Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2621/2021 01.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("İddiaçı" MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən İddiaçı MMC-nin xeyrinə 10802,19 (on min səkkiz yüz iki manat on doqquz qəpik) manat əsas borc, həmin borcu vaxtında ödəmədiyinə görə 08.09.2020-ci il tarixinə hesablanmış 1638,24 (min altı yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 450 (dörd yüz əlli) manat xidmət haqqı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında sürtkü yağlarının və filterlərin alqı-satqısına dair 20 iyun 2018-ci il tarixli, FT200618ML №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymət razılaşdırması protokolu” ilə müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd edilən müqaviləyə əsasən tərəflər arasında imzalanmış 20 iyun 2018-ci il tarixli, 1 saylı Razılaşma Protokoluna və elektron qaiməyə əsasən umumi dəyəri 1044,04 (min qırx dörd manat dörd qəpik) manat, 16 iyul 2018-ci il 2 saylı Razılaşma Protokoluna və elektron qaiməyə əsasən ümumi dəyəri 1401,72 (bir min dörd yüz bir manat yetmiş iki qəpik) manat, 09 oktyabr 2018-ci il 5 saylı Razılaşma Protokoluna və elektron qaiməyə əsasən ümumi dəyəri 2090,02 (iki min doxsan manat iki qəpik) manat, 12 noyabr 2018-ci il 6 saylı Razılaşma Protokoluna və elektron qaiməyə əsasən ümumi dəyəri 1044,35 (min qırx dörd manat otuz beş qəpik) manat, 07 yanvar 2019-cu il 7 saylı Razılaşma Protokoluna və elektron qaiməyə əsasən ümumi dəyəri 2089,92 (iki min səksən doqquz manat doxsan iki qəpik) manat, 26 fevral 2019-cu il 8 saylı Razılaşma Protokoluna və elektron qaiməyə əsasən ümumi dəyəri 1044,06 (min qırx dörd manat altı qəpik) manat, 16 iyul 2019-cu il 9 saylı Razılaşma Protokoluna və elektron qaiməyə əsasən ümumi dəyəri 2088,08 (iki min səksən səkkiz manat səkkiz qəpik) manat, ümumilikdə cəmi 10802,19 (on min səkkiz yüz iki manat on doqquz qəpik) manat ödənilməmiş borcu yaranmışdır. Yaranmış borcun müqavilə şərtlərinə əsasən ödənilməsi üçün tərəflər arasında hər hansı razılıq əldə edilmədiyindən hazırkı mübahisənin (əsas borc, cərimə borcu, əsas borcun vaxtında ödənilməməsi ilə əlaqədar vurulmuş ziyan və vəkilə çəkiləcək əlavə xərclər də daxil olmaqla) məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. İddia ərizəsinə əlavə olunmuş pretenziya məktubunun tərtib edildiyi tarixə Cavabdeh ASC-nin: 2018-ci il üzrə artıq 2 (iki) il gecikmə borcu yaranmışdır ki, bu da (5580,13 x 10% x 2 = 1116,03) 1116,03 (min yüz on altı manat üç qəpik) manat məbləğində cərimə borcunun olduğunu təsdiq edir. 2019-ci il üzrə artıq 1(bir) il gecikmə borcu yaranmışdır ki, bu da (5222,06 x 10% x 1 = 522,21) 522,21 (beş yüz iyirmi iki manat iyirmi bir qəpik) manat məbləğində cərimə borcunun olduğunu təsdiq edir. Ccavabehin öhdəliyini icra etməməsi və qeyd olunan borc məbləğinin bu günədək bizə ödənilməməsi nəticəsində yaranmış maliyyə çətinliyi səbəbindən dövlət və qeyri-dövlət orqanları qarşısında müvafiq öhdəliklərinin icra edilməsində çətinliklər yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh ASC arasında 20.06.2018-ci il tarixdə FT200618ML saylı sürtkü yağlarının və filterlərin alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” hazırki müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malı qəbul etməyi və malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən malın dəyərinə qablaşdırma və “Alıcı”nın Bakı şəhəri ərazisindəki anbarlarına çatdırılma xərcləri daxildir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 20.06.2018-ci il tarixli, FT200618ML saylı alqı-satqı müqaviləsi əsasında satıcı - İddiaçı ilə alıcı - Cavabdeh ASC arasında 07 yanvar 2019-cu il tarixli, 7 nömrəli X1 tərtib olunmuş və həmin protokola əsasən malın qiyməti 1227,20 ABŞ dolları (ƏDV daxil) məbləğində müəyyənləşdirilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 07.01.2019-cu il tarixli, EAAO seriyalı, 937372 nömrəli elektron qaimədən müəyyən edilir ki, "İddiaçı" MMC tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2089,92 (ƏDV daxil) manat təşkil edir. - 20.06.2018-ci il tarixli, FT200618ML saylı alqı-satqı müqaviləsi əsasında satıcı - İddiaçı ilə alıcı - Cavabdeh ASC arasında 26 fevral 2019-cu il tarixli, 8 nömrəli X1 tərtib olunmuş və həmin protokola əsasən malın qiyməti 613,60 ABŞ dolları (ƏDV daxil) məbləğində müəyyənləşdirilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 26.02.2019-cu il tarixli, EAAQ seriyalı, 853091 nömrəli elektron qaimədən müəyyən edilir ki, "İddiaçı" MMC tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1044,06 (ƏDV daxil) manat təşkil edir. - 20.06.2018-ci il tarixli, FT200618ML saylı alqı-satqı müqaviləsi əsasında satıcı - İddiaçı ilə alıcı - Cavabdeh ASC arasında 16 iyul 2019-cu il tarixli, 9 nömrəli X1 tərtib olunmuş və həmin protokola əsasən malın qiyməti 1227,20 ABŞ dolları (ƏDV daxil) məbləğində müəyyənləşdirilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 16.07.2019-cu il tarixli, EAAX seriyalı, 219462 nömrəli elektron qaimədən müəyyən edilir ki, "İddiaçı" MMC tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2088,08 (ƏDV daxil) manat təşkil edir. - 20.06.2018-ci il tarixli, FT200618ML saylı alqı-satqı müqaviləsi əsasında satıcı - İddiaçı ilə alıcı - Cavabdeh ASC arasında 05 sentyabr 2019-cu il tarixli, 10 nömrəli X1 tərtib olunmuş və həmin protokola əsasən malın qiyməti 1315,70 ABŞ dolları (ƏDV daxil) məbləğində müəyyənləşdirilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 05.09.2019-cu il tarixli, EAAZ seriyalı, 450832 nömrəli elektron qaimədən müəyyən edilir ki, "İddiaçı" MMC tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2239,99 (ƏDV daxil) manat təşkil edir. - 20.06.2018-ci il tarixli, FT200618ML saylı alqı-satqı müqaviləsi əsasında satıcı - İddiaçı ilə alıcı - Cavabdeh ASC arasında 14 oktyabr 2019-cu il tarixli, 11 nömrəli X1 tərtib olunmuş və həmin protokola əsasən malın qiyməti 2191,85 ABŞ dolları (ƏDV daxil) məbləğində müəyyənləşdirilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 14.10.2019-cu il tarixli, EBAB seriyalı, 162216 nömrəli elektron qaimədən müəyyən edilir ki, "İddiaçı" MMC tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3731,68 (ƏDV daxil) manat təşkil edir. - Bakı şəhəri 24 saylı Vəkil Bürosu tərəfindən tərtb edilmiş 06 may 2021-ci il tarixli, 191 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, "İddiaçı" MMC-yə göstərilən hüquqi yardımın qiyməti 450 manat məbləğində müəyyən edilmişdir. - 17.05.2021-ci il tarixli, AC170520211 nömrəli ödəniş tapşırığından görünür ki, "İddiaçı" MMC tərəfindən Bakı şəhəri 24 saylı Vəkil Bürosunun AZ80İBAZ******************** nömrəli hesabına 450 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən 17.09.2020-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh ASC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş 10802,19 manat borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş qiymət razılaşdırılması protokolları və elektron qaimələr ilə təsdiq olunur. İddia tələbinin bir hissəsini cavabdehdən 10802,19 (on min səkkiz yüz iki manat on doqquz qəpik) manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 10802,19 (on min səkkiz yüz iki manat on doqquz qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini 1638,24 (min altı yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və tələb həmin hissədə də təmin edilərək, 1638,24 (min altı yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat və hüquqi xidmət haqqına görə 450 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 10802,19 manat (on min səkkiz yüz iki manat on doqquz qəpik) əsas borc, 1638,24 manat (min altı yüz otuz səkkiz manat iyirmi dörd qəpik) cərimə, hüquqi yardıma görə ödənilmiş 450 (dörd yüz əlli) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 12920,43 manat (on iki min doqquz yüz iyirmi manat qırx doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2621/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2621/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver