Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2572/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh”nin Azərbaycan Respublikasındakı Filialı ilə 07 iyul 2017-ci il tarixdə bağlanmış 07/07/17 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 67.740,33 manat ABŞ dolları məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 iyul 2017-ci il tarixdə İddiaçı MMC ilə Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında 07/07/17 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” İddiaçı MMC MMC müqavilədə müəyyən olunmuş şərtlərlə dəftərxana ləvazimatlarını “Alıcı” Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına satmağı, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı isə malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, tərəflərindən 08.07.2017-ci il tarixdə 25.271,90 ABŞ dolları dəyərində, 21.07.2017ci il tarixdə 25.926,96 ABŞ dolları dəyərində, 24.07.2017-ci il tarixdə 9.770,40 ABŞ dolları dəyərində, 25.07.2017-ci il tarixdə 480,26 ABŞ dolları dəyərində, 31.07.2017-ci il traixdə 2214,75 ABŞ dolları dəyərində, 2017-ci ilin avqust ayında 1076,06 ABŞ dolları dəyərində mal təhvil verilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Uzun müddətdir ki, cavabdeh göstərilən məbləğin ödənilməsindən yayınır. Belə ki, tərəflərindən müqavilənin şərtlərinin icra olunmasına və öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməkdən, yəni müəyyən olunmuş məbləği ödəməkdən imtina edir. Tərəflərindən dəfələrlə cavabdehlə öz öhdəliyinin icrası barədə şifahi və yazılı danışıqlar aparılmasına, sonuncu dəfə 22.04.2021-ci il tarixli məktubla borcun ödənilməsini tələb etməklərinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə “X4 X3 Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 07 iyul 2017-ci il tarixdə 07/07/17 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə dəftərxana ləvazimatları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən satıcı malı qanunvericiliklə müəyyən edilmiş noralara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya təhvil verməlidir. 3.1-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq malın dəyərini ödəməlidir. 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın qiyməti bu muqavilənin ayrılmaz hissəsi sayılan X1 əsasən müəyyən edilir. 4.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma 100% avans olmaqla nağd və ya köçürmə yolu ilə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 31.07.2017-ci il tarixli təhvil aktına əsasən 447,75 ABŞ dolları, 21.07.2017-ci il tarixli təhvil aktına əsasən 8.496 ABŞ dolları, 21.07.2017-ci il tarixli təhvil aktına əsasən 17.430,96 ABŞ dolları, 08.07.2017-ci il tarixli təhvil aktına əsasən 25.271,90 ABŞ dolları, 01.08.2017-ci il tarixli təhvil aktına əsasən 691,97 ABŞ dolları, 08.08.2017-ci il tarixli təhvil aktına əsasən 384,09 ABŞ dolları, 31.07.2017-ci il tarixli təhvil aktına əsasən 1.770 ABŞ dolları, 24.07.2017-ci il tarixli təhvil aktına əsasən 9.770,40 ABŞ dolları, 25.07.2017-ci il tarixli təhvil aktına əsasən 480,26 ABŞ dolları dəyərində mallar İddiaçı MMC tərəfindən “X4 X3 Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına təqdim edilmişdir. İddiaçı MMC tərəfindən “X4 X3 Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına 22 aprel 2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq “X4 X3 Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “X4 X3 Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 07 iyul 2017-ci il tarixli 07/07/17 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən cavabdehə malı təqdim etmiş, cavabdeh “X4 X3 Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı isə malın dəyərini tödəməmiş, nəticədə iddiaçıya 64.740,33 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 64.740,33 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X4 X3 Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 64.740,33 ABŞ dolları məbləğində pul ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehnin Azərbaycan Respublikasındakı Filialından 64.740,33 ABŞ dolları (altmış dörd min yeddi yüz qırx dollar otuz üç sent) məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2572/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2572/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver