Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-260/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması və əmlakın qaytarılması tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 369000,01 manat məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə hesablanmış 16236,00 manat cərimə məbləğinin tutulması, İddiaçı MMC-yə məxsus əmlakların qaytarılması, bu mümkün olmadıqda onların 51396,08 məbləğində olan dəyərinin kompensasiya edilməsi, İddiaçıMMC-yə dəymiş 50000,00 manat məbləğində zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 486662,00 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi AR MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 369000,01 manat məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə hesablanmış 16236,00 manat cərimə məbləğinin tutulması, İddiaçı MMC-yə məxsus əmlakların qaytarılması, bu mümkün olmadıqda onların 53650,17 manat məbləğində olan dəyərinin kompensasiya edilməsi, İddiaçı MMC-yə dəymiş 50000,00 manat məbləğində zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 488916,18 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ”Cavabdeh” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, AQRO-67/10/18 saylı “Anbarda saxlama” müqaviləsinə əsasən və onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrinə uyğun olaraq göstərilmiş xidmətlərə görə İddiaçı MMC-yə 444923,12 manat borcu yaranmışdır. Cavabdeh borcdan yalnız 5923,11 manat ödəmiş, qalan 439000,01 manat borcun isə tərəflərin xx.xx.2019-cu il tarixində imzaladığı borcun hissə-hissə ödənilməsi barədə razılaşmasına əsasən 73000,00 manat (yetmiş üç min manat, 00 qəpik) - xx.xx.2019 -cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat,00 qəpik) - xx.xx.2019-cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat, 00 qəpik) - xx.xx.2019-cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat, 00 qəpik) xx.xx.2019-cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat, 00 qəpik) - xx.xx.2019cu il tarixədək; 74000,01 manatın (yetmiş dördmin manat,01 qəpik) - xx.xx.2019-cu il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh razılaşmanın şərtlərini pozaraq borclarının hissə-hissə ödənilməsi qrafikinə riayət etməmiş, qrafik üzrə nəzərdə tutulmuş borc məbləğindən yalnız xx.xx.2019-cU il tarixdə 70000,00 manat ödəmiş, qalan 369000,01 manat borcun ödənilməsini isə bu günə qədər təmin etməmişdir. Göründüyü kimi, cavabdeh öz öhdəliklərini pozub, təsdiqlənmiş borclarının qrafik üzrə ödənilməsini təmin etməmişdir. 132/2019 saylı, xx.xx.2019-cu il tarixli məktubla cavabdehə borclarının ödənilməsi barədə pretenziya göndərilsə də, cavabdeh pretenziya məktubunu qəbul etməsinə baxmayaraq, yenə də öz öhdəliklərini bu günə qədər icra etməmişdir. Məhz bu səbəbdən 369000,01 manat borcun cavabdehdən məcburi qaydada tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 44 gün olan müddətdə borcun ödənilmədiyi hər gün üçün cavabdehə 0,1 % cərimə hesablanmışdır. Belə ki, 44 gecikdirilmiş gün üçün cavabdehə 16236,00 manat (on altı min iki yüz otuz altı, 00 qəpik) cərimə hesablanmışdır. Bundan başqa, Cavabdeh MMC İddiaçı MMC-dən müvəqqəti təhvil aldığı Benoplast istehsalı olan 60x40x15 ölçüdə 3151 ədəd, Sarı Metak istehsalı 60x40x14 ölçüdə olan 3602 ədəd, Gürtan istehsalı 60x40x15 ölçüdə olan 1813 ədəd, İran istehsalı 120x100x90 ölçüdə olan 4 ədəd, ümumilikdə 8570 ədəd plastik yeşikləri və 390 ədəd 1,20x1,00 ölçüdə olan taxta padonlarını bu günə qədər geri qaytarmamışdır. Cavabdeh MMC 2018-ci ilin oktyabr ayından etibarən özgəsinin əmlakından istifadə edərkən bilməli idi ki, bu əmlak başqasının mülkiyyətindədir. Buna görə də o, ya həmin əmlakı mülkiyyətçiyə geri qaytarmalı, ya da mülkiyyətçiyə əmlakdan istifadə haqlarını ödəməlidir. Lakin Cavabdeh MMC bunu etməyib və vicdansızcasına başqasının əmlakından istifadə edərək ondan fayda götürüb. Göründüyü kimi, cavabdeh başqasının əmlakından istifadə edərək əsassız olaraq varlanmışdır. Yuxarıdakılara əsasən Cavabdeh MMC qanunsuz əldə etdiyi əmlakları “xxxx” MMC-yə geri qaytarmalı və ya onların 51396,08 məbləğində olan dəyərini ödəməlidir. Əlavə olaraq, Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə zərər dəymişdir. Zərər əmlakdan məhrum olması ilə bağlıdır və cavabdeh öz əmlakından məhrum olmasaydı, bu günə qədər 50000,00 manat (əlli min manat) gəlir əldə edərdi. Yuxarıdakılara əsasən, Cavabdeh MMC qanunsuz əldə etdiyi əmlakları İddiaçı MMC-yə geri qaytarmalı, bu mümkün olmadıqda, onların dəyərini kompensasiya etməli və əlavə olaraq İddiaçı MMCyə vurduğu 50000,00 manat (əllimin manat) zərəri ödəməlidir. Cavabdeh öz öhdəliklərini pozduğuna görə məsuliyyət daşımalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfindən əsas borcdan ödəniş edilmişdir, ona görə də tələbi əsas borc hissəsində qismən – 248958 manat hissədə qəbul edir, iddia tələbini qalan hissədə qəbul etmir. Belə ki, iddiaçının cavabdehdə qalan heç bir əmlakı yoxdur, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən aktlar sübut sayıla bilməz. Yeşiklər kimə təqdim olunubsa, ondan tələb olunsun. Ona görə də iddia tələbini qalan hissədə əsassız hesab edir və iddianın qismən - qəbul etdiyi hissədə təmin olunmasına etiraz etmir. Cavabdehin gətirdiyi dəlillərə etiraz edən iddiaçının nümayəndəsi bildirdi ki, cavabdehin nümayəndəsinin məhkəmədə yeşiklərin təhvil-təslim aktları ilə bağlı verdiyi ifadələr əsassızdır. Çünki həmin aktlar bu işlə bağlıdır, iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə ki, Saxlama müqaviləsinin 02 saylı xx xxxxxxx 2018ci il tarixli və 06 saylı xx xxxxxx 2018-ci il tarixli əlavələrinə əsasən cavabdeh 174000 yeşikdə xurma meyvəsini saxlamağa gətirmişdir və təbii ki, həmin meyvələrin yığılması, daşınması və saxlanılması "İddiaçı" MMC-nin yeşiklərində həyata keçirilibdir. Çünki cavabdehin mülkiyyətində həmin həcmdə yeşiklər heç vaxt olmamışdır. Eyni zamanda "İddiaçı" MMC həmin yeşikləri cavabdehə satmamışdır ki, hər hansı bir müqavilə bağlasm. İddiaçı MMC həmin yeşikləri tərəflərin şifahi razılaşmasına əsasən etibarlılıq əsasında cavabdehin mallannm yığılması və "İddiaçı" MMC-nin soyuducu anbarlarında saxlanılması üçün cavabdehin müvəqqəti istifadəsinə vermişdir. İstifadəyə verilməsi isə gündəlik böyük həcmdə əməliyyatların aparılmasını (yeşiklərin girişi-çıxışı) nəzərə alaraq sadə aktla cavabdehin təyin etdiyi nümayəndəsinə (sürücülərə) imza atmaqla rəsmiləşdirilmişdir. Cəmi 157382 yeşik təhvil verilmişdir ki, onlardan da cəmi 147750 yeşik geri qaytarılmışdır, qalanı isə qaytarılmamışdır. Qeyd olunanların nəzərə alınması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: «Cavabdeh” MMC (sifarişçi) ilə «İddiaçı” MMC (icraçı) arasında xx xxxxxxx 2018-ci il tarixli, AQRO-67/10/18 saylı “Anbarda saxlama” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Anbar sahibi Mal sahibinin təqdim etdiyi xurma meyvələrinin (bundan sonra "Xurma" adlanacaq) saxlanılmasını öhdəsində götürür, Mal sahibi isə həmin xidmətlərin dəyərinin bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq vaxtında və tam ödənilməsini yerinə yetirir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “Borcun hissə-hissə ödənilməsi barədə” xx.xx.2019-cu il tarixdə tərəflər arasında razılaşma imzalanmış, razılaşmaya əsasən borcun 73000,00 manat (yetmiş üç min manat, 00 qəpik) - xx.xx.2019 -cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat,00 qəpik) xx.xx.2019-cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat,00 qəpik) -xx.xx.2019-cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat,00 qəpik) -xx.xx.2019-cu il tarixədək; 73000,00 manat (yetmiş üç min manat,00 qəpik) -xx.xx.2019-cu il tarixədək; 74000,01 manat (yetmiş dördmin manat,01 qəpik) -xx.xx.2019-cu il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. «İddiaçı” MMC xx.xx.2019-cu il tarixdə pretenziya qaydasında məktubla «Cavabdeh” MMC-yə müraciət edərək, müqavilə üzrə yaranmış 369000,01 manat borcun və cərimənin 03 gün müddətində ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında saxlama müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunan razılaşmanı əsas borcun etirafı kimi qəbul edir. Belə ki, tərəflər arasında razılaşma imzalanmış, razılaşmaya əsasən borcun 73000,00 (yetmiş üç min manat, 00 qəpik) - xx.xx.2019 -cu il tarixədək; 73000,00 (yetmiş üç min manat,00 qəpik) -xx.xx.2019-cu il tarixədək; 73000,00 (yetmiş üç min manat,00 qəpik) -xx.xx.2019cu il tarixədək; 73000,00 (yetmiş üç min manat,00 qəpik) -xx.xx.2019-cu il tarixədək; 73000,00 (yetmiş üç min manat,00 qəpik) -xx.xx.2019-cu il tarixədək; 74000,01 (yetmiş dördmin manat,01 qəpik) -xx.xx.2019-cu il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Həmin borcdan qismən ödəniş edilmiş, 369000,01 manat hissə ödənilməmiş qalmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini – 369000,01 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 369000,01 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun tutulması və borcun gecikdirilməsinə görə 16236,00 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı MMC-yə məxsus əmlakların qaytarılması, bu mümkün olmadıqda onların 53650,17 manat məbləğində olan dəyərinin kompensasiyanın verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı yeşik və taraların dəyərini təsdiq edən gömrük bəyannamələri və vergi hesab fakturaları məhkəməyə təqdim etsə də, həmin əmlakların Cavabdeh MMC-yə təhvil verilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yeşik və taraların təhvil-təslimi aktlarında həmin əmlakların Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verildiyinin qeyd edilməsinə baxmayaraq qeyd olunan aktları imzalamış şəxslərin həqiqətən Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bundan başqa, tərəflərin sonradan bağladığı xx.xx.2019-cu il tarixli “Borcun hissə-hissə ödənilməsi barədə” razılaşmada da bununla bağlı hər hansı göstəriş yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddiaçı MMC-yə məxsus yeşik və taraların Cavabdeh MMC tərəfindən qəbul edilməsi öz təsdiqini tapmadığından iddia tələbi İddiaçı MMC-yə dəymiş 50000,00 manat məbləğində zərərin cavabdehdən tutulması hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 7,20 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 22,80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 369000,01 (üç yüz altmış doqquz min manat bir qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,80 (iyirmi iki manat səksən qəpik) manat olmaqla, cəmi 371022,81 (üç yüz yetmiş bir min iyirmi iki manat səksən bir qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 7,20 (yeddi manat iyirmi qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-260/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-260/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver