Məhkəmə qərarları › İş №e-2-2(113)-2587/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2587/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2587/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X4 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 354885 manat və ödənilmiş dövlət rüsumuna görə 644,88 manat olmaqla, cəmi 355529,88 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 09.01.204-cü il tarixli, GCİ-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 354885 manat dəyərində armaturu iddiaçıya satmağı, iddiaçı isə həmin malın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı malın dəyərinin 100%-ni əvvəlcədən ödəmiş, cavabdeh isə dəyəri ödənilmiş malı iddiaçıya bu günkü tarixədək təhvil verməmişdir. Cavabdehə dəfələrlə dəyəri ödənilmiş malın və ya həmin pul vəsaitinin geri qaytarılması təklif edilsə də, heç bir müsbət nəticəsi olmamış, cavabdeh malı və ya malın dəyərini ödəməkdən imtina etmişdir. Ofis dəyişikliyi zamanı müqavilənin nüsxəsi itirilmiş, bu səbəbdən müqavilənin hazırkı iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Lakin müqavilə üzrə ödənişlərə dair təsdiqedici sənədlərdə köçürülən məbləğlər öz əksini tapmışdır. Bundan əlavə, həm hüquqi ünvan üzrə, həm də vergi ödəyiciləri internet vergi idarəsinin onlayn kargüzarlıq bölməsindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyindən iddiaçı həmin məbləği qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

3. Daha sonra ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddiaçı tərəfindən ödənilmiş 359885 manat və ödənilmiş dövlət rüsumuna görə 649,88 manat olmaqla, cəmi 360534,88 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 385.1, 425.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur.

5. İlkin iddia üzrə cavabdeh "xxxx" ASC ilkin iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında 09.01.204-cü il tarixli, GCİ-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 354885 manat dəyərində armaturu iddiaçıya satmağı, iddiaçı isə həmin malın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı malın dəyərinin 100%-ni əvvəlcədən ödəmiş, cavabdeh isə dəyəri ödənilmiş malı iddiaçıya bugünkü tarixədək təhvil verməmişdir. Cavabdehə dəfələrlə dəyəri ödənilmiş malın və ya həmin pul vəsaitinin geri qaytarılması təklif edilsə də, heç bir müsbət nəticəsi olmamış, cavabdeh malı və ya malın dəyərini ödəməkdən imtina etmişdir. Bundan əlavə, iddiaçı bildirir ki, ofis dəyişikliyi zamanı müqavilənin nüsxəsi itirilmiş, bu səbəbdən müqavilənin iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Lakin müqavilə üzrə ödənişlərə dair təsdiqedici sənədlərdə köçürülən məbləğlər öz əksini tapmışdır. İddia ərizəsində iddianın huquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.1, 425.1, 385.1, 442, 448.1-ci maddələri göstərilmişdir. "xxxx" MMC-nin iddiası tamamilə əsassızdır. Belə ki, əvvəla qeyd edilməlidir ki, iddiaçı iddia edir ki, guya onunla cavabdeh arasında 09.01.204-cü il tarixli, GCİ-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və sözügedən müqavilə üzrə ödənişlərə dair təsdiqedici sənədlərdə köçürülən məbləğlər öz əksini tapmışdır. Lakin iddiaçı bunu təsdiqləyən hər hansı bir sübutu, o cümlədən müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi faktiki halların mövcudluğunu təsdiq edə bilməmişdir. İddiaçı ilə cavabdeh arasında 09.01.204-cü il tarixli, GCİ-24 nömrəli müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 vǝ 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 89.3.-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. MPM-nin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmışdır. Həmin müqavilə ilə iddiaçı tərəfindən ayrı-ayrı tarixlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə 251230,00 manat + ƏDV 45221,40 manat, xx.xx.2024-cü il tarixdə 249350,00 manat + ƏDV 44 883,00 manat, xx.xx.2024-cü il tarixdə 300750,00 manat + ƏDV 54135,00 manat, ümumilikdə ƏDV daxil 945569,40 manat məbləğində qabaqcadan depozit olaraq müvafiq armaturların alınmasına görə cavabdehə ödəniş edilmişdir. Bunun müqabilində cavabdeh müqavilənin 3.1-ci bəndinə müvafiq olaraq hər partiya mal üçün ayrı-ayrı tarixlərdə 38 ədəd elektron qaimə əsasında, ümumilikdə ƏDV daxil 1213339,53 manat dəyərində malı iddiaçıya təhvil vermişdir. Elektron qaimələrlə yanaşı, hər bir qaiməyə müvafiq olaraq ayrı-ayrılıqda təhvil çekləri tərtib edilmiş və həmin çeklərdə çekin nömrəsi, yükün adı, çəkisi, alıcı "xxxx" MMC-nin adı, daşıyıcı nəqliyyat növünün adı, dövlət qeydiyyat nişanı, giriş və çıxış tarixləri və saatları dəqiqliklə qeyd edilmişdir. Cavabdehin təqdim etdiyi həmin elektron qaimələr təsdiq edilmiş və iddiaçı tərəfindən düzəlişə qaytarılmamışdır. Malın təhvili tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.1-ci bəndi ilə tənzimlənir. Qeyd olunan bəndi təhlil etdikdə aydın olur ki, tərəflərin iradəsi məhz malı elektron qaimə-faktura sənədləri əsasında təhvil verilməsi yönündə olmuşdur. Əgər iddiaçının iddia etdiyi kimi, mal təhvil verilməmişdirsə, bu halda iddiaçı elektron qaimələri düzəlişə geri qaytara bilərdi, halbuki bu, baş verməmişdir. Tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikadan və işgüzar münasibətlərindən göründüyü kimi, tərəflər malların təhvil-təslimini müqavilənin 2.1-ci bəndində razılaşdırdıqları qaydaya uyğun olaraq həyata keçirmiş, həmçinin cavabdeh elektron qaimələr üzrə elektron sistemini sayıq nəzarəti altında saxlayaraq, qaimələri düzəlişə qaytarmamış, qaimələr mütəmadi olaraq sistem tərəfindən təsdiqlənməsi ilə rəsmiləşdirilmişdir. Odur ki, 354885 manat dəyərində malın təhvil verilməməsi ilə bağlı iddiaçının dəlilləri tamamilə əsassızdır. AR MM-nin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Nəticə etibarı ilə bəhs edilən müqavilə üzrə "xxxx" MMC-nin "xxxx" QSC qarşısında 267770,13 manat borcu yaranmışdır. Həmin borc məbləğinin tutulması ilə bağlı qarşılıqlı iddia ilə "xxxx" MMC-dən tələb edilir və qarşılıqlı iddia tələbinin əsası kimi burada qeyd edilən faktiki halların mövcudluğunu təsdiq edən bütün yazılı sübutlar, o cümlədən alqı-satqı müqaviləsi, elektron qaimǝ-faktura sənədləri və təhvil çekləri "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəmyə təqdim edilmişdir. Odur ki, "xxxx" MMC-nin iddia etdiyi 360534,88 manat pulun cavabdehdən tələb edilməsi üçün hər hansı əsasın mövcudluğu iş materialları ilə müəyyən edilmir, iddia tələbi əsassızdır və tərəflər arasındakı müqavilə münasibətlərini ehtiva etmir, ona görə də təmin oluna bilməz.

6. Eyni zamanda "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, 267770,13 manat borc və ödənilmiş 557,80 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilədən irəli gələn öhdəliyini iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tam şəkildə icra etməsinə və cavabdeh qarşısında heç bir öhdəliyinin olmamasına baxmayaraq, cavabdeh İddiaçı sözügedən müqavilədən irəli gələn öhdəliyi tam icra etmədiyi və iddiaçı qarşısında icra edilməmiş öhdəliyi olduğu halda məhkəməyə müraciət etmişdir. Müqaviləyə əsasən ilkin iddia üzrə cavabdeh "xxxx" ASC ilkin iddia üzrə İddiaçı MMC-yə ölçüsü, çeşidi və miqdarı elektron qaimə faktura sənədlərində göstəriləcək məhsulları satmağı, ilkin iddia üzrə iddiaçı isə həmin malın dəyərini ilkin iddia üzrə cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. İlkin iddia üzrə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia edir ki, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı "xxxx" MMC armatur almaq məqsədi ilə ƏDV daxil 354885 manat məbləğində pulu əvvəlcədən "xxxx" ASC-nin bank hesabına ödəmiş, cavabdeh "xxxx" ASC isə dəyəri ödənilmiş malı iddiaçıya bugünkü tarixədək təhvil verməmişdir. Bu səbəbdən də ilkin iddia üzrə iddiaçı onun tərəfindən ödənilmiş 354885 manat və ödənilmiş dövlət rüsumuna görə 644,88 manat olmaqla, cəmi 355529,88 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC iddiasında müqavilə tarixini və nömrəsini səhv qeyd etmişdir. İddiaçı "xxxx" ASC ilə cavabdeh "GCS Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1-ci maddəsinin 1.1-ci bəndinə əsasən satıcı elektron qaimə-faktura sənədlərində göstərilən ölçüdə, çeşiddə və miqdarda məhsulları alıcıya satır və alıcı isə öz növbəsində alınan malın dəyərini bu müqavilənin 3-cü maddəsi ilə razılaşdırılmış şərtlər əsasında satıcıya ödəyir. Bu müqavilənin 2-ci maddəsinin aşağıda qeyd edilən tələblərinə əsasən: 2.1 tələb olunan malların çeşidi, ölçüləri, miqdarı və qiyməti tərəflər arasında əvvəlcədən razılaşdırılacaqdır. 2.2 satıcı malı elektron qaimə-faktura sənədləri əsasında alıcıya təhvil verəcəkdir. 2.3 alıcı mala mülkiyyət hüququnu onun dəyərini satıcıya tam olaraq ödədikdən sonra əldə edəcəkdir. Bu müqavilənin 3-cü maddəsininn aşağıda qeyd edilən tələblərinə əsasən: 3.1 malların qiyməti hər partiya üçün elektron-qaimə faktura əsasında razılaşdırılır. 3.2 alıcı təqdim edilmiş hesab-fakturaya uyğun olaraq malın dəyərini köçürmə yolu ilə tam olaraq əvvəlcədən satıcının bank hesabına ödəyir. Yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinin şərtlərinə əsasən faktiki olaraq satıcı-yəni iddiaçı elektron qaimǝ-faktura sənədlərində göstərilən ölçüdə, çeşiddə və miqdarda məhsulları alıcıya satmış, bu müqavilənin 2-ci maddəsinin 2.2 bəndinə əsasən malı elektron qaimə-faktura sənədləri əsasında alıcıya ƏDV daxil 1213339,53 manat dəyərində malı təhvil vermiş, lakin alıcı-yəni cavabdeh "xxxx" MMC iddiaçı “Bakıinşaatsənaye" ASC tərəfindən elektron qaimə-faktura sənədləri əsasında ona təhvil verilmiş malın ƏDV daxil 945569,40 manatını ödəmiş, 267770,13 manatını isə bu günədək ödəməmişdir. Yuxarıda qeyd edilənlərin sübutu kimi iddiaçı “Bakıinşaatsənaye" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsinin 2-ci maddəsinin 2.2-ci bəndinə əsasən elektron qaimǝ-faktura sənədləri əsasında cavabdeh "xxxx" MMC-yə təhvil verilmiş malın dəyərini və cavabdeh "xxxx" MMC-tərəfindən təhvil alınmış malın daşınmasını həyata keçirmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının əks olunduğu və cavabdeh "xxxx" MMC-nin elektron qaiməfaktura sənədləri əsasında təhvil aldığı malın müqabilində ödədiyi məbləğin qeyd olunduğu siyahı məhkəməyə təqdim edilib. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehin ilkin iddiası əsassız olduğu üçün rədd edilməlidir. Bundan əlavə olaraq işin faktiki hallarından göründüyü kimi, cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini tam şəkildə icra etmədiyindən "xxxx" ASC-yə 267770,13 manat borcu qalmışdır.

8. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448.1, 501-ci maddələrinə istinad olunmuşdur.

9. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC qarşılıqlı iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 1213339,53 manat dəyərində malın cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyi, iddiaçı tərəfindən bunun qarşılığında 945569,40 manat ödəniş edildiyi, qalıq 267770,13 manat pul məbləğinin isə bugünkü tarixədək ödənilmədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi əsassızdır. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi ofis dəyişikliyi ilə əlaqədar itirildiyindən və bu səbəbdən də iddiaçı tərəfindən edilmiş ödənişlərə dair ödəniş tapşırıqlarında alqı-satqı müqaviləsinin nömrə və tarixi düzgün qeyd edilmədiyindən iddiaçı tərəfindən verilmiş iddia ərizəsində alqı-satqı müqaviləsinin nömrə və tarixi SÇ05/2024, xx.xx.2024-cü il əvəzinə GCİ 24, xx.xx.2024-cü il qeyd edilmişdir. Alqı-satqı müqaviləsinin iddia ərizəsində səhv qeyd edilməsi iddiaçı və cavabdeh arasında mövcud müqavilə münasibətlərinin mövcudluğunu dəyişmir. Sözügedən alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən alıcı təqdim edilmiş hesab-fakturaya uyğun olaraq malın dəyərini köçürmə yolu ilə tam olaraq əvvəlcədən satıcının bank hesabına ödəyir. Alqı-satqı müqaviləsinə əsasən alıcı üzərinə malın dəyərinin əvvəlcədən ödənilməsi öhdəliyi qoyulmuşdursa, hazırda cavabdeh tərəfindən iddiaçıdan ödəniş tələb edilməsi tamamilə əsassızdır. Belə ki, alqı-satqı müqaviləsinin 3.2ci bəndinə uyğun olaraq alıcı hər sifariş üzrə ödənişi tam olaraq əvvəlcədən həyata keçirmədən satıcı tərəfindən mal göndərilə bilməzdi. Bunu iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğlərə dair ödəniş tapşırıqlarının tarixlərindən də açıq-aşkar görmək mümkündür. İddiaçı tərəfindən cavabdehin hesabına köçürmə yolu ilə xx.xx.2024-cü il tarixində OD11 saylı ödəniş tapşırığına və ƏDV sub-uçot hesabından **********699118 saylı bildirişə əsasən 294233 manat, xx.xx.2024-cü il tarixində OD12 saylı ödəniş tapşırığına və ƏDV sub-uçot hesabından **********699203 saylı bildirişə əsasən 296451,40 manat, xx.xx.2024-cü il tarixində OD4 saylı ödəniş tapşırığına və ƏDV sub-uçot hesabından **********889347 saylı bildirişə əsasən 354885 manat olmaqla, ümumilikdə 945569,40 manat ödəniş edilmişdir. Alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin tam olaraq satıcıya ödənilməsindən sonra alıcının mala mülkiyyət hüququ əldə etdiyini nəzərə alaraq, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 354885 manat əvvəlcədən ödənilmiş məbləğ müqabilində cavabdeh tərəfindən bugünkü tarixədək mallar təhvil verilməmişdir. Bununla da, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, iddiaçının hüquqları pozulmuşdur. Tədqiq olunan sübutlar:

10. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X7 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində "xxxx" ASC ilə alıcı qismində İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı elektron qaimə-faktura sənədlərində göstərilən ölçüdə, çeşiddə və miqdarda məhsulları (bundan sonra mal adlandırılacaq) alıcıya satır və alıcı isə öz növbəsində alınan malın dəyərini bu müqavilənin 3-cü maddəsi ilə razılaşdırılmış şərtlər əsasında satıcıya ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı malı elektron qaimə-faktura sənədləri əsasında alıcıya təhvil verəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti hər partiya üçün elektron-qaimə faktura əsasında razılaşdırılır. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı təqdim edilmiş hesab-fakturaya uyğun olaraq malın dəyərini köçürmə yolu ilə tam olaraq əvvəlcədən satıcının bank hesabına ödəyir.

13. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00464065 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31734,92 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00464082 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33708,35 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00464187 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33388,34 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00480837 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 30721,536 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00511568 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33415,004 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00511537 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32801,64 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00511396 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32321,616 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00007046 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 25387,936 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00007013 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 26721,336 manat (ƏDV daxil) təşkil edir.

22. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00007024 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 26561,328 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00011549 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32268,28 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00011522 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32614,964 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00011490 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32188,276 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00040382 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31441,572 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00041868 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31681,584 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00041877 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33121,656 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00041885 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33148,324 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00070648 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 21681,084 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00073236 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32854,976 manat (ƏDV daxil) təşkil edir.

32. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00073230 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33094,988 manat (ƏDV daxil) təşkil edir.

33. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00073232 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 38855,276 manat (ƏDV daxil) təşkil edir.

34. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00073240 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29308,132 manat (ƏDV daxil) təşkil edir.

35. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00073271 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28508,092 manat (ƏDV daxil) təşkil edir.

36. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00088858 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33480,376 manat (ƏDV daxil) təşkil edir.

37. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00088831 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32454,956 manat (ƏDV daxil) təşkil edir.

38. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00089034 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33189,6594 manat (ƏDV daxil) təşkil edir.

39. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00090734 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29522,184 manat (ƏDV daxil) təşkil edir.

40. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00090725 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33535,6 manat (ƏDV daxil) təşkil edir.

41. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00089945 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28963,808 manat (ƏDV daxil) təşkil edir.

42. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00089958 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28721,436 manat (ƏDV daxil) təşkil edir.

43. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00090874 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33864,112 manat (ƏDV daxil) təşkil edir.

44. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00090883 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33398,72 manat (ƏDV daxil) təşkil edir.

45. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00145129 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39353 manat (ƏDV daxil) təşkil edir.

46. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00392046 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33762,16 manat (ƏDV daxil) təşkil edir.

47. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00392043 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33137,94 manat (ƏDV daxil) təşkil edir.

48. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00392044 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 34033,56 manat (ƏDV daxil) təşkil edir.

49. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00392102 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33843,58 manat (ƏDV daxil) təşkil edir.

50. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00392047 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 34549,22 manat (ƏDV daxil) təşkil edir.

51. "xxxx" ASC-nin hesab üzrə çıxarışından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə 300750 manat, xx.xx.2024-cü il tarixdə 249350 manat və 251230 manat məbləğində ödəniş edilmişdir.

52. "xxxx" ASC-nin ƏDV sub-uçot hesabından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixdə 54135 manat, xx.xx.2024-cü il tarixdə 44883 manat və 45221,4 manat məbləğində ödəniş edilmişdir.

53. İddiaçı MMC pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edərək ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

54. "xxxx" ASC pretenziya məktubu ilə İddiaçı MMC-yə müraciət edərək ödənilmiş borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

57. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Satıcı qismində "xxxx" ASC ilə alıcı qismində İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, SÇ05/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC alıcı kimi pul vəsaitini ödədiyini, lakin satıcı tərəfindən həmin məbləğin qarşılığında malların təhvil verilmədiyini bildirmiş, "xxxx" ASC isə qarşılıqlı iddia tələbində İddiaçı MMC-yə malların təhvil verildiyini, lakin alıcı tərəfindən malların bir qisminin dəyərinin ödənilmədiyini bildirmişdir.

58. İlkin iddia tələbini İddiaçı MMC tərəfindən ödənilmiş 359885 manat pulun "xxxx" ASC-dən tutulması təşkil edir.

59. Qeyd olunmalıdır ki, sonradan ilk İddiaçı MMC tərəfindən iş üzrə ərizənin baxılmamış saxlanması və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul olunması xahiş olunmuş, lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi ərizənin baxılmamış saxlanmasına etiraz etmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etmişdir.

60. İlkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ödəniş sənədləri ilə müəyyən edilir ki, ümumilikdə 945569,4 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Eyni zamanda "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, sonuncu tərəfindən müqaviləyə əsasən 1213339,5214 manat məbləğində mal İddiaçı MMC-yə göndərilmişdir. Göründüyü kimi, satıcı tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmuş və ilkin iddia üzrə iddiaçının tələb etdiyi pul məbləğinin əvəzi olaraq mallar alıcıya göndərilmişdir. Həmin halın təsdiqi qismində "xxxx" ASC qaimələrə müvafiq olaraq ayrı-ayrılıqda tərtib edilmiş təhvil qəbzləri təqdim etmişdir ki, həmin qəbzlərdə qəbzin nömrəsi, yükün adı, çəkisi, alıcı "xxxx" MMC-nin adı, daşıyıcı nəqliyyat növünün adı, dövlət qeydiyyat nişanı, giriş və çıxış tarixləri və saatları qeyd edilmişdir.

61. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh "xxxx" ASC tərəfindən müqavilə üzrə ödhəliklər tam icra olunduğundan ilkin iddia tələbi təmin edilməməlidir.

62. İlkin iddia üzrə iddiaçı həmçinin ödənilmiş 649,88 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

63. Məhkəmə hesab edir ki, ilkin iddia təmin olunmadığından həmin xərc də cavabdehdən tutulmamalıdır.

64. Eyni zamanda "xxxx" ASC qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 267770,13 manat borcun tutulmasını xahiş etmişdir.

65. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, "xxxx" ASC tərəfindən 1213339,5214 manat dəyərində mal İddiaçı MMC-yə göndərilmiş, alıcı isə cəmi 945569,4 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin qarşılıqlı iddia üzrə iddiaçıya 267770,13 manat (1213339,5214- 945569,4=267770,13) məbləğində borcu qalmışdır.

66. Ona görə də qarşılıqlı iddia tələbi təmin edilməli və İddiaçı MMC-dən 267770,13 manat borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

67. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı ödənilmiş 557,77 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

68. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunduğundan ödənilmiş 557,77 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

69. 40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçındən 267770,13 manat (iki yüz altmış yeddi min yeddi yüz yetmiş manat on üç qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 557,77 manat (beş yüz əlli yeddi manat yetmiş yeddi qəpik) olmaqla, cəmi 268327,90 manat (iki yüz altmış səkkiz min üç yüz iyirmi yeddi manat doxsan qəpik) məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar