Məhkəmə qərarları › İş №e-2-2(113)-255/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-255/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-255/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı” MTK-nin nümayəndəsi, Vəkil2, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı” MTK-nin Cavabdeh ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı” MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 4935 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ASC Yasamal rayon Sukanal İdarəsi ilə dəqiqləşmə apararaq əsassız olaraq yazılmış 4935 manat ödənilməmiş borcun yazılma səbəblərini aydınlaşdırarkən məlum olub ki, 2017-ci ildə əraziyə baxış keçirilərkən Cavabdeh ASC Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları düzgün araşdırma aparmamış və xx.xx.2017-ci ildə tərtib edilmiş MXD-08379 nömrəli inventar aktında qurunt sularının İddiaçı MTK-a tərəfindən kanalizasiya xəttinə axıdıldığı göstərilmişdir. xx.xx.2017-ci ildə tərtib edilmiş 08379-nömrəli inventar aktının surətini 2019-cu ilin noyabr ayında əldə edə bilmişlər. xx.xx.2017-ci ildə tərtib edilmiş MXD-08379 nömrəli inventar aktında kanalizasiya xəttinə axıdıldığı göstərilən qurunt sularının İddiaçı MTK-ya heç bir aidiyyatı yoxdur, həmin qurunt suları İddiaçı MTK-nin yaninda yerləşən Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin inzibati binasının və ərazisinin altından gələn qurunt sularıdırki, buda bir başa kanalizasiya xəttinə axıdılır. Məhkəmə iclasında iştirak edən İddiaçı” MTK-nin nümayəndəsi, Vəkil2 nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, xx xxxx 2017-ci il tarixində Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 50 ünvanında İddiaçı MTK-nın su təchizatına baxış keçirilən zaman iddiaçı tərəfindən d=32 mm-lik boru ilə avtodayanacaq kimi istifadə olunan obyektin zirzəmisində qeyri-qanuni olaraq yeraltı qrunt suların kanalizasiya şəbəkəsinə ötürülməsi faktı aşkar edilmişdir. Su təchizatı və tullantı sularının axıdılması sistemindən qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASCyə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın MXD-08379 nömrəli akta əsasən 4954 manat olduğunu nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci ildə tərtib edilmiş MXD-08379 nömrəli inventar aktından görünür ki, qurunt sularının İddiaçı MTK-a tərəfindən kanalizasiya xəttinə axıdıldığı göstərilmişdir. xx.xx.2017-ci il tarixli, MXD-8379 nömrəli inventar akta əsasən, xx.xx.2017-ci il tarixli, qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 50 ünvanında İddiaçı MTK 4954 m3 miqdarında 4954 manat dəyərində tullantı suların axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh ASC tərəfindən İddiaçı” MTK-ya hesablanmış 4935 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı” MTK-ya hesablanmış 4935 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar