Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2554/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2020-ci il tarixində № 043/1-AP-20 alqısatqı müqaviləsi üzrə hesablanmış, ƏDV ilə birlikdə 48339,40 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 26 oktyabr 2020-ci il tarixində № 043/1-AP-20 alqı-satqı müqaviləsi tərtib olunmuşdur. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq Rusiya istehsalı olan meşə materialları (taxta və taxta materialları), müxtəlif ölçülü (3 mm-21 mm) laminasiyalı və yapışqanlı faner (DİKT) məmulatını almağı və sənədlərdə (Protokol, hesab faktura, qaimə faktura) təsdiq edilən məbləği (ƏDV-18% ilə birlikdə) ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın markası, ölçüləri, qiymət və məbləği hər iki tərəfin təsdiqlədiyi Protokolda əks olunmuşdur. Həmin protokolda Alıcı MMC-nin 8472.30 manat məbləğində 27.33 m3 miqdarlı, 8472.30 manat məbləğində 27.33 m3 miqdarlı eyni məhsul, 18 m3 miqdarlı 5580.00 manatt məbləğində, 7.8 m3 miqdarlı 2418.00 manat məbləğində, 0.216 m3 miqdarlı 66.96 manat məbləğində 4.896 m3 miqdarlı 1517.76 manat məbləğində, 7.65 m3 miqdarlı 2371.50 manat məbləğində, 12.3 m3 miqdarlı 3813.00 manat məbləğində, 1.567 m3 miqdarlı 485.77 manat məbləğində və 1104 m2 miqdarlı 18768.00 manat məbləğində polluq taxta məmulatlarını aldığı təsdiq olunmuş və Alıcı tərəfindən, alınmış məmulatların toplam dəyəri 51.965.59 manat və ƏDV olaraq hesablanmış toplam dəyər isə 9353.81 manat olaraq müəyyən edilmişdir. Yekunda Cavabdeh ödəməli olduğu məbləğ 61319.40 manat olaraq sözü gedən protokolda qeyd olunmuşdur. Həmçinin malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı 27.11.2020-ci il tarixli EBAT seriyalı, №162459 elektron qaimə tərtib olunaraq, qaime.e-taxes.gov.az sisteminə yerləşdirilmişdir. Lakin müqavilənin qüvvədə olma müddətinin artıq bitməsinə baxmayaraq, bu günə kimi qeyd olunan 26 oktyabr 2020ci il tarixli, 043/1-AP-20 nömrəli müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Bu zamana qədər yuxarıda göstərilən mallar üzrə hesablanmış miqdarın yalnız 11.000 manat hissəsi və ƏDV miqdarının isə 1980.00 manat hissəsi ödənmişdir. Bu isə göstərilən müqavilənin 1.1-ci və 2.2-ci bəndlərində qeyd olunan şərtlərin cavabdeh tərəfindən kobud surətdə pozulmasına səbəb olmuşdur. Yəni cavabdeh tərəf, öz öhdəliklərini sonadək icra etməmiş, müqavilənin şərtlərini pozaraq, üzrlü səbəb olmadan bu günədək ödənişi tam həyata keçirməmişdir. Belə ki, dəfələrlə şifahi formada müraciətlər olunmasına baxmayaraq ödənişlər həyata keçirilməmişdir. Həmçinin cavabdehə Pretenziya məktubu ilə müraciət edərək borcun ödənilməsi xahiş edilmişdir. Əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən X3 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı (İddiaçıMMC) razılaşma protokolunda nəzərdə tutulan və adı göstərilən malları müqavilənin şərtlərinə uyğun olaraq alıcının mülkiyyətinə verməyi, alıcı isə razılaşma protokolunda və adı göstərilən malları qəbul edib, onun müqabilində ödəniş etməyi üzərinə götürmüşdür. İş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsinin razılaşdırılma protokolundan görünür ki, malların ümumi qiyməti 61319,40 manat təşkil edir. İş materiallarından görünür ki, 27.11.2020-ci il tarixdə İddiaçı tərəfindən Cavabdehnə verilmiş malların əvəzi olaraq 61319,40 manat pulun ödənilməsi barədə 162459 saylı elektron qaimə göndərilmiş, eyni zamanda elektron qaimənin “təhvil aldım” qrafasında Cavabdeh tərəfindən imza və möhür vurulmuşdur. İş materiallarında olan 01.12.2020-ci il tarixli ödəmə tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsinə əsasən 11000 manat ödəniş edilmişdir. İş materiallarında olan 04.12.2020-ci il tarixli köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh tərəfindən 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsinə əsasən 1980 manat məbləğində İddiaçı hesabına ƏDV ödənişi edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı üzərinə düşür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və malların verilməsinə dair razılaşma protokolu imzalanmışdır. Satıcı İddiaçı verilmiş malların ödənilməsinə dair alıcı Cavabdehnə 27.11.2020-ci il tarixdə elektron qaimə göndərmiş, eyni zamanda da qeyd edilən qaimə əlavə olaraq əlbəəl də verilmiş və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən təqdim edilmiş mallara görə 12980 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi ancaq verilmiş mallara görə pulların ödənildiyini bildirsə də, verilmiş mallara görə 61319,40 manat pulun tələb edilməsi barədə verilmiş elektron qaimənin imza və cavabdeh MMC-nin möhürü ilə təsdiq edilməsini, eyni zamanda əgər mallar verilməyibdisə imza və möhürlə təsdiq edilmiş elektron qaiməyə nəyə görə etiraz etməmələrini izah edə bilməmişdir. Verilmiş mallara görə 61319,40 manat pulun tələb edilməsi barədə verilmiş elektron qaimənin cavabdeh MMC tərəfindən həm elektron qaydada qəbul edərək ona etiraz etmədiyindən, həmçinin əlbəəl qəbul edərək imza və möhürlə təsdiq edib etiraz etmədiyindən məhkəmə hesab edir ki, müqaviləyə razılaşma protokolunda göstərilmiş, ümumi dəyəri 61319,40 manat təşkil edən mallar ona təhvil verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırki iş üzrə cavabdeh isə öz üzərinə düşən öhdəliyi tam icra etməmiş, alqı-satqı müqaviləsindən irəli gələn malları almış olsa da, qeyd edilən mallara dair ödənişləri tam həyata keirməmişdir. Belə ki, cavabdehə ümumi dəyəri 61319,40 manat təşkil edən mallar verilsə də, o cəmi 12980 manat ödəniş etmiş və nəticədə 48339,40 manat borcu qalmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də mövqeyi belədir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı iş üzrə” 1994-cü il 19 aprel tarixli qərar). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olubolmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (“Kraska İsveçrəyə qarşı iş üzrə” 1993-cü il 19 aprel tarixli qərar). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ƏDV ilə birlikdə 48339,40 (qırx səkkiz min üç yüz otuz doqquz manat, qırx qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2554/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2554/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver