Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2539/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh İddiaçınə cəmi 101492,42 manat borcun olmasını, lakin indiyə kimi Cavabdeh Fərmayıl oğlu tərəfindən həmin müqavilənin 3-cü bəndinin tələbləri pozularaq "xxxx" Şirkətinə borclu olduğu 101492,42 manatı ödəməməsi və bu hərəkətləri ilə üzərinə düşən öhdəliyi icra etməməsini nəzərə alıb, Cavabdeh Fərmayıl oğlundan 101492,42 manat və ödənilmiş 391,49 manat dövlət rüsumunun alınıb "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Camal” LTD Şirkəti ilə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu ev 29A, mənzil 24-də yaşayış yeri üzrə qeydiyyatda olan, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 102 saylı “Alqı-satqı müqaviləsi” bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən "xxxx" Şirkəti tərəfindən 15 aprel 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək müxtəlif tarixli və nömrəli e-qaimələr vasitəsi ilə (xx.xx.2023-cü il tarixli EBDD 694493 nömrəli e-qaimə ilə 5402,47 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 694496 nömrəli e qaimə ilə 10600,89 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 088268 nömrəli e-qaimə ilə 9054,82 manat məbləğində,xx.xx.2023- cü il tarixli EBDK 524447 nömrəli e-qaimə ilə 10075,78 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 953467 nömrəli e-qaimə ilə 4410,59 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 953468 nömrəli e-qaimə ilə 6783,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 953469 nömrəli e-qaimə ilə 5639,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873737 nömrəli eq-aimə ilə 5225,21 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873738 nömrəlie-qaimə ilə 5144,39 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873739 nömrəli e-qaimə ilə 6045,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873740 nömrəli e-qaimə ilə 5132,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873741 nömrəli e-qaimə ilə 6508,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 965576 nömrəli eqaimə ilə 6681,99 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 965577 nömrəli e-qaimə ilə 6339,53 manat məbləğində), cəmi 93044,42 (doxsan üç min qırx dörd manat qırx iki qəpik) manat məbləğində müxtəlif növ dondurma məhsulları Cavabdeh satılmış, lakin indiyə kimi Cavabdeh tərəfindən həmin müqavilənin 3-cü bəndinin tələbləri pozularaq satılmış dondurma məhsullarına görə "xxxx" Şirkətinə borclu olduğu 93044,42 (doxsan üç min qırx dörd manat qırx iki qəpik) manat pulu ödəməmiş və bu hərəkətləri ilə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bundan əlavə, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “X1”nə görə ona müxtəlif markalı 184 ədəd soyuducu təhvil verilmiş, lakin Cavabdeh mövsümün sonunda 18 ədəd “Uğur” markalı soyuducuları İddiaçınə geri qaytarmamaqla şirkətə 8448 (səkkiz min dörd yüz qırx səkkiz) manat ziyan vurmuşdur. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh İddiaçınə cəmi 101492,42 (bir yüz bir min dörd yüz doxsan iki manat qırx iki qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh şirkətə borclu olduğu 101492,42 (bir yüz bir min dörd yüz doxsan iki manat qırx iki qəpik) manatın ödənilməsi ilə bağlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi üçün ona borcun 10 gün müddətində İddiaçınə ödənilməsinin təmin edilməsi məqsədi ilə məktub göndərilmişdir. Lakin Cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir real hərəkət etməmişdir. Göründüyü kimi, İddiaçı ilə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu ev 29A, mənzil 24-də yaşayış yeri üzrə qeydiyyatda olan, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 102 saylı “Alqı-satqı müqaviləsi” bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən "xxxx" Şirkəti tərəfindən 15 aprel 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək müxtəlif tarixli və nömrəli e-qaimələr vasitəsi ilə (xx.xx.2023-cü il tarixli EBDD 694493 nömrəli e-qaimə ilə 5402,47 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 694496 nömrəli eqaimə ilə 10600,89 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 088268 nömrəli e-qaimə ilə 9054,82 manat məbləğində, xx.xx.2023- cü il tarixli EBDK 524447 nömrəli e-qaimə ilə 10075,78 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 953467 nömrəli e-qaimə ilə 4410,59 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 953468 nömrəli e-qaimə ilə 6783,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 953469 nömrəli e-qaimə ilə 5639,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873737 nömrəli e-qaimə ilə 5225,21 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873738 nömrəli e-qaimə ilə 5144,39 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873739 nömrəli e-qaimə ilə 6045,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873740 nömrəli e-qaimə ilə 5132,61 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 873741 nömrəli e-qaimə ilə 6508,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 965576 nömrəli eqaimə ilə 6681,99 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 965577 nömrəli e-qaimə ilə 6339,53 manat məbləğində) cəmi 93044,42 (doxsan üç min qırx dörd manat qırx iki qəpik) manat məbləğində müxtəlif növ dondurma məhsulları Cavabdeh satılmış, lakin indiyə kimi Cavabdeh tərəfindən həmin müqavilənin 3-cü bəndinin tələbləri pozularaq satılmış dondurma məhsullarına görə "xxxx" Şirkətinə borclu olduğu 93044,42 (doxsan üç min qırx dörd manat qırx iki qəpik) manat pulu ödəməmiş və bu hərəkətləri ilə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bundan əlavə, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “X1”nə görə ona müxtəlif markalı 184 ədəd soyuducu təhvil verilmiş, lakin Cavabdeh mövsümün sonunda 18 ədəd “Uğur” markalı soyuducuları İddiaçınə geri qaytarmamaqla şirkətə 8448 (səkkiz min dörd yüz qırx səkkiz) manat ziyan vurmuşdur. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh İddiaçınə cəmi 101492,42 (bir yüz bir min dörd yüz doxsan iki manat qırx iki qəpik) manat borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bir neçə ildir ki, alqısatqı müqavilələri üzrə münasibətlər mövcuddur. Həmin müqavilələr üzrə cavabdehə müxtəlif dondurma çeşidləri satılır, mallar cavabdehə elektron qaimələr əsasında təhvil verilir, cavabdeh tərəfindən də məhz qaimələr əsasında ödənilir. Cavabdehə sonuncu dəfə mal 2024-cü ilin yay aylarında verilmiş, lakin vergi öhdəlikləri ilə bağlı qaimələr mallar təhvil verildikdən bir müddət sonra cavabdehə təqdim edilmişdir. Təhvil verilmiş malların bir qismi ödənilsə də, 93044,42 manat borc hələ də ödənilməmiş qalmaqdadır. Bundan əlavə, cavabdehə iddiaçı tərəfindən müxtəlif markalı 184 ədəd soyuducu təhvil verilmiş, onların əksər hissəsi qaytarılsa da, 18 ədədi geri qaytarılmamış, onların dəyəri olan 8448 manat pul hazırda cavabdehdən tələb edilir. Cavabdeh borcunu etiraf etmiş, yazılı izahatında borcu ödəyəcəyini vəd etsə də, öhdəliyini icra etməmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin təhvil verilmiş mallara görə olan borcunun məbləği 34742,47 manat təşkil edir, hazırda cavabdeh iddianı həmin hissədə qəbul edir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələr əsassızdır, həmin qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiqlənmiş, həmin qaimələrdə göstərilən mallar cavabdehə təhvil verilməmişdir. Materiallarda olan ərizə cavabdeh tərəfindən təhdid altında yazılıb imzalanmışdır. Cavabdehə iddiaçı tərəfindən sonuncu partiya mal 2024-cü ilin iyul ayında verilmiş, daha sonra ona hər hansı mal satılmamışdır. Cavabdeh tərəfindən iddiaçıdan götürülmüş 18 ədəd soyuducu tapılan kimi iddiaçıya geri qaytarılacaqdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 102 nömrəli alqısatqı müqaviləsinə görə satıcı müqavilədə göstərilən malı satmağı, alıcı isə onun müqabilində müqavilədə göstərilən malı almağı öhdəsinə götürür.
7. Müqavilənin 2-ci bəndinə görə satılan malların qiyməti topdansatış qiyməti əsasında razılaşdırılır və həmin qiymət satıcı tərəfindən mal alıcıya təhvil verilərkən qaimə fakturada göstərilir.
8. Müqavilənin 3-cü bəndinə görə mövcud müqavilə üzrə ödəniş mal satılandan 15 gün sonra Alıcının hesablaşma hesabından vəsaiti Satıcının hesablaşma hesabına köçürmək yolu ilə həyata keçirilir.
9. Müqavilənin 5-ci bəndinə əsasən satılan malın miqdarı və çeşidi müqaviləyə əlavə olunan qaimədə göstərilir.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X1nə görə 184 ədəd soyuducu iddiaçı tərəfindən istehsal edilən dondurma məhsullarının topdan və pərakəndə satışının təşkili məqsədilə iddiaçı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verlmişdir.
11. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilə ilə öhdəliklərini pozan tərəfin bu müqaviləni yerinə yetirməməsi nəticəsində digər tərəfə dəyən bütün zərərlərin, xərclərin, itkilərin və məsrəflərin əvəzini öhdəliklərini pozan tərəf digər tərəfə ödəyir.
12. İddiaçı və cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə xx.xx.2023-cü il tarixli X1nə əsasən 184 ədəd dondurma soyuducusu iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
13. İddiaçı və cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə xx.xx.2023-cü il tarixli X1nə əsasən 166 ədəd dondurma soyuducusu cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.
14. Cavabdeh tərəfindən iddiaçıya satılmış mallarla bağlı xx.xx.2024-cü il tarixli, 028162 nömrəli qəbzə görə 3900 manat, xx.xx.2024-cü il tarixli, 028163 nömrəli qəbzə görə 3890 manat, xx.xx.2024-cü il tarixli, 028164 nömrəli qəbzə görə 3900 manat, xx.xx.2024-cü il tarixli, 028165 nömrəli qəbzə görə 3800 manat, xx.xx.2024-cü il tarixli, 028166 nömrəli qəbzə görə 3900 manat, xx.xx.2024-cü il tarixli, 028167 nömrəli qəbzə görə 3900 manat pul ödənilmişdir.
15. İddiaçı tərəfindən cavabdehə EBDD 694493 nömrəli xx.xx.2023-cü il tarixli 5402.47 manat məbləğində, EBDD 694496 nömrəli xx.xx.2023-cü il tarixli 10600.89 manat məbləğində, EBDE 088268 nömrəli xx.xx.2023-cü il tarixli 9054,82 manat məbləğində, EBDK 524447 nömrəli xx.xx.2023- cü il tarixli 10075,78 manat məbləğində, EBDK 953467 nömrəli xx.xx.2023-cü il tarixli 4410,59 manat məbləğində, EBDK 953468 nömrəli xx.xx.2023-cü il tarixli 6783,20 manat məbləğində, EBDK 953469 nömrəli xx.xx.2023-cü il tarixli 5639,60 manat məbləğində, EBDP 873737 nömrəli xx.xx.2023-cü il tarixli 5225,21 manat məbləğində, EBDP 873738 nömrəli xx.xx.2023-cü il tarixli 5144,39 manat məbləğində, EBDP 873739 nömrəli xx.xx.2023-cü il tarixli 6045,34 manat məbləğində, EBDP 873740 nömrəli xx.xx.2023-cü il tarixli 5132,61 manat məbləğində, EBDP 873741 nömrəli xx.xx.2023-cü il tarixli 6508,00 manat məbləğində, EBDP 965576 nömrəli xx.xx.2023-cü il tarixli 6681,99 manat məbləğində, EBDP 965577 nömrəli xx.xx.2023-cü il tarixli 6339,53 manat məbləğində elektron qaimələr göndərilmişdir.
16. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli yazılı izahatdan görünür ki, cavabdeh izahatın tərtib edildiyi gün üçün iddiaçıya 116334,94 manat borcunu və 18 soyuducunu qaytarmadığını etiraf edir, soyuducuların invertar dəyəri ilə birlikdə iddiaçıya ümumi 124787 manat borcu olduğunu təsdiq edir.
17. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçıya qaytarılmayan 18 ədəd soyuducu ilə bağlı iddiaçıya dəymiş zərər 8448 manat təşkil edir.
18. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilmişdir:
19. – tərəflər arasında xx.xx.2023-cü il tarixli, 102 nömrəli alqı-satqı müqaviləsinin bağlanması;
20. - tərəflər arasında xx.xx.2023-cü il tarixli X1nin bağlanması;
21. – mübahisə predmetini təşkil edən xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə malların cavabdehə təhvil verilməsi və həmin qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməməsi;
22. – cavabdehə əvəzsiz olaraq istifadəyə verilmiş 184 ədəd soyuducudan 166 ədədinin geri qaytarılması, 18 ədəd soyuducunun cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması.
23. İddia tələbi iki hissədən ibarətdir: 1. İddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı 93044,42 manat borcun ödənilməsi; 2. Cavabdeh tərəfindən iddiaçıya əvəzsiz istifadəyə verilmiş, qaytarılmayan 18 ədəd soyuducu ilə bağlı 8448 manat zərərin ödənilməsi.
24. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
25. Belə ki, cavabdeh bu hissədə iddia tələbini qismən (34742,47 manat) qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini, qalan malların ona təhvil verilmədiyini bildirir.
26. Məhkəmə cavabdehin malların təhvil verilməsi ilə bağlı təhvil-təslim aktlarının olmaması ilə bağlı dəlilini əsassız hesab edir.
27. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 102 nömrəli alqı-satqı müqaviləsinin 2 və 5-ci bəndlərinə əsasən satılacaq malların qiymət, miqdar və çeşidinin qaimədə göstərilməli olması razılaşdırılmışdır.
28. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş olan 2022-ci il tarixli elektron qaimələr və həmin qaimələrin tarixçələrindən, habelə tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, mallar satıcı olan iddiaçı tərəfindən alıcıya (cavabdeh) yalnız elektron qaimələr əsasında təhvil verilmiş, həmin qaimələrin bəziləri vergi ödəyicisi olan cavabdeh tərəfindən, bəzi qaimələr sistem tərəfindən təsdiqlənsə də, 2022-ci il tarixli elektron qaimələrin hamısı tam şəkildə cavabdeh tərəfindən ödənilmişdir.
29. Cavabdeh məhkəməyə artıq ödənilmiş olan elektron qaimələr, habelə onun özü tərəfindən mübahisələndirilməyən qaimələr üzrə mallar cavabdehə təhvil verilərkən imzalanmış hər hansı təhvil-təslim aktı təqdim edə bilməmişdir.
30. Bundan əlavə, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya ərizə ünvanlayaraq yaranmış borcunu qəbul etmiş, ona təqdim edilmiş hal-hazırda mübahisələndirdiyi elektron qaimələrə hər hansı etiraz bildirməmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, 93044,42 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
34. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
35. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
36. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
37. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
38. Məhkəmə iddia tələbini digər, 8448 manat borcun tutulması hissəsində də əsaslı hesab edir.
39. Belə ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verilmiş soyuduculardan 18 ədədi geri qaytarılmamış, həmin soyuducular iddiaçı tərəfindən 8448 manat dəyərində qiymətləndirilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanladığı ərizədə həmin borcu da qəbul etmişdir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən X1nə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
41. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
42. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 391,49 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 101492,42 manat məbləğində pul, 391,49 manat dövlət rüsumu, ümumilikdə 101883,91 (bir yüz bir min səkkiz yüz səksən üç manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova