Məhkəmə qərarları › İş №e-2-2(113)-2546/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2546/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2546/2024 01.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: podrat müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının qanuni təmsilçisi X5, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsə qarşı podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (podratçı) ilə “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs (sifarişçi) arasında 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “Müqavılə”nin qüvvədə olduğu müddət ərzində “Podratçı” “Sifarışçi”'nin tapşırığına əsasən “Müqavilə"yə əlavə edilmiş iş qrafikinə uyğun olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsini öhdəsinə götürür, “Sifarişçi” isə “Müqavilə”yə əlavə edilmiş X4 müəyyən edilmiş məbləği bu “Müqavilə”nin 3-cü bəndində nəzərdə tutulmuş qaydada “Podratçı”ya ödəyir. - 2.1.1-ci bəndinə əsasən sifarişçi “Podratçı”dan bu “Müqavilə”nin şərtlərinə uyğun olaraq keyfiyyətlə icra edilmiş işləri (xidmətləri) aktla qəbul etmək və müəyyən edilmiş qaydada faktiki görülmüş işlərin dəyərini ödəməlidir. - 2.2.1-ci bəndinə əsasən podratçı bu “Müqavilə”nin 1.1. bəndində sadalanan işləri (xidmətləri) iş qrafikinə uyğun olaraq yerinə yetirilməli və təsdiq olunmuş yekun təhvil-təslim aktı ilə “Sifarişçi”yə təhvil verməlidir. - 3.1-ci bəndinə əsasən göstərilən işlərin (xidmətlərin) həcmi "Tərəf” lərin razılaşması ilə müəyyən edilir və X1 göstərilir. - 3.2-ci bəndinə əsasən ödəniş işlərin (xidmətlərin) yerinə yetirilməsi ayrı-ayrı mərhələlər üzrə aparılır. “Podratçı" hər görülən işlərin (xidmətlərin) sonunda öz mülahizəsinə əsasən, görülmüş işlərin (xidmətlərin) müqabilində "Sifarişçi” tərəfindən ödənilməli olan məbləği təfsilatı şəklidə göstərməklə və bu məbləği təsdiq edən sənədlərlə birlikdə “Sifarışçi”yə hesabat təqdim edir. Hesabatda görülmüş işlərin (xidmətlərin) X2 əsasən müəyyən edilmiş qiymətləri qeyd edilməlidir. - 3.3-cü bəndinə əsasən “Sifarişçi” hesabatın təqdim edildiyi tarixdən etibarən 10 (on) gün ərzində hesabatı təhlil edir və təsdiqlədiyi təqdirdə, hesabatda nəzərdə tutulan məbləği “Podratçı”ya ödəyir; - 3.4-cü bəndinə əsasən “Müqavilə” üzrə son qalıq məbləğ yekun təhvil-təslim aktı imzalandıqdan sonra 10 (on) gün ərzində “Podratçı”ya ödəyir. - 3.5-ci bəndinə əsasən qiymətlərə 18% ƏDV daxil edilir. - 3.6-cı bəndinə əsasən hesablaşmalar “Podratçı”nın bank hesabına köçürmə yolu ilə həyata keçirilir və Azərbaycan Manatı ilə (AZN) aparılır. - 9.4-cü bəndinə əsasən “Müqavilə” imzalandığı tarixdən qüvvəyə minir və “Tərəflər öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədə qalır. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

2. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 1 saylı əlavə olan xx.xx.2019-cu il tarixli X2 (o cümlədən 2 saylı əlavə olan görüləcək işlərin qrafikinə) əsasən tərəflər sözügedən müqavilə üzrə görüləcək işlərin (söküntü və s.) dəyərinin (2.678,51 manat ƏDV daxil) 17.559,11 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 3 saylı əlavə olan xx.xx.2019-cu il tarixli X2 əsasən tərəflər sözügedən müqavilə üzrə görüləcək işlərin (söküntü və s.) dəyərinin (388,80 manat ƏDV daxil) 2.548,80 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 4 saylı əlavə olan xx.xx.2020-ci il tarixli X2 (o cümlədən 6 saylı əlavə olan görüləcək işlərin qrafikinə) əsasən tərəflər sözügedən müqavilə üzrə görüləcək işlərin (söküntü və s.) dəyərinin (3.774,69 manat ƏDV daxil) 24.745,19 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 5 saylı əlavə olan xx.xx.2020-ci il tarixli X2 (o cümlədən 7 saylı əlavə olan görüləcək işlərin qrafikinə) əsasən tərəflər sözügedən müqavilə üzrə görüləcək işlərin (hörgü və quraşdırma və s.) dəyərinin (11.937,60 manat ƏDV daxil) 78.257,60 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 8 saylı əlavə olan xx.xx.2020-ci il tarixli X2 əsasən tərəflər sözügedən müqavilə üzrə materialların (sement, kərpic) dəyərinin (496,80 manat ƏDV daxil) 3.256,80 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 9 saylı əlavə olan xx.xx.2020-ci il tarixli X2 əsasən tərəflər sözügedən müqavilə üzrə materialların (yapışdırıcı, PVC yer örtüyü, döşəmə yaşmağı (plintus)) dəyərinin (2.424,02 manat ƏDV daxil) 15.890,82 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 10 saylı əlavə olan xx.xx.2020-ci il tarixli X2 əsasən tərəflər sözügedən müqavilə üzrə görüləcək işlərin (söküntü, hörgü və quraşdırma və s.) dəyərinin (10.778,24 manat ƏDV daxil) 70.657,34 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 11 saylı əlavə olan xx.xx.2021-ci il tarixli X2 əsasən tərəflər sözügedən müqavilə üzrə görüləcək işlərin (söküntü, hörgü və quraşdırma və s.) dəyərinin (23.003,82 manat ƏDV daxil) 150.802,82 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə 12 saylı əlavə olan xx.xx.2021-ci il tarixli X2 əsasən tərəflər sözügedən müqavilə üzrə materialların (Capadin, Samtex və s.) dəyərinin (1.701,06 manat ƏDV daxil) 11.151,41 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. 10.01.2020-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin ((2.678,51 manat ƏDV daxil) 17.559,11 manat) və materialların dəyərinin ((388,80 manat ƏDV daxil) 2.548,80 manat) cəmi (3.067,31 manat ƏDV daxil) 20.107,91 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2020-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə materialların dəyərinin cəmi (496,80 manat ƏDV daxil) 3.256,80 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2020-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə materialların dəyərinin cəmi (2.424,02 manat ƏDV daxil) 15.890,82 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2020-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin cəmi (3.774,69 manat ƏDV daxil) 24.745,19 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. xx.xx.2021-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə materialların dəyərinin cəmi (1.701,06 manat ƏDV daxil) 11.151,41 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2021-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin cəmi (10.778,24 manat ƏDV daxil) 70.657,34 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. xx.xx.2021-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin cəmi (11.937,60 manat ƏDV daxil) 78.257,60 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. xx.xx.2022-ci il tarixli yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin cəmi (3.656,79 manat ƏDV daxil) 23.972,29 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. Yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin ((12.225,42 manat ƏDV daxil) 80.144,42 manat) və materialların dəyərinin ((693 manat ƏDV daxil) 4.543 manat) cəmi (12.918,42 manat ƏDV daxil) 84.687,42 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. Yerinə yetirilmiş təmir işlərinin qəbulu aktına (Forma 2) əsasən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin cəmi (6.428,61 manat ƏDV daxil) 42.143,11 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. İddiaçı MMC tərəfindən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqavilə üzrə ümumilikdə 374.869,89 manat məbləğində görülmüş işlərə dair, o cümlədən 20.107,91 manat dəyərində xx.xx.2019-cu il tarixli EBAB seriyalı 550862 nömrəli, 3.256,80 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAH seriyalı 770368 nömrəli, 15.890,82 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAT seriyalı 403138 nömrəli, 24.745,19 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAV seriyalı 562367 nömrəli, 11.151,41 manat dəyərində xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 367915 nömrəli, 70.657,34 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBP seriyalı 025471 nömrəli, 78.257,60 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBP seriyalı 025048 nömrəli, 23.972,29 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBW seriyalı 648466 nömrəli, 84.687,42 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCK seriyalı 328841 nömrəli və 42.143,11 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDR seriyalı 572713 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsə göndərilmişdir.

22. “Azərbaycan Beynəlxalq Bank” ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2020-ci il tarixli 02 nömrəli hesaba əsasən) İddiaçı MMC-nin hesabına 33.160 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

23. “Azərbaycan Beynəlxalq Bank” ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2020-ci il tarixli 09 nömrəli qiymətlərin razılaşma protokoluna əsasən (50 faiz ödəniş)) İddiaçı MMC-nin hesabına 6.733,40 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

24. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2020-ci il tarixli 09 nömrəli qiymətlərin razılaşma protokoluna əsasən) İddiaçı MMC-nin hesabına 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

25. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2020-ci il tarixli 09 nömrəli qiymətlərin razılaşma protokoluna əsasən) İddiaçı MMC-nin hesabına 10000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

26. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı müqaviləyə əsasən) İddiaçı MMC-nin hesabına 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

27. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2020-ci il tarixli 10 nömrəli qiymətlərin razılaşma protokoluna əsasən) İddiaçı MMC-nin hesabına 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

28. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2019-cu il tarixli 09 nömrəli və xx.xx.2020-ci il tarixli 10 nömrəli qiymətlərin razılaşma protokoluna əsasən) İddiaçı MMC-nin hesabına 12.638,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

29. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli 02 nömrəli hesaba əsasən) İddiaçı MMC-nin hesabına 8.424,35 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

30. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən (hissə ödənişi)) İddiaçı MMC-nin hesabına 25.423,73 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

31. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən) İddiaçı MMC-nin hesabına 16.949,15 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

32. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən) İddiaçı MMC-nin hesabına 16.949,15 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

33. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən) İddiaçı MMC-nin hesabına 12.711,86 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

34. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən) İddiaçı MMC-nin hesabına 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

35. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən) İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

36. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli EBBP seriyalı 025471 nömrəli, xx.xx.2021-ci il tarixli EBBP seriyalı 025048 nömrəli, xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən) İddiaçı MMC-nin hesabına 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

37. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (xx.xx.2021-ci il tarixli EBBP seriyalı 025471 nömrəli, xx.xx.2021-ci il tarixli EBBP seriyalı 025048 nömrəli, xx.xx.2021-ci il tarixli 11 saylı əlavəyə əsasən) İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

38. 01.09.2019-xx.xx.2019-cu illəri əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan görünür ki, (01 iyun 2019-cu il tarixli müqaviləyə əsasən) “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən 14.880,60 manat məbləğində ödəniş edilmişdir.

39. 01.03.2020-xx.xx.2020-ci illəri əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan görünür ki, “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən (01 iyun 2019-cu il tarixli müqaviləyə əsasən) 20.970,50 manat, (EBAH seriyalı 770368 e-qaiməyə əsasən) 2.760 manat məbləğində ödəniş edilmişdir.

40. 01.04.2020-xx.xx.2020-ci illəri əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan görünür ki, (xx.xx.2020-ci il tarixli 02 nsaylı hesaba əsasən) “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs tərəfindən 33.160 manat məbləğində ödəniş edilmişdir.

41. “Milli İdman Tibb və X6 İnstitutu” xx.xx.2023-cü il arixli 10/23 nömrəli məktubla İddiaçı MMC-yə (direktor Ceyhun Mürşüdov) müraciət edərək, qeyd etmişdir ki, 35765 manat qalıq borcun ödənilməsi İnstitutun maddi vəziyyətini nəzərə alaraq, hissə-hissə 2023-cü il ərzində ödəniləcək.

42. İddiaçı tərəfindən “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

43. İddiaçı cavabdeh “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsindən 27.765 manat (ƏDV xaric) ödənilməmiş borcun, 1000 manat vəkil xidməti xərclərinin və 177 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” MMC-nin arasında xx.xx.2019-cu il tarixli, AZ-ORC-2019/04 saylı podrat müqaviləsi və həmin müqaviləyə müxtəlif tarixlərdə 12 əlavə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Podratçı Sifarişçinin tapşırığına əsasən müqaviləyə əlavə edilmiş iş qrafikinə uyğun olaraq işləri yerinə yetirməyi, Sifarişçi isə müqaviləyə əlavə edilmiş məbləği nəzərdə tutulmuş qaydada Podratçıya ödəməyi öhdəliklərinə götürmüşdür. Müqavilənin 3.4-3.6-cı bəndlərinə əsasən, Müqavilə üzrə son qalıq məbləğ yekun təhvil-təslim aktı imzalandıqdan sonra 10 gün ərzində Podratçıya ödənir. Qiymətlərə 18% ƏDV daxil edilir. Hesablaşmalar Podratçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.2-ci bəndinə görə isə təhvil-qəbul aktı Podratçının öhdəliklərini bu Müqavilənin şərtlərinə əsasən icra etdiyini təsdiqləyir və Sifarişçinin Müqavilə üzrə müvafiq ödəmələr həyata keçirməsi üçün əsas təşkil edir. Həmin müqaviləyə əlavələrə əsasən görüləcək işlər və həmin işlərin qiymətləri mərhələli şəkildə razılaşdırılmışdır. Yerinə yetirilmiş təmir işlərinin qəbulu aktlarından aydın şəkildə görünür ki, razılaşdırılmış işlər Podratçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə görülmüş və Sifarişçi tərəfindən təhvil alınmışdır. Lakin Sifarişçi tərəfindən görülmüş işlərin dəyəri müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada tam ödənilməmişdir. Belə ki, Sifarişçi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 10/23 saylı məktub ilə müqavilə üzrə 35.765 manat qalıq borcun olduğu etiraf edilmiş və 2023-cü il ərzində ödəniləcəyi bildirilmişdir. Buna baxmayaraq, son ödəniş xx.xx.2023-cü il tarixində 3000 manat məbləğində edilmiş və cavabdehin müqavilə üzrə 32.765 manat (ƏDV xaric) borcu qalmışdır. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna baxmayaraq, xx.xx.2024-cü il tarixində 5000 manat məbləğində ödəniş həyata keçirmiş, qalan 27.765 manat (ƏDV xaric) borc məbləğinə dair öhdəliklərini həyata keçirməkdən boyun qaçırmışdır. Qeyd olunanlar səbəbindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

45. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442, 445.1 və 448.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri 46.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

47. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, pulun böyük hissəsi ödənilmişdir, qalan borc axırıncı aktlar üzrə ödənilməyən borcdur.

48. Məhkəmə iclasında iştirak iddiaçının qanuni təmsilçisi X7 iddia tələbini müdafiə etmiş, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

49. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbi ilə bağlı bildirmişdir ki, onların müəssisəsi AR Gənclər və İdman Nazirliyin nəzdində fəaliyyət göstərir. Tələb olunan borc onların əvvəlki rəhbərliyinin dövrünə aid olan borcdur. Təhvil-təslim olunarkən yeni rəhbərliyə bildirildi ki, həmin borcu əvvəlki rəhbərlik özü ödəyəcək. Borcun ödənilməsi ilə bağlı uzun müddət müraciət olunmadığından həmin borcun ödənildiyini düşünürdülər. İddiaçıya yeni sifariş veriləndə xx.xx.2023-cü il tarixində borcla bağlı iddiaçı tərəfindən onlara elektron qaimə göndərilmişdir. Araşdırma nəticəsində onlara məlum oldu ki, bu borc ödənilməyib və onların üzərində qalmışdır. xx.xx.2024-cü il tarixdə borcdan 5000 manatı ödəmişlər. Borcu inkar etmirlər və ödəmək niyyətindədilər, sadəcə hazırda maliyyə çətinlikləri vardır, bir qədər vaxt lazımdır. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ƏDV-siz 32.765 manat borcları var idi, borcdan 2024-cü ilin fevral ayında 5000 manat ödəniş etmişlər, qalan borcu hissə-hissə ödəyə bilərlər.

50. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

51. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

52. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

53. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

54. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır.

55. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

56. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

57. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxs arasında 01 iyun 2019-cu il tarixli AZ- ORC-2019/04 saylı podrat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə işlər (söküntü, hörgü, quraşdırma və s.) yerinə yetirmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsin göstərilən müqavilə üzrə İddiaçınə olan borcu (ƏDV xaric) 27.765 manat təşkil edir.

58. İddiaçı tərəfindən qeyd edilən dəyərdə işlərin yerinə yetirilməsi və borcun olması faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrlə, işlərin yerinə yetirilməsi barədə təhvil-qəbul aktları (Forma 2), ödəniş tapşırıqları, hesabdan çıxarışlar, eləcə də “Milli İdman Tibb və X6 İnstitutu”nun xx.xx.2023-cü il tarixli 10/23 nömrəli borcu etirafedici məktubu, o cümlədən məhkəmə iclasında cavabdehin nümayəndəsinin borcun olması faktının etirafı barədə izahatı ilə təsdiq edilir.

59. Odur ki, İddiaçı cavabdeh “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsə qarşı tərəflər arasında bağlanılmış 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə (ƏDV xaric) 27.765 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.

60. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 177 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

61. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 173,30 manat təşkil edir.

62. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu artıq ödənilmişdir.

63. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən artıq ödənilmiş 3,70 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

64. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumununa görə 177 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

65. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, vəkil yardımına xərclərə görə cavabdehdən 1000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsdən 01 iyun 2019-cu il tarixli AZ-ORC-2019/04 saylı podrat müqaviləsi üzrə (ƏDV xaric) 27.765 manat, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 3,70 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar