Məhkəmə qərarları › İş №e-2-2(113)-2543/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2543/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2543/2020 19.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış pulun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən artıq hesablanmış 134437,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən ona məxsus **********00001 saylı və **********00200 saylı abonent kodları olan iki istixana fəaliyyət göstərir. Həmin istixanalara Cavabdeh tərəfindən təbii qazla təmin edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə ona məxsus istixanaların sayğaclarının tənzimləyicilərinin texniki istismar qaydalarına zidd olaraq yeri dəyişdirilərək sayğacdan sonraya keçirilmişdir. Halbu ki, həmin tarixə kimi tənzimləyici sayğacdan öndə yerləşirdi. Belə olan halda tənzimləyicinin yeri dəyişdiyindən təbii qaz tənzimlənmədən bir başa sayğaca daxil olduğundan və təziq çox olduğu üçün sərfiyatlarında artmışdır. İki istixana üzrə ona hesablanmış ümumi 134437,40 (**********00001 saylı kod üzrə 34312,40 manat, **********00200 saylı kod üzrə 100125 manat) manat borcu əsassız hesab edir və xüsusi bilik tələb edən şəxslərin (ekspertlərin) iştirakı ilə yenidən hesablanmasını xahiş edir. Bütün hesablanmış borcları qanunsuz hesab edir və hesablarından silinməsini xahiş edir. Əsassız hesablanmış borcların silinməsi və mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdehnə pretenziya məktubu ilə müraciət edilsə də cavabdeh tərəfindən həmin borclar silinməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək (100125 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş) və eyni zamanda barışıq sazişini təqdim edərək, Cavabdeh ilə xx xxxxxx 2020-ci il tarixində barışıq sazişi imzalandığını, həmçinin sazişin şərtlərinin və hüquqi nəticələrinin ona aydın olunduğunu bildirmiş, barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edərək bu haqda ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçı ilə xx xxxxxx 2020-ci il tarixində barışıq sazişi bağladığını, həmçinin sazişin şərtlərinin və hüquqi nəticələrin ona izah olunduğunu bildirmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Tərəflər məhkəməyə təqdim etdikləri ərizələrində, aşağıdakı şərtlərlə barışıq sazişi imzalamaq istədiklərini bildirərək, həmin sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər:

1. İddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2543/2020 saylı iş üzrə iddia tələbinin “**********00200 saylı kod üzrə 100125 manat borcun silinməsi” hissəsindən imtina edir, mübahisələndirdiyi təbii qazdan istifadəyə görə yaranmış borcu qəbul edir və həmin məbləğin 10000 manat hissəsini Saziş imzalanmadan öncə, borcun qalan 90125 manat hissəsini isə hissə-hissə cavabdehə (Cavabdeh İB-yə) ödəməyi öhdəsinə götürür.

2. İddiaçı, məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən və qərardad tərəflərə təqdim edildikdən sonra mübahisələndirilən məbləğdən ödənilməmiş qalan 90125 manat hissəsini hər ay istifadə edilmiş təbii qazın dəyərindən əlavə olaraq 6 (altı) ay müddətinə, hər ayın 15 dək, ayda 15020,83 ödəməyi öhdəsinə götürür.

3. İddiaçı Sazişin şərtlərinə uyğun üzərinə götürdüyü öhdəlik üzrə ödənişləri Cavabdeh İB-nin hesabına ödəyir.

4. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.

5. İddiaçı Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.

6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 19.1.2 və 261.0»5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsi qəbul edirlər.

7. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq Məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

9. X4 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur.Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış pulun silinməsi tələbi barədə kommersiya mübahisəsinə tələbinə dair iş üzrə xx.xx.2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq olunsun:

1. İddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2543/2020 saylı iş üzrə iddia tələbinin “**********00200 saylı kod üzrə 100125 manat borcun silinməsi” hissəsindən imtina edir, mübahisələndirdiyi təbii qazdan istifadəyə görə yaranmış borcu qəbul edir və həmin məbləğin 10000 manat hissəsini Saziş imzalanmadan öncə, borcun qalan 90125 manat hissəsini isə hissə-hissə cavabdehə (Cavabdeh İB-yə) ödəməyi öhdəsinə götürür.

2. İddiaçı, məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən və qərardad tərəflərə təqdim edildikdən sonra mübahisələndirilən məbləğdən ödənilməmiş qalan 90125 manat hissəsini hər ay istifadə edilmiş təbii qazın dəyərindən əlavə olaraq 6 (altı) ay müddətinə, hər ayın 15 dək, ayda 15020,83 ödəməyi öhdəsinə götürür.

3. İddiaçı Sazişin şərtlərinə uyğun üzərinə götürdüyü öhdəlik üzrə ödənişləri Cavabdeh İB-nin hesabına ödəyir.

4. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.

5. İddiaçı Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.

6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 19.1.2 və 261.0»5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsi qəbul edirlər.

7. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq Məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

9. X4 üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. e-2-2(113)-2543/2020 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar