Məhkəmə qərarları › İş №e-2-2(113)-2606/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2606/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2606/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 1.255,58 manat məbləğində borc, cərimə üzrə hesablanmış 1.080,48 manat, dövlət rüsumu olaraq 60 manat, cəmi 2.396,46 manat məbləğin Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, U01469 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra «Müştəri» adlandırılacaq) tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X4 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X2 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partyorun TMM-ində nəzərdə tutulmuş pərakəndə məhsullardan başqa digər bütün məhsullar ilə əlaqədar əməliyyatlarına görə 3 (üç)% dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. 1.1.1. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partyorun TMM-ində həyata keçirdiyi və hesabatında Operatorun proqram-texniki kompleksində qeydəalınmış əməliyyatların ümumi məbləğinin: 4.1.1.1. b. 3.1.1.1. 2-ni (iki) % (18%dərəcəilə ƏDVdaxil olmaqla) təşkil edir. 4.1.1.2. b. 3.1.1.2. 1,5-ni (bir tamonda beş)%(18%dərəcəilə ƏDVdaxil olmaqla) təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC-nin 1255,58 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC-nin 1255,58 manat məbləğində borc qalığının ödənilməsinə dair tərəfimizdən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müqavilənin 6.3.4-cü bəndinə əsasən, müqavilə üzrə maliyyət şərtlərini vaxtında yerinə yetirmək Partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı Cavabdehnə qarşı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan e-2-2(113)-2606/2022 saylı iş üzrə iddia tələbinin ümumi borc hissədə 1255.58 manat, hesablanmış cərimə hissəsində 1080.48 manat, 07 yanvar 2021-ci il tarixli, 2021-0114 saylı müqavilə üzrə təqdim olunmuş telefonlar üzrə 945 manat, dövlət rüsumu olaraq 60 manat, cəmi 3281.48 manat kimi qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2606/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsinə dair ərizə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahat verərək əsas borcla razı olduğunu bildirdi, cərimə borcunun azaldılmasını və borcunu ödəməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 06 yanvar 2021-ci il tarixli U01469 nömrəli “Xidmət müqaviləsi” bağlanmışdır. Hazırki Müqaviləyə əsasən, Partner Proqram çərçivəsində Müştəri tərəfindən Partnyorun (Cavabdeh) bonus manatlarının maliyyələşdirilməsini, eyni zamanda ayda bir dəfən az olmamaqla, Operatora (İddiaçı) Müqavilənin 4-cü maddəsinə əsasən komissiya haqqlarının ödənilməsi öz üzərinə götürür; Operator isə Partnera sonuncunun biznesinin inkişafı üçün Proqram çərçivəsində, müştərilərin cəlb edilməsi istiqamətində xidmət göstərməyi öz üzərinə götürür. Müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2021-ci il tarixli EBBD seriyalı 040789 nömrəli və 042377 nömrəli müvafiq olaraq 164.75 manat və 218.54 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2021-ci il tarixli EBBE seriyalı 884650 və 884753 nömrəli müvafiq olaraq 126.36 manat və 136.43 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 685085 və 691246 nömrəli müvafiq olaraq 105.21 manat və 143.87 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 061622 və 075201 nömrəli müvafiq olaraq 97.69 manat və 52.60 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 321885 və 315611 nömrəli müvafiq olaraq 37.17 manat və 47.89 manat məbləğində xidmətin göstərilməsi barədə, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 371699 və 382889 nömrəli müvafiq olaraq 50.74 manat və 74.33 manat məbləğində xidmətin göstərilməsi barədə, ümumilikdə 1255.58 manat məbləğində xidmətlərin göstərilməsi barədə elektron qaimələr göndərilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, iş materiallarına elektron vergi sistemi ilə göndərilmiş elektron qaimələr əlavə edilmişdir. Qaimələrdə nəzərdə tutulmuş xidmətlərin göstərilməməsinə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz və ya pretenziya bildirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin görülmüş işləri qəbul edərək iddiaçı tərəfindən işlərin tam və ya natamam görülməsinə hər-hansı irad bildirmədiyinə dəlalət edir. Bundan əlavə də, məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisinin əsas borcunu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə edilən məbləğdə xidmətlər cavabdehə göstərilmiş, cavabdehin özü bildirdiyi kimi həmin məbləğdə xidmətin dəyəri ödənilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə əsas borca görə 1.255,58 manat tələb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müqavilə üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın 1.080,48 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkın Tərəf digər Tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 1.255,58 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə hesab edir ki, 60 manat dövlət rüsumunun tələb edilməsi hissəsində ərizə təmin edilə bilməz. İddiaçı iddia ərizəsində dövlət rüsumu xərci olaraq 60 manat məbləğində pulu tələb etsə də, tərəfindən dövlət rüsumunun ödənilməsinə dair hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda qeyd edilən 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tələb edilməsi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Competo” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 06 yanvar 2021-ci il tarixli U01469 saylı xidmət müqaviləsinə əsasən əsas borc üzrə 1255 (bir min iki yüz əlli beş) manat, 55 (əlli beş) qəpik, cərimə borcu üzrə 100 (bir yüz) manat, cəmi 1.355 (bir min üç yüz əlli beş) manat, 55 (əlli beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar