Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-258/2020 12.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi x1 iştirakı ilə, “xxxxxxxxxxxxxx” x2 (MMC) “x7 Limited” şirkətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “x7 Limited” şirkətindən müqavilənin 3.2.1 və protoolun 3-cü bəndlərinin icra edilməməsinə dörə tərəflərindən ödənilən müqavilə dəyərinin, müqavilə və digər sənədlərin xarici dildə tərtib olunması ilə əlaqədar çəkilən tərcüməçi xərclərinin, müqavilənin və onun tərkib hissələrinin, pretenziya qaydasında müraciətin kuryer vasitəsilə satıcıya təqdim edilməsi ilə əlaqədar çəkilən xərclərin, müqavilə, ərizə və s. Sənədlərin tərtibi ilə əlaqədar hüquqşunasa çəkilən xərclərinin, işin məhkəmədə baxıkmasına dair ödənilən dövlər rüsumunun və proses zamanı yaranacaq digər xərclərin cavabdehdən tutularaq “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3734 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xaiş etmişdir. İddiaçının nümayəndəsi x4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. 25 fevral 2019-cu il tarixdə x7 Limited şirkəti ilə iddiaçı arasında GS-144/19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndində qeyd olunan malları, həmin müqavilənin 1.2-ci bəndinə əsasən x7 Limited müqavilənin ayrılmaz tərkib hissəsi olan və tərəflərin imza və möhürləri ilə təsdiq edilən “Təhvil-təslim Aktı”na əsasən “Alıcı’ya, yəni iddiaçıya təhvil verməyi öhdəsinə götürüb. 25 fevral 2019-cu il tarixli, GS-144/19 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, tərəflər arasında onların imza və möhürləri ilə təsdiq olunmuş 1 nömrəli əlavə olaraq 25 fevral 2019-cu il tarixli “Qiymət razılaşdırma protokolu”na əsasən tərəflərindən 28 fevral 2019-cu il tarixində 1610 funt sterlinq “x7 Limited” şirkəti tərəfindən müəyyən edilən hesaba köçürülmüşdür ki, sifariş edilən mallar cavabdeh tərəfindən onlara təhvil verilsin. Lakin cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi x4 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - 25.02.2019-cu il tarixli, GS-144/19 saylı müqavilədən göründüyü kimi“xxxxxxxxxxxxxx” x5 ilə “x7 Limited” şirkəti arasınd alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2.-ci bəndinə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malları qəbul edi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. 3.2.1-ci bəndinə əsasən satıcı malı müqavilə ilə müəyyən edilən şərtlərsə və qaydada alıcıya onun ünvanında təhvil verməyi və təklif formasında qeyd edildiyi halda qurşadırmağı üzərinə götürür. - 25.02.2019-cu il tarixli GS-144/19 saylı alqı satqı müqaviləsinə 01 saylı əlavəsi olan qiymət razılaşdırma protokolunda malın dəyəri 1610 funt sterlinq göstərilmişdir. - 28.02.2019-cu il tarixli 006SW**********0 saylı ödəniş qəbzindən göründüyü kimi GB75LLOYD**********0060 saylı hesaba 1610 GBP miqdarında ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 01 saylı əlavəsi olan qiymət razılaşdırma protokolunun 2-ci bəndinə əsasən iddiaçı tərəfindən malın dəyəri mal ona çatmamışdan əvvəl tam şəkildə ödənilmiş, lakin cavabdeh müqavilənin 3.2.1-ci bəndinin tələblərini pozularaq müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxxxx” x2 iddiası təmin edilsin. “x7 Limited” şirkətindən 3734 (üç min yeddi yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxxxxxxxx” x3 ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-258/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-258/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver