Məhkəmə qərarları › İş №e-2-2(113)-2557/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2557/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2557/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 53620.49 manat (əlli üç min altı yüz iyirmi manat qırx doqquz qəpik) (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış məbləği 5362 manat (beş min üç yüz altmış iki) manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manatın, habelə ödənilmiş 268 manat dövlət rüsumunun əvəzinin, cəmi manat 59600.49 (əlli doqquz altı yüz manat qırx doqquz qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 005/06/23 saylı, 19 iyun 2023-cü il tarixlialqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müxtəlif növdə qum, qırma qum, qırma daş materialları təhvil vermişdir. Lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Cavabdeh İddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, heç bir ödəniş etməmiş və nəticədə iddiaçıya 45441.09 + 8179.40 (ƏDV) (qırx beş min dörd yüz qırx bir manat doqquz qəpik+səkkiz min yüz yetmiş doqquz manat qırx qəpik) manat borcu qalmışdır. Hesab edirik ki, müqavilə üzrə yaranmış borc, habelə borcun gecikdirilməsinə görə hesablanmış faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilir ki, iddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun 5 (beş) gün ərzində ödənilməsini xahiş etsələr də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 005/06/23 saylı, 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə, satıcı 2.2-ci bənddə göstərilən malları alıcının mülkiyyətnə verməyi, alıcı tərəfindən isə həmin malın qəbul edilərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. xx.xx.2025-ci il tarixdə cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim edərək, iddiaçı ilə birlikdə məhkəməyə yazılı ərizələr ilə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi/vəkili ərizə ilə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 10 mart 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış 005/06/23 saylı, 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 53620.49 manat (əlli üç min altı yüz iyirmi manat qırx doqquz qəpik) (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış məbləği 5362 manat (beş min üç yüz altmış iki) manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manatın, habelə ödənilmiş 268 manat dövlət rüsumunun əvəzinin, cəmi 59600.49 manat (əlli doqquz min altı yüz manat qırx doqquz qəpik) məbləğində Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” iddiası üzrə mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2 İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: cənab Müseyib Bayramov) baxılmaqdadır.

2. Tərəflərin hüquq və vəzifələri: 2.1 Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə 005/06/23 saylı, 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçıya olan qalıq borcu 53620.49 manat (əlli üç min altı yüz iyirmi manat qırx doqquz qəpik) təşkil edir. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, aşağıdakı şərtlərlə (barter) və hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: Barışıq sazişi bağlandıqdan və hesablar üzərində həbs götürüldükdən dərhal sonra Cavabdeh MMC (VÖEN: **********) 10 ay ərzində, aşağıda göstərilən

1. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

2. xx.xx.2025- ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

3. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

4. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

5. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

6. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

7. xx.xx.2025- ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

8. xx.xx.2025- ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

9. xx.xx.2025- ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

10. xx.xx.2025- ci il tarixində 520.49 (beş yüz iyirmi manat, qırx doqquz qəpik) (ƏDV daxil) tarixlərdə olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki ardıcıl müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 59600.49 manat (əlli doqquz min altı yüz manat qırx doqquz qəpik) manat məbləğində pulun hamısının Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.

3. Digər müddəalar: 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4 Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 10 mart 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış 005/06/23 saylı, 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 53620.49 manat (əlli üç min altı yüz iyirmi manat qırx doqquz qəpik) (ƏDV daxil) borcun, gecikdirilmiş vaxt üçün hesablanmış məbləği 5362 manat (beş min üç yüz altmış iki) manat faizin, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manatın, habelə ödənilmiş 268 manat dövlət rüsumunun əvəzinin, cəmi 59600.49 manat (əlli doqquz min altı yüz manat qırx doqquz qəpik) məbləğində Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” iddiası üzrə mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2 İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: cənab Müseyib Bayramov) baxılmaqdadır.

2. Tərəflərin hüquq və vəzifələri: 2.1 Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə 005/06/23 saylı, 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçıya olan qalıq borcu 53620.49 manat (əlli üç min altı yüz iyirmi manat qırx doqquz qəpik) təşkil edir. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, aşağıdakı şərtlərlə (barter) və hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: Barışıq sazişi bağlandıqdan və hesablar üzərində həbs götürüldükdən dərhal sonra Cavabdeh MMC (VÖEN: **********) 10 ay ərzində, aşağıda göstərilən

1. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

2. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

3. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

4. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDVdaxil)

5. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

6. xx.xx.2025-ci il tarixində 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

7. xx.xx.2025-ci il tarixiə 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

8. xx.xx.2025-ci il tarixdə 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

9. xx.xx.2025-ci il tarixdə 5900 (beş min doqquz yüz manat) (ƏDV daxil)

10. xx.xx.2025-ci il tarixdə 520.49 (beş yüz iyirmi manat, qırx doqquz qəpik) (ƏDV daxil) tarixlərdə olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki ardıcıl müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 59600.49 manat (əlli doqquz min altı yüz manat qırx doqquz qəpik) manat məbləğində pulun hamısının Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.

3. Digər müddəalar: 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4 Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə **********99 nömrəli qəbzə əsasən ödənilmiş 270 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar