud da cüzi bir sərfiyyat olduğunu qeyd edərdilər. Eyni zamanda, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğaca baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Cavabdeh iddiaçıya məxsus restorana məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirərkən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməmişdir. Həmin akta görə iddiaçıya 4605 manat borc yazılmışdır. Akt qanunsuzdur. Bundan 9 gün sonra Binəqədi İşıq İdarəsi tərəfindən 26 may 2021-ci ildə xəbərdarlıq məktubu göndərilərək qeyri-qanuni olaraq cəriməni ödəmək üçün 2 gün vaxt verilmişdir. Restoranda xarab olan ərzaqlar olduğundan məcbur olaraq qanunsuz yazılmış həmin cərimənin 2300 manatını iddiaçı ödəmişdir. İddiaçı bununla bağlı müvafiq orqanlara şikayətlər ünvanlamışdır. Bundan sonra akt əsasında yazılmış borcun 2300 manatı silinmişdir. İddiaçının müraciət etdiyi Azərbaycan Respublikası Energetka Nazirliyi Enerji Məsələlərini tənzimləyən Agentliyin Bakı tərəfindən verilmiş təkrar 19 iyun 2021-ci il tarixli 2141/21 saylı və 16 avqust 2021-ci il tarixli 2778/21 şikayət məktublarına cavab məktublarında da yazılmış aktın qanunsuzluğu öz əksini tapmışdır. Onlar bu qanunsuzluqları aşkar edərək 2300 manat borcu silmişlər. Bu da öz növbəsində onu göstərir ki, borc əsassız yazılmışdır. İddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Bundan əlavə sayğac qapalı yerdə quraşdırıldıqdan sonra da hər ay baxış keçirilmiş və bu hər hansı bir məlumat verilməmişdir. 17 may 2021-ci il tarixli, 009516 saylı akt tam qanunsuz və əsassızdır. Həmin aktda göstərilir ki, ”EEİQ-na uyğun uçota baxış keçirən zaman məlum oldu ki, sayğac A fazadan keçən elektrik yükünü qeyd etmir. Belə ki, sayğacın elektron baxış tablosunda A fazasının ilik simvolu o göstərir. SQ və UN idarəsinin əməkdaşı tərəfindən A fazasının üzərində quraşdırılmış transformatırın üzərindəki möhür və lak parça açıldı. Məlum oldu ki, həmin fazanın gərginlik naqilinin kabelinin bərkildiyi hissənin izoliyasiyası tam təmizlənməmişdir və toxunaqlıq yoxdur. Bütün bunlar onların aktının qanunsuz tərtib etdiyini təsdiq edir. Çünki sayğaca müdaxilə yoxdursa və hər ay qaydasında yoxlanılırsa artıq sərfiyyatın olması mümkün deyildir. Bakı Kommersiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, e-2-2(113)-4711/2021 saylı qərardadına əsasən X1 "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi barədə iş üzrə iddiaçı X3 əsl iddiaçı Yusifbəyli (Sadıxova) Gülnar Nizami qızı ilə əvəz olunmuş və iş üzrə icraat təzələnərək işə əvvəldən baxılmağa başlanılmışdır. Həmçinin, Yusifbəyli (Sadıxova) Gülnar Nizami qızı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək "xxxx" ASC tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli, 009516 saylı akt əsasında yazılmış borcun silinməsi və məcburi qaydada ödənilmiş 2300 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 17 may 2021-ci il tarixli, 009516 saylı akta əsasən sayğac “A” fazasından keçən elektrik yükünü qeyd etmədiyi, sayğacın elektron baxış tablsunda “A” fazasının gərginlik simvolu “0” göstrdiyi, “A” fazanın gərginlik naqilinin güc kabelinə bərkidildiyi hissənin izolasiyası tam təmizlənmədiyi və toxunaqlıq olmadığı müəyyən edildiyi qeyd olunmuşdur. - 26 may 2021-ci il tarixli icra vərəqinin surətindən görünür ki, 17 may 2021-ci il tarixli, 009516 saylı akta əsasən “Xaniman” restoranına 4605,66 manat pul vəsaiti hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib olunmuş abunə haqqında məlumatdan görünür ki, fiziki şəxs Sadıxova Gülnar tərəfindən 28 may 2021-ci il və 31 may 2021-ci il tarixlərdə müvafiq olaraq 1300 və 1000 manat olmaqla ümumilikdə 2300 manat pul vəsaiti ödənilmişdir. - 17 iyun 2021-ci il tarixli, MXİ 0508 №-li protokldan görünür ki, 17 may 2021-ci il tarixli, 009516 saylı akta əsasən aparılmış hesabata yenidən baxılmış və hesablanmış 4605,66 manat məbləğində pul vəsaitindən 2287,26 manat çıxılaraq məbləğ 2318,4 müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. - 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. - 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 17 may 2021-ci il tarixli, 009516 saylı akta əsasən sayğac “A” fazasından keçən elektrik yükünü qeyd etmədiyi, sayğacın elektron baxış tablsunda “A” fazasının gərginlik simvolu “0” göstrdiyi, “A” fazanın gərginlik naqilinin güc kabelinə bərkidildiyi hissənin izolasiyası tam təmizlənmədiyi və toxunaqlıq olmadığı müəyyən edildiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, akt əsasında hesablanmış 2318,4 manat məbləğində borc silinməli və ödənilmiş 2300 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması tələbinə dair iddiası təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 17 may 2021-ci il tarixli, 009516 saylı akt əsasında hesablanmış 2318,4 manat məbləğində borc silinsin və ödənilmiş 2300 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-252/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-252/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver