Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-259/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 86104,92 manat əsas borc. 8610,40 manat penya borcunun, 2000 manat hüquqi xidmət xərcinin, 30 manat ödənilmiş dövlət rüsumu cəmi 96745,32 manat pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (BASF Caspian MMC-nin hüquqi varisi) (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında bağlanılmış № 2015-SM/AH- 074 saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı tərəfindən inşaat kimyəvi məhsullarının “Alıçı”ya satılması və “Alıçı” tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “Satıçı”ya ödənilməsi nəzərdə tutulmuşdur. Alqı – satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən gecikmə halında “Alıçı” hər geçikən gün üçün 0,1 % penya ödəməyi (toplamı mal dəyərinin 10 faizdən artıq olmamaqla) öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq xx.xx.2020-ci il tarixə qədər 86104,92 manat əsas borc, 8610,40 manat penya borcu yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il dövrünü əhatə edən müddət ərzində cavabdehə onun təhvil almasına dair “Mal-materialın çıxış qaimə”lərinə imza etməklə aldığı mallar üzrə hesab fakturalar verilsə də ödənişlər həyata keçirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayədəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2016-cı il tarixli, 2015-SM/AH-074 saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşşa kimyəvi məhssulların müqavilə müddəti dövründə satıcı tərəfindən alıcının mülkiyyətinə vermək və alıcı tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödənilməi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir. - xx.xx.2016-cı il tarixli 2015-SM/AH-074 saylı alqı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 3.3-cü maddəsində göstərilən vadə 90, limit 400000 manat müəyyən edilmiş və xx.xx.2016-cı il tarixdən əlavə qüvvəyə minmişdir. - xx.xx.2019-cu il tarixli 847607 saylı, EAAP seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 578680 saylı, EAAQ seriyalı elektron qaiməyə əsasən 8631,23 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 738780 saylı, EEAR seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 528059 saylı, EAAS seriyalı elektron qaiməyə əsasən 767 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 922221 saylı, EAAS seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 112402 saylı, EAAT seriyalı elektron qaiməyə əsasən 236 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 478743 saylı, EAAT seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 718143 saylı, EAAT seriyalı elektron qaiməyə əsasən 354 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 615021 saylı, EAAU seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 085949 saylı, EAAV seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 378767 saylı, EAAV seriyalı elektron qaiməyə əsasən 5946,61 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaimələri ilə, xx.xx.2019cu il tarixli 179378 saylı, EAAW seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 933695 saylı, EAAW seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 086136 saylı, EAAX seriyalı elektron qaiməyə əsasən 590 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 707159 saylı, EAAX seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 536991 saylı, EAAY seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 583108 saylı, EAAZ seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 125577 saylı, EBAA seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 260068 saylı, EBAA seriyalı elektron qaiməyə əsasən 306,80 manat dəyərində mal xx.xx.2019-cu il tarixli malmaterialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 385660 saylı, EBAA seriyalı elektron qaiməyə əsasən 1239 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 713459 saylı, EBAA seriyalı elektron qaiməyə əsasən 590 manat dəyərində mal xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaimələri ilə, xx.xx.2019-cu il tarixli 000311 saylı, EBAB seriyalı elektron qaiməyə əsasən 1003 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 473721 saylı, EBAB seriyalı elektron qaiməyə əsasən 2832 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 569601 saylı, EBAB seriyalı elektron qaiməyə əsasən 4720 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 839438 saylı, EBAB seriyalı elektron qaiməyə əsasən 590 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2019-cu il tarixli 556857 saylı, EBAC seriyalı elektron qaiməyə əsasən 3776 manat dəyərində mal xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə, xx.xx.2020-ci il tarixli 662236 saylı, EBAE seriyalı elektron qaiməyə əsasən 3776 manat dəyərində mal xx.xx.2019-cu il tarixli mal-materialın çıxışı qaiməsi ilə və xx.xx.2020-c il tarixli 116069 saylı, EBAH seriyalı elektron qaiməyə əsasən 720 manat dəyərində mal Cavabdeh MMC-yə təhvil verilmişdir. - 2015-SM/AH-074 saylı alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavəyə əsasən tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli 216-SM\AH, 074 saylı alqı-satqı müqaviləsinin qüvvədə qalma müddəti 31.122019-cu il tarixinədək müəyyən edlidiyi, müqavilə müddətinin başa çatmasına ən aı 30 gün qalanadək tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə digər tərəf yazılı olaraq xəbərdar etməzsə, müqavilə tərəflər arasında daha sonrakı illər üçün uzadılmış hesab edilir. Müqavilənin 3.3 maddəsinə göstərilən ödəmə müddəti 90 gün, limit 400000 müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 90 gün ərzində satıcının kassasına ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında, həmçinin, əmtəə-nəqliyyat qaimələri əsasında təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 86104,92 manat əsas borca 8610,40 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 8610,40 manat dəbbə pulunun miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa məhkəmə 2000 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, işin araşdırılan hallarından və məhkəmə prosesi zamanı iddiaçı tərəfindən belə xərcin çəkilməsini sübut edən hesabdan çıxarış və ya ödənişi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 86104,92 manat məbləğində əsas borc, 1000 manat cərimə olmaqla ümumilikdə 87104,92 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-259/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-259/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver