Məhkəmə qərarları › İş №e-2-2(113)-2550/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2550/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2550/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh “xxxxxxxxxxxx” X3 qarşı borcun ödənilməsitələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxx” X1 8345,72 manat əsas borcun, borcu qanunsuz olaraq özündə saxladığına görə 417,28 manat faizlərin, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun və 18 manat notarius xərcləri, ümumilikdə 8811 manat tutularaq iddiaçı “Borusan Makina və X12 və Tic.A.Ş.-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxxxxxxxxxx” X4 arasında xx xxxxxx 2019-cu il tarixli BM-018/19 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən "Borusan Makina və X13 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən “xxxxxxxxxxxx” X2 xüsusi texnikalarına servis xidmətləri göstərilmiş və eyni zamanda ehtiyat hissələri satılmışdır. Göstərilmiş xidmətlərin və satılmış ehtiyat hissələrinin ümumi dəyəri ədv daxil 8345,72 manat təşkil etmişdir. Qeyd edilən işlərin və satılmış malların elektron qaimələri ödənilmək üçün “xxxxxxxxxxxx” X3 elektron qaydada göndərilmiş və cavabdeh tərəfindən elktron qaydada qəbul edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Sifarişçi/Alıcı tərəfindən ödəniş müvafiq elektron qaimə və hesab faktura təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində icraçının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh tərəfindən dəfələrlə edilmiş şifahi xəbərdarlığa və ödəniş müddətindən 12 ay keçməsinə baxmayaraq “xxxxxxxxxxxx” X4 tərəfindən qeyd edilən borc məbləği ödənilməmişdir. Cavabdehə qeyd olunan Elektron Qaimələr əsasında ehtiyat hissələrinin satışı və servis xədmətlərinin göstərilməsi həyata keçirilmiş və cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir. Beləliklə qeyd olunan Elektron qaimə-fakturalar üzrə “Borusan Makina və Güc Sistemləri və Tic.A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən cavabdeh “xxxxxxxxxxxx” X4 ümumilikdə ədv daxil 8345,72 manat məbləğində ehtiyat hissələri verilmiş, eyni zamanda texniki xidmət göstərilmiş və cavabdeh tərəfindən imza möhürlə təsdiq edilərək təhvil alınmışdır. Cavabdeh təşkilata dəfələrlə borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmiş, xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq “borcun ödənilməsi ilə bağlı” pretenziya məktubu təqdim edilsədə borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilmişdir.Beləliklə cavabdehin qeyd olunan borcu 12 ay gecikdirməklə iddiaçıya 417,28 manat məbləğində faiz ödəməlidir.Faizlərin hesablanması: 8345,72x5%=417,28:12=34,77x12 ay=417,28;Daha sonra iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu eləcədə təsis sənədlərini notarial təsdiqi üçün 18 manat rüsum ödəyərək maddi ziyana düşmüşdür. Qeyd olunan xərclər də cavabdehdən tutulmalıdır. Göründüyü kimi, cavabdeh “xxxxxxxxxxxx” X4 iddiaçıdan qəbul etdiyi malların, eyni zamanda göstərilən xidmətlərin dəyərini ödəməməklə üzərinə götürdüyü öhdəliyin tələblərini dəfələrlə pozmaqla iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X11 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxxxxxxxxxx” X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2019-cu il tarixli BM-018/19 saylı xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsindən görünür ki, Satıcı – “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi alıcının xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyat hissələri ilə təmin etməyi, Alıcı – “xxxxxxxxxxxx” X4 də öz növbəsində bu xidmət və malların haqqını müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəməyi, əgər ödəniş gecikdirilərsə hər gecikdirilən gün üçün cəmi məbləğin 0,05 faizi həcmində cərimə pulunu ödəməyi öz öhdəsinə götürmüş və müqavilənin 10%dən artıq ola bilməz. “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilən EAAY seriyalı 331517 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAB seriyalı 388890 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAB seriyalı 388795 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAG seriyalı 837249 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAH seriyalı 337554 nömrəli, xx.xx.2020-ci il tarixli və EBAH seriyalı 367202 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələrdən və servis aktlarından görünür ki, “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi ümumi dəyəri 8345,72 manat (vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV daxil) məbləğində alıcı "X15" MMC-yə müxtəlif adda mallar satmış və işlər görmüş, xidmətlər göstərmişdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi iddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi və cavabdeh “xxxxxxxxxxxx” X4 arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh “xxxxxxxxxxxx” X3 qarşı 8345,72 manat əsas borc, həmçinin borcu qanunsuz olaraq özündə saxladığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5%-lə hesablanmış 417,28 manat (8345,72x5%=417,28:12=34,77x12 ay=417,28 manat) məbləğində faiz tələbi də əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə edilən bəzi sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 18 manat dövlət rüsumunun tutulması tələbi hissəsində qeyd edir ki, notariat qaydada təsdiq edilmiş sənədlər mötəbər sübut olmadığından həmin vəsait cavabdehdən tutula bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli BM-018/19 saylı müqavilə üzrə yaranmış 8345,72 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən hesablanmış 417,28 manat pul, cəmi 8763 manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxx” X1 tutularaq iddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələbin 99,79% təmin edildiyindən ödənilmiş dövlət rüsumu münasib olaraq 29,94 manatı cavabdeh “xxxxxxxxxxxx” X1 tutularaq iddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli BM-018/19 saylı müqavilə üzrə 8345,72 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən hesablanmış 417,28 manat və dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 29,94 manat cəmi 8792,94 manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxx” X1 tutularaq iddiaçı “Borusan Makina və X12 və Tic. A.Ş. Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar