Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2573/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə yaranmış 4068,22 manat məbləğində borc, 10015,86 məbləğində cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 manat manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 07.05.2019-cu il tarixli, 00509 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan və istifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra «Müştəri» adlandırılacaq) tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07.05.2019-cu il tarixli, 00509 saylı xidmət müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmışdır. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçıloyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra «müştəri» adlandırılacaq) tərəfindən partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasının maliyyələşdirməyi, operator isə bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partyorun TMMin də həyata keçirdiyi əməliyyatlarının məbləğindən 3,5 % dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 3,5 %-ni təşkil edir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan maliyyət öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərəçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0,5% məbləğində cərimə (dəbbə pulu) ödənilməsini tələb hüququna malikdir. İddiaçı MMC tərəfindən 22.01.2020-ci il tarixli EBAF seriyalı, 321370 nömrəli 6868,44 manat, 15.02.2020-ci il tarixli EBAG seriyalı, 431729 nömrəli elektron qaimə üzrə 741,91 manat, 16.03.2020-ci il tarixli EBAH seriyalı, 747718 nömrəli elektron qaimə üzrə 1033,17 manat, 19.04.2020-ci il tarixli EBAİ seriyalı, 929893 nömrəli elektron qaimə üzrə 1111,65 manat, 17.06.2021-ci il tarixli EBAL seriyalı, 219236 nömrəli elektron qaimə üzrə 18,13 manat, 10.07.2021-ci il tarixli EBAM seriyalı, 216856 nömrəli elektron qaimə üzrə 412,23 manat, 15.07.2021-ci il tarixli EBBE seriyalı, 884735 nömrəli elektron qaimə üzrə 45,30 manat, 15.07.2021-ci il tarixli EBBE seriyalı, 884631 nömrəli elektron qaimə üzrə 19,39 manat məbləğində elektron qaimələr tərtib edilmişdir. Borcun hesablanması haqqında cədvəldən görünür ki, Cavabdeh ödənilməmiş borcu 4068,22 manat, cərimə (dəbbə pulu) 10015,86 manat, cəmi borcu 14084,08 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, Cavabdeh göstərilən xidmətlərin müqabilində yaranmış 4068,22 manat məbləğində borcu ödəməməklə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əsas borcu tələbi hissəsində tələbi əsaslı hesab edir. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan cəriməni azaldaraq 1031,78 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 36,21%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 36,21%-i, yəni 10,86 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 4068,22 manat məbləğində əsas borc və 1031,78 manat cərimə cəmi 5100 manat və dövlət rüsumu kimi ödənilmiş 10,86 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4068,22 manat məbləğində əsas borc və 1031,78 manat məbləğində cərimə cəmi 5100 manat və dövlət rüsumu kimi ödənilmiş 10,86 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2573/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2573/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver