Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2615/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 Dış Tic.LTD. ŞTİ-yə qarşı pul və mənəvi zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 şəhərində yerləşən (ünvanı- Türkiyə Cumhuriyyəti, İstanbul, Bakırköy, Florya,Cad. X5 Sok. № 26 D:1 Florya,) «X4 Dış Tic. LTD.ŞTİ.» şirkətinin bank hesabına: - 04 saylı köçürmə ərizəsi ilə xx xxxx 2016-cı il tarixdə göndərdiyi 13521,94 ABŞ dolları, - 05 saylı köçürmə ərizəsi ilə xx xxxxxx 2016-cı il tarixdə köçürdüyü 9400 ABŞ dolları, - 06 saylı köçürmə ərizəsi ilə xx xxxxxx 2016-cı il tarixdə köçürdüyü 9924,79 ABŞ dolları və - 07 saylı köçürmə ərizəsi ilə xx xxxxxxxx 2016cı il tarixdə köçürdüyü 6100,90 ABŞ dolları, cəmisi isə 4 dəfəyə köçürdüyü 38947,63 ABŞ dolları məbləğində əsas pulun, - köçürdüyü 38947,63 ABŞ dolları dəyərində əsas pula görə Müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş cəmi 10 faizdən artıq olmamaq şərtilə ümumi məbləğin 10 faizini təşkil edən 3894,76 ABŞ dolları məbləğində cərimə pulunun, əldən çıxmış gəlir kimi xx.xx.2016-cı il tarixdən xx.xx.2020-cu il tarixə kimi cəmi 28447,71 ABŞ dolları məbləğində pulun və işgüzar nüfuzuna vurulmuş mənəvi zərər kimi isə 50000 ABŞ dolları olmaqla, cəmi 121290,10 ABŞ dolları məbləğində pulun, bundan başqa, ödədiyi 30 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 400 manat olmaqla 430 manat məbləğində pulun «X4 Dış Tic. LTD.ŞTİ.» şirkətindən (təmsilçisi X2- ünvanı-ünvan 2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X4 Dış Tic.LTD. ŞTİ-yə qarşı pul və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2615/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2615/2020
03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver