Məhkəmə qərarları › İş №e-2-2(113)-2598/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2598/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2598/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Borusan Makina və Güc Sistemləri Sanayi ve Ticaret Anonim Şirketinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Borusan Makina və Güc Sistemləri Sanayi ve Ticaret Anonim Şirketinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Borusan Makina və Güc Sistemləri Sanayi ve Ticaret Anonim Şirketi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia qiymətini təşkil edən 50,186.44 (əlli min yüz səksən altı manat 44 qəpik) manat əsas borc 9,033.56 (doqquz min sıfır otuz üç manat 56 qəpik) manat ədv borcu və müştəri dəstək xidməti üzrə 848.20 (səkkiz yüz qırx səkkiz manat 20 qəpik) manat əsas borc, 152.68 (yüz əlli iki manat 68 qəpik) manat ədv borcu ümumilikdə 60,220.88 (altmış min iki yüz iyirmi manat 88 qəpik) manat, müqavilə üzrə hesablanmış 5018,64 (beş min sıfır on səkkiz manat 64 qəpik) manat cərimə və iddia qiymətinə uyğun olaraq ödənilmiş 286 (iki yüz səksən altı) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X3 Güc Sistemleri Sanayi Ve Ticaret A.S.”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh MMC arasında 31 may 2023-cü il tarixli BMAST 31/05/23 saylı Alqı-Satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilə əsasında Caterpillar 426F2 arxa kovuşlu frontal yükləyici, çəngəl/FORK/428 və Kova/BUCKET GP daxil olmaqla malların alqı satqısı həyata keçirilmiş və təhvil verilmişdir. Tərəflər arasında müqavilənin 1 saylı Əlavəsi olan X1 ilə imzalanmışdır. Bunun əsasında tərəfimizdən xx.xx.2023-cü il tarixli EBDG 887550 saylı e qaimə də göndərilmişdir. Tərəflər arasında imzalanmış X2 və Qaimə üzrə malların dəyəri 121,186.44 (yüz iyirmi bir min yüz səksən altı manat 44 qəpik) manat məbləğində əsas borc, 21,813.56 (iyirmi bir min səkkiz yüz on üç manat 56 qəpik) manat məbləğində ədv borcu ümumilikdə 143,000.00 (yüz qırx üç min) manat təşkil edir. Bunsan əlavə xx.xx.2023-cü il tarixli, EBDW 369490 saylı e qimə əsasında müştəri dəstək xidməti üzrə 848.20 (səkkiz yüz qırx səkkiz manat 20 qəpik) əsas borc, 152.68 (yüz əlli iki manat 68 qəpik) manat ədv borcu ümumilikdə 1,000.88 (bir min manat 88 qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən qeyd edilən qaimə üzrə cəmi 71000 (yetmiş bir min) manat əsas borc, 12780 (on iki min yeddi yüz səksən) manat ədv borcu ümumilikdə 83780 (səksən üç min yeddi yüz səksən) manat ödəniş edilmiş, qalıq məbləği təşkil edən 50,186.44 (əlli min yüz səksən altı manat 44 qəpik) manat əsas borc, 9,033.56 (doqquz min sıfır otuz üç manat 56 qəpik) manat ədv borcu ümumilikdə 59,220.00 (əlli doqquz min doqquz yüz iyirmi) manat borc və müştəri dəstək xidməti üzrə 848.20 (səkkiz yüz qırx səkkiz manat 20 qəpik) manat əsas borc, 152.68 (yüz əlli iki manat 68 qəpik) manat ədv borcu ümumilikdə 1,000.88 (bir min manat 88 qəpik) manat borc bu günə kimi ödənilməmişdir. Beləliklə yuxarıda qeyd edilən qaimələr üzrə 50,186.44 (əlli min yüz səksən altı manat 44 qəpik) əsas borc, 9,033.56 (doqquz min sıfır otuz üç manat 56 qəpik) manat ədv borcu və müştəri dəstək xidməti üzrə 848.20 (səkkiz yüz qırx səkkiz manat 20 qəpik) manat əsas borc, 152.68 (yüz əlli iki manat 68 qəpik) manat ədv borcu ümumilikdə 60,220.88 (altmış min iki yüz iyirmi manat 88 qəpik) manat borc Cavabdeh tərəfindən bu günə kimi ödəniş edilməmişdir. Tərəflər arasında imzalanmış 31 may 2023-cü il tarixli BMAST 31/05/23 saylı Alqı-Satqı müqaviləsinin 9.4-cü maddəsinə əsasən Alıcı bu müqavilə üzrə ödənişi vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5% həcmində cərimə ödəyir (lakin müqavilənin 10% dən artıq olmamaq şərtilə) Nəzərinizə çatdırmaq istəyirik ki, müqavilə üzrə gecikmə müddəti 215 gün təşkil edir ki, bu da gecikmə cəriməsi olaraq müqavilənin 10% dən artıq edir. Belə olan halda gecikmə cəriməsi yuxarıda qeyd edilən qailmə üzrə əsas borc məbləğinin 10% ni təşkil edəcəkdir. Beləliklə gecikmə cəriməsi 5018,64 (beş min sıfır on səkkiz manat 64 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən Cavabdehə borcun ödənilməsi ilə bağlı həm online vergi vasitəsilə həm də rəsmi poçt vasitəsilə pretenziya göndərilmiş və cavabdeh tərfindən qəbul edilmşdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən borc ödənilməmişdir.

3. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 43,186.44 manat əsas borc, 7,773.56 manat ədv borcu, ümumilikdə ədv daxil 50,960.00 manat borcun və müştəri dəstək xidməti üzrə 848.20 manat əsas borc, 152.68 manat ədv borcu, ümumilikdə 51,960.88 manat, müqavilə üzrə hesablanmış 5018,64 manat cərimə və iddia qiymətinə uyğun olaraq ödənilmiş 286 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 143000 manat məbləğində mal təhvil verilmiş, həmin malların dəyərinin bir qismi ödənilmiş, qalıq 50960 manat borc ödənilməmişdir. Bundan əlavə, cavabdehin sifarişi əsasında ona təhvil verilmiş mallarla bağlı filtr və sairə təhvil verilmiş, əlavə olaraq iddiaçıya xidmət göstərilmiş, bununla bağlı tərəflərindən cavabdehə elektron qaimə təqdim edilmiş, həmin qaiməyə cavabdeh etiraz etməmiş, lakin qaimə üzrə ödəniş edilməmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. “X3 Güc Sistemleri Sanayi Ve Ticaret A.S.”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və cavabdeh arasında bağlanmış 31 may 2023-cü il tarixli BMAST 31/05/23 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə №1-də nəzərdə tutulmuş malları Alıcının sifarişnə əsasən təchiz etməyi, Alıcı isə bu malların haqqını Müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürür.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən Satılan mallar müqavilə imzalandığı tarixdən Əlavə 1-də qeyd olunan müddətdə Satıcı tərəfindən təmin olunur və təhvil-təslim aktı əsasında Alıcıya təhvil verilir.

10. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə ödənişi 2.1-ci maddədə göstərilən vaxtda ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5 faizi həcmində cərimə ödəyir.

11. 31 may 2023-cü il tarixli BMAST 31/05/23 saylı alqı-satqı müqaviləsinin 1 saylı və 2 saylı Əlavələrində satılacaq malların adı, ölçüsü, qiyməti razılaşdırılmışdır.

12. İddiaçı tərəfindən cavabdehə EBDW 369490 nömrəli xx.xx.2023-cü il tarixli (1000,87 manat), EBDG 887550 nömrəli xx.xx.2023-cü il tarixli (143000.00 manat) elektron qaimələr təqdim edilmişdir.

13. 23.12.2023-cü il tarixli servis aktına əsasən iddiaçı tərəfindən cavabdehə həmin tarixdə təmir xidmətləri göstərilmişdir.

14. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə EBDG 887550 nömrəli elektron qaimə üzrə 5000 manat əsas borc, xx.xx.2024-cü il tarixdə 900 manat ƏDV ödənilmişdir.

15. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 2000 manat əsas borc, xx.xx.2024-cü il tarixdə 360 manat ƏDV ödənilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı və podrat müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilələrdən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 43186,44 manat əsas borc, 7,773.56 manat ƏDV borcunun, müştəri dəstək xidməti üzrə 848.20 manat əsas borc, 152.68 manat ƏDV borcunun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

26. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 5018,64 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

27. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2000 manat müəyyən edilməlidir.

30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 51960,88 manat məbləğində əsas borc (ƏDV daxil olmaqla), 2000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 86 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 51960,88 manat məbləğində əsas borc (ƏDV daxil olmaqla), 2000 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, ümumilikdə 54160,88 (əlli dörd min bir yüz altmış manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Borusan Makina və Güc Sistemləri Sanayi ve Ticaret Anonim Şirketinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumu iddiaçı Borusan Makina və Güc Sistemləri Sanayi ve Ticaret Anonim Şirketinin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar