Məhkəmə qərarları › İş №e-2-2(113)-2520/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2520/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2520/2021 19.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı «müqavilə öhdliklərinə əməl edilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh «Cavabdeh” ASC-yə qarşı «müqavilə öhdliklərinə əməl edilməsi və pul» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliyi üzrə 15 519,36 manat, dövlət rüsumu olaraq ödədiyimiz 30 manat, illik 5 faiz hesabı ilə gecikdirilmiş 8 ay üçün 517 manat faiz borcu olmaqla, ümumilikdə 16066 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək tam və obyektiv araşdırma üçün hazırkı işin Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatında olan oxşar məzmunlu e-2-2(113)-2328/2021 saylı işlə birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası 19.05.2021-ci il tarixə saat 09:50-yə təyin edilmişdir, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2328/2021 saylı iş və hazırkı e-2-2(113)-2520/2021 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 19.02.2021-ci il tarixli, e-2-2(113)-2328/2021 saylı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında bir-biri ilə əlaqədar olan mülki işlər, tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının bir-birinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı «müqavilə öhdliklərinə əməl edilməsi və pul» tələbinə dair 2- 2(113)-2520/2021 saylı iş, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-2328/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı «müqavilə öhdliklərinə əməl edilməsi və pul» tələbinə dair 2-2(113)-2520/2021 saylı iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair e-2- 2(113)-2328/2021 saylı işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar