Məhkəmə qərarları › İş №e-2-2(113)-2562/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2562/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2562/2021 14.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, “Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyətinin (QSC) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun tutulması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4” Trestindən 2075691,79 manat məbləğində borcun və 207569,17 manat məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2283290,96 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək borc məbləğinin tam olaraq ödənilməsi səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun tutulması tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar