Məhkəmə qərarları › İş №e-2-2(113)-2612/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2612/2023

05.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2612/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “Azad Klerk" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 167234,81 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,92 manat, dövlət büdcəsinə 6160,13 manat, İcbari Tibbi Sığorta Fonduna 15,66 manat, Dövlət Sosial Müdafiə Fonduna 98 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 84,16 manat, dövlət büdcəsinə 7648,13 manat məbləğində (o cümlədən, vergilər üzrə 7277 manat, faizlər üzrə 371,13 manat) məbləğində borcunun ödənilməsini təmin etmək onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi “Azad Klerk" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 167234,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 112163,48 manat, faizlər üzrə 3668,06 manat, maliyyə sanksiyası üzrə 51403,27 manat), "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,92 manat, dövlət büdcəsinə 6160,13 manat məbləğində (o cümlədən, vergilər üzrə 5816,93 manat, faizlər üzrə 343,2 manat) , İcbari Tibbi Sığorta Fonduna 15,66 manat, Dövlət Sosial Müdafiə Fonduna 98 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 84,16 manat, dövlət büdcəsinə 7648,13 manat məbləğində (o cümlədən, vergilər üzrə 7277 manat, faizlər üzrə 371,13 manat) olmaqla borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********139200-ci il tarixli , xx.xx.2022-ci il tarixli **********286700, xx.xx.2022-ci il tarixli **********119900, xx.xx.2022-ci il tarixli ******************.09.2022-ci il tarixli **********412500, xx.xx.2022-ci il tarixli **********411800, xx.xx.2022-ci il tarixli **********470000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Ərizəçi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-5.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü tikinti materiallarının topdan satışı olan Bakı şəhəri Qaradağ rayonunda qeydiyyatda olan "xxxx" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, maraqlı şəxs xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 9300,01 manat borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 7434,04 manat borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 194266,21 manat borcu vardır. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 9300,01 manat borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi vergilər üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 6084,51 manat (o cümlədən, vergilər üzrə 5816,93 manat, faizlər üzrə 267,58 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi vergilər üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********1 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 167234,81 manat (o cümlədən, vergilər üzrə 112163,48 manat, faizlər üzrə 3668,06 manat, maliyyə sanksiyası üzrə 51403,27 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi vergilər üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********6 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 7648,13 manat (o cümlədən, vergilər üzrə 7277 manat, faizlər üzrə 371,13 manat, maliyyə sanksiyası üzrə 51403,27 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi vergilər üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********1 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 167234,81 manat (o cümlədən, vergilər üzrə 112163,48 manat, faizlər üzrə 3668,06 manat, maliyyə sanksiyası üzrə 51403,27 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi vergilər üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 6084,51 manat (o cümlədən, vergilər üzrə 5816,93 manat, faizlər üzrə 267.58 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi vergilər üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********6 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 7648,13 manat (o cümlədən, vergilər üzrə 7277 manat, faizlər üzrə 371,13 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi icbari tibbi sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********2 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 15,66 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 14 manat, faizlər üzrə 1.66 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi icbari tibbi sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********7 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 13,45 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 12 manat, faizlər üzrə 1.45 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi icbari tibbi sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********7 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 13,45 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 12 manat, faizlər üzrə 1,45 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 84,16 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 75 manat, faizlər üzrə 9,16 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 98 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 87,50 manat, faizlər üzrə 10,50 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" MMC, “Azad Klerk" MMC və Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 181043,07 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 182,16 manat, İşsizlikdən sığorta fonduna olan 3,92 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29,11 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxsoğlunun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. "xxxx" MMC, “Azad Klerk" MMC və Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 181043,07 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 182,16 manat, İşsizlikdən sığorta fonduna olan 3,92 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29,11 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan: xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 2374877) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar