Məhkəmə qərarları › İş №e-2-2(113)-2573/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2573/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2573/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı iştirakı olmadan, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 8568,22 manat, geri qaytarmadığı taxta altlıqlara görə 1019,52 manat borcun, borcun gecikdirilməsinə görə 453 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 146 manat pulun tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə barışıq sazişi və hər iki tərəfin ərizələri təqdim edilmişdir. Həmin ərizələrdə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıq sazışının təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə cavbadehin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: X5 aşağıdakı tərəflər arasında imzalanmışdır: Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Kreditor” ), X3 tərəfindən təmsil olunur: Cavabdeh (bundan sonra "xxxx", VÖEN: 6********.

1. BARİŞİQ SAZİŞİNİN PREDMETİ Holcim (Azərbaycan) ASC Cavabdeh aldığı sement məhsullarına görə 8568,22 AZN, geri qaytarmadığı taxta altlıqlara görə 1019,52 AZN borcun, borcun gecikdİrilməsinə görə 453 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 146 AZN pulun tutularaq Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması tələbi İlə məhkəməyə müraciət etmişdir. Hazırda həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Tərəflər təsdiq edirlər ki, xx.xx.2025 tarixinə Borclu Cavabdeh Holcim (Azərbaycan) ASC-dən aldığı sement məhsulları üzrə əsas borcu 8568,22 (səkkiz min beş yüz altmış səkkiz manat iyirmi iki qəpik) AZN təşkil edir.

2. BARİŞİQ SAZİŞİNİN ŞƏRTLƏRİ: 2.1.Tərəflər öz aralarında X6 ilə razılığa gəlirlər ki, Borclu aldığı sement məhsulları üzrə 8568,22 (səkkiz min beş yüz altmış səkkiz manat iyirmi iki qəpik) AZN borcunu xx.xx.2025-ci il tarixindən etibarən fasiləsiz olaraq hər ay 150,32 AZN (bir yüz əllimanat otuz iki qəpik) AZN olmaqla 57 ay müddətinə ödəyir . 2.2 X7 2.1-ci maddəsində müəyyən olunmuş şərtlərin tam icra edilməsi ilə Cavabdeh Holcim (Azərbaycan) ASC qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə İcra etmiş hesab edilir, Kreditor borcun qalan hissəsini tələb etmir. 2.3 Cavabdeh tərəfindən ödəniş X7 2.1-ci maddəsində göstərilən şərtlərə əsasan həyata keçirilmədikdə Kreditor Borclunun aldığı sement məhsulları üzrə 8568,22 AZN əsas borcunun ona ödənilməmiş hissəsinin ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. 2.4 X6 Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar