Məhkəmə qərarları › İş №e-2-2(113)-2529/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2529/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2529/2023 06.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 20868 (iyirmi min səkkiz yüz altmış altı) manat borc, 200 (iki yüz) manat mediasiya xərci və 180 (yüz səksən) manat hüquqi xidmət xərci olmaqla, cəmi 21248 (iyirmi bir min iki yüz qırx səkkiz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 22 may 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı MMC-nin (VÖEN:**********) Cavabdeh MMC-yə (VÖEN: **********) qarşı işi üzrə məhkəmə hazırlıq iclası keçirilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin direktoru (şəxsiyyət vəsiqəsi: AZE ********) Qanuni nümayəndə1 şirkətinə qarşı qaldırılmış iddianı tam şəkildə etiraf və qəbul edərək barışıq sazişi təklif etdi. Onun bu təklifini qəbul edərək və onun xahişi ilə iddiaçı tərəf olaraq (şəxsiyyət vəsiqəsi: AA 3286610) Qanuni nümayəndə2 (direktor) tərəfindən cavabdeh tərəfə sözügedən pul vəsaitinin şirkətin hesabına tam köçürülməsini təmin etmək üçün 6 ay möhlət verilməsini qəbul edirlər.

2. İddiaçı olaraq onu da bildirirlər ki, iddiada göstərilən tam məbləğdən cavabdeh xx.xx.2023-cü il tarixində 1500 (bir min beş yüz) manat ödəmişdir, bu məbləği tam məbləğdən çıxaraq 19748 (on doqquz min yeddi yüz qırx səkkiz) manatın 6 ay ərzində ödənilməsini cavabdeh tərəfdən etiraf etdiyi kimi gözləyirlər.

3. Cavabdehə barışıq sazişində öhdəliyi yerinə yetirmədiyi halda, mövcud olan qanunvericilik normalarına uyğun olaraq, Mülki Prosessual Məcəlləyə uyğun olaraq məhkəmə qaydasında məsuliyyət daşıyacağı barədə öhdəlik izah olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. İddiaçı MMC-nin (VÖEN:**********) Cavabdeh MMC-yə (VÖEN: **********) qarşı işi üzrə məhkəmə hazırlıq iclası keçirilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin direktoru (şəxsiyyət vəsiqəsi: AZE ********) Qanuni nümayəndə1 şirkətinə qarşı qaldırılmış iddianı tam şəkildə etiraf və qəbul edərək barışıq sazişi təklif etdi. Onun bu təklifini qəbul edərək və onun xahişi ilə iddiaçı tərəf olaraq (şəxsiyyət vəsiqəsi: AA 3286610) Qanuni nümayəndə2 (direktor) tərəfindən cavabdeh tərəfə sözügedən pul vəsaitinin şirkətin hesabına tam köçürülməsini təmin etmək üçün 6 ay möhlət verilməsini qəbul edirlər.

2. İddiaçı olaraq onu da bildirirlər ki, iddiada göstərilən tam məbləğdən cavabdeh xx.xx.2023-cü il tarixində 1500 (bir min beş yüz) manat ödəmişdir, bu məbləği tam məbləğdən çıxaraq 19748 (on doqquz min yeddi yüz qırx səkkiz) manatın 6 ay ərzində ödənilməsini cavabdeh tərəfdən etiraf etdiyi kimi gözləyirlər.

3. Cavabdehə barışıq sazişində öhdəliyi yerinə yetirmədiyi halda, mövcud olan qanunvericilik normalarına uyğun olaraq, Mülki Prosessual Məcəlləyə uyğun olaraq məhkəmə qaydasında məsuliyyət daşıyacağı barədə öhdəlik izah olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar