Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2605/2022 11.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 77019 manat məbləğində borcun, mediasiya xərcləri üçün ödənilmiş 400 manat məbləğin, cəmi 77419 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ASCO və fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 05 noyabr 2018-ci il tarixli 897MA1553 və 14 noyabr 2018-ci il tarixli 916MA1590 saylı müqavilələrə xitam verilməsi barədə 20 aprel 2020-ci il tarixdə MR-0819 saylı razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh tərəfindən 85369 manat vəsaitin cəmiyyətə geri ödənilməsi öhdəliyi qəbul edilmiş, cavabdeh tərəfindən borcdan ödəniş edilmiş və halhazırda cavabdehin 77019 manat ödənilməmiş borcu qalmışdır. Tərəfimizdən borcun ödənilməsinin təmini ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, xx.xx.2022–ci il tarixdə rəsmi qaydada pretenziya verilməsinə baxmayaraq, borc məbləği hal-hazıradək ödənilməmişdir (pretenziyanın surəti əlavə olunur). Cavabdeh tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində cəmiyyət maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 20 aprel 2020 – ci il tarixli MR-0819 saylı razılaşmanın 4-cü bəndinə əsasən, razılaşmanın 3-cü bəndi ilə müəyyən edilən ödəniş öhdəliyinin,bu razılaşmanın imzalandığı tarixdən 3 ay müddətində icra etmək tərəfinizdən qeyri-şərtsiz qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə etmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli 897MA1553 nömrəli və 14 noyabr 2018-ci il tarixli 916MA1590 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, müqavilələrə əsasən Cavabdeh müqavilələrin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun əşyaları müqavilələrin 3.3-cü bəndində göstərilmiş İddiaçı QSC-yə çatdırır, İddiaçı QSC isə müqavilələrin əsasında malların qiymətini ödəyir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli 897MA1553 və 14 noyabr 2018-ci il tarixli 916MA1590 saylı müqavilələrə xitam verilməsi barədə 20 aprel 2020-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh müqavilələr üzrə tədarük etdiyi malların böyük əksəriyyəti müqavilələr ilə müəyyən olunmuş keyfiyyət və tamlıq tələblərinə cavab vermir və malların böyük hissəsinin qüsurlu olması barədə hər bir müqavilə üzrə 18 mart 2020-ci il tarixli ayrı-ayrılıqda 3 ədəd qüsur aktı tərtib edilmişdir və Cavabdeh müqavilələr ilə müəyyən olunmuş öhdəliklərini əsaslı şəkildə pozmuş və müqavilələri icra etməmişdir, müqavilələr üzrə İddiaçı QSC tərəfindən Cavabdeh avans ödənişlər etmiş və ödənilmiş vəsaitin İddiaçı QSC-yə geri qaytarılması barədə tərəflər razılığa gəlirlər. Tərəflər arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli 897MA1553 saylı və 14 noyabr 2018-ci il tarixli 916MA1590 saylı müqavilələrə razılaşma imzalandığı tarixdən xitam verilir. 09 oktyabr 2018-ci il tarixli 822MA1433 saylı müqaviləyə həmin müqavilənin 1 saylı əlavəsinin 5-ci bəndi (kreslo ağac gövdəli (fıstıq ağacı) 34 ədəd, vahidin qiyməti 275 manat, ümumi qiymət 9350 manat) istisna olmaqla, digər hissədə bu razılaşma imzlandığı tarixdən xitam verilir. 09 oktyabr 2018-ci il tarixli 822MA1433 saylı müqavilə üzrə 17900 manat, 05 noyabr 2018-ci il tarixli 897MA1553 nömrəli müqavilə üzrə 24807 manat və 14 noyabr 2018-ci il tarixli 916MA1590 nömrəli müqavilə üzrə 42662 manat məbləğində, ümumilikdə isə 85369 manat vəsait Cavabdeh tərəfindən İddiaçı QSCyə geri qaytarılmalıdır. xx.xx.2018-ci il tarixli EAAM seriyalı 283261 nömrəli, xx.xx.2020-ci il tarixli EBAG seriyalı 645549 nömrəli və xx.xx.2020-ci il tarixli EBAK seriyalı 772021 nömrəli elektron qaimələrdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı QSC-yə ilkin satılacaq olan malların dəyəri 44450 manat təşkil edir. İddiaçı QSC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarış və ödəniş tapşırıqlarından görünür ki, İddiaçı QSC Cavabdeh ümumilkdə 94719,5 manat məbləğində avans ödənişi etmişdir. 22 aprel 2022-ci il tarixli MŞB/3-00815 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC 400 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, Cavabdeh ayrı-ayrılıqda 2 dəfə 5000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pulu İddiaçı QSC-yə geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı QSC arasında üç alqı-satqı müqavilələri bağlanmış, İddiaçı QSC üzərinə düşən öhdəliyi yerinə yetirərək sifariş etdiyi malların pullarını ödəmiş, lakin Cavabdeh müqavilələrdə qeyd olunan malları İddiaçı QSC-yə satsa da, həmin malların böyük bir qismi müqavilələr ilə müəyyən olunmuş keyfiyyət və tamlıq tələblərinə cavab vermədiyindən, tərəflərin arasında imzalanmış 20 aprel 2020-ci il tarixli razılaşmaya əsasən hər üç müqaviləyə xitam verilmiş və İddiaçı QSC tərəfindən avans olaraq ödənilmiş 85369 manat məbləğində vəsaitin Cavabdeh tərəfindən geri qaytarılması razılaşdırılmış, lakin Cavabdeh sözügedən vəsaitdən yalnız 10000 manat məbləğində pulu geri qaytarmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı QSC-nin 400 manat məbləğində mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının 77019 manat məbləğində əsas borc tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb qismən təmin edilməlidir, belə ki, Cavabdeh razılaşmada qeyd edilən 85369 manat borcdan 10000 manat məbləğində vəsaiti ödədiyinə görə, qalıq borc iddiaçının istinad etdiyi kimi 77019 manat deyil, 75369 manatdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 75369 manat əsas borc və 400 manat mediasiya xərci, cəmi 75769 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 75369 manat əsas borc və 400 manat mediasiya xərci cəmi 75769 manat pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2605/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2605/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver