Məhkəmə qərarları › İş №e-2-2(113)-2582/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2582/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2582/2020 19.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh Nasibovı Valı Ömər oğlunun iştirakı ilə, İddiaçı Nasibovı Valı Ömər oğluna qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nasibovı Valı Ömər oğlundan 1874,33 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki İddiaçı MMC ilə Nasibovı Valı Ömər oğlu arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx xxxxxx 2018-ci il tarixli, 258/2018 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 2559,62 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-yə xx xxxx 2019-cu il tarixli ərizə təqdim edərək, İddiaçı MMC-yə olan 2559,62 manat borcunu xx xxxx 2020-ci il tarixinədək tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh 1874,33 manat müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini hal – hazıradək İddiaçı MMC-yə ödəməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Nasibovı Valı Ömər oğlu iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, “məhsulların nisyə alqı-satqısı barədə” xx xxxxxx 2018-ci il tarixli, 258/2018 saylı müqaviləni o, imzalasa da, faktiki olaraq müqavilə onun şəriki ilə bağlanmışdır. 1800 manat borc məbləğindən də, 900 manat pul vəsaitini özü, digər hissəsini şəriki ödəməlidir. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli, 258/2018 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı MMC Nəsibov Valı Ömər oğluna ümumi dəyəri 2559,62 manat məbləğində olan müxtəlif çeşidli əhsulları satmağı, Nəsibov Valı Ömər oğlu 2559,62 manat məbləğində borcun 12 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2018-ci il tarixli, 258/2018 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə tərtib edilmiş alqı-satqı müqaviləsinə əsasən 2559 manat dəyərində siyahıda qeyd olunan məhsullar İddiaçı MMC Nəsibov Valı Ömər oğluna təhvil vermiş və satıcı tərəfindən qəbul edilmişdir. - xx.xx.2019-cu il tarixli mövcud borcun etiradı haqqında mücərrəd müqaviləyə əsasən Nəsibov Valı Ömər oğlu 2559.62 manat məbləğində borcu müqavilə imzalandığı tarixdən hər növbəti ayın həmin tarixi 189 manat olmaqla xx.xx.2020-ci il tarixədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında bağlanmış qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx xxxxxx 2018-ci il tarixli, 258/2018 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 2559,62 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdən göründüyü kimi və cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da aydın olduğu kimi müqavilə üzrə borc məqləği qismən ödənilmişdir. Həmçinin qalan məbləğin digər şəxsin ödəməli olmasıyla cavabdehin vermiş olduğu izahatıyla bağlı məhkəmə qeyd edir ki, müqavilə iddiaçı ilə alıcı kimi onun arasında qarşılıqlı razılıq əsasında bağlanmış və bağlanmış müqavilənin bəndindəndə göründüyü kimi satıcı kimi iddiaçının ona verdiyi məhsullara görə üçüncü şəxslər qarşısında heç bir hüquq və məsuliyyətə malik deyildir. Buna görə də cavabdehin borcun digər hissəsinin üçüncü şəxsə aid olması səbəbi ilə ödənişdən yayınması qanunsuz və əsassızdır, o cümlədən müqavilə öhdəliklərinə ziddir. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nasibovı Valı Ömər oğluna qarşı müqavilə üzrə pul tələbi barədə iddiası təmin edilsin. 1874,33 manat məbləğində pul vəsaiti Nasibovı Valı Ömər oğlundan tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Nasibovı Valı Ömər oğlundan tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar