Məhkəmə qərarları › İş №e-2-2(113)-2627/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2627/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2627/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli malın alqı-satqısı müqaviləsinə əsasən yaranmış 62,876,85 dollar borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuş 15 sentyabr 2023-cü il tarixli barışıq sazişini təqdim etmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında tərəflər iştirak etməmiş, hər iki tərəfin nümayəndəsi və vəkili “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, 15 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər.

1. Tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi təsdiq olunduğu günə cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan borcu 62876 (altmış iki min səkkiz yüz yetmiş altı) dollar təşkil edir.

2. Tərəflər razılığa gəlirlər ki, 01 noyabr 2023-cü il tarixdən başlayaraq göstərilən borc 24 ay müddətində aşağıda göstərilən müddətdə və məbləğdə ödəniləcək. 01 noyabr 2023-cü il tarixədək - 2619,83 dollar 01 dekabr 2023-cü il tarixədək - 2619,83 dollar 01 yanvar 2024-cü il tarixədək - 2619,83 dollar 01 fevral 2024-cü il tarixədək - 2619, 83 dollar 01 mart 2024-cü il tarixədək - 2619, 83 dollar 01 aprel 2024-cü il tarixədək - 2619, 83 dollar 01 may 2024-cü il tarixədək - 2619, 83 dollar 01 iyun 2024-cü il tarixədək - 2619, 83 dollar 01 iyul 2024-cü il tarixədək - 2619, 83 dollar 01 avqust 2024-cü il tarixədək - 2619, 83 dollar 01 sentyabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 oktyabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 noyabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 dekabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 yanvar 2025-ci il tarixədək - 2619, 83 dollar 01 fevral 2025-ci il tarixədək - 2619, 83 dollar 01 mart 2025-ci il tarixədək - 2619, 83 dollar 01 aprel 2025-ci il tarixədək - 2619, 83 dollar 01 may 2025-ci il tarixədək - 2619, 83 dollar 01 iyun 2025-ci il tarixədək - 2619, 83 dollar 01 iyul 2025-ci il tarixədək - 2619, 83 dollar 01 avqust 2025-ci il tarixədək - 2619, 83 dollar 01 sentyabr 2025-ci il tarixədək - 2619, 83 dollar 01 oktyabr 2025-ci il tarixədək - 2619, 83 dollar Saziş üç nüsxədə tərtib olunur, İddiaçı nümayəndəsi Vəkil tərəfindən və cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 tərəfindən imzalanır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi təsdiq olunduğu günə cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan borcu 62876 (altmış iki min səkkiz yüz yetmiş altı) dollar təşkil edir.

2. Tərəflər razılığa gəlirlər ki, 01 noyabr 2023-cü il tarixdən başlayaraq göstərilən borc 24 ay müddətində aşağıda göstərilən müddətdə və məbləğdə ödəniləcək. 01 noyabr 2023-cü il tarixədək - 2619,83 dollar 01 dekabr 2023-cü il tarixədək - 2619,83 dollar 01 yanvar 2024-cü il tarixədək - 2619,83 dollar 01 fevral 2024-cü il tarixədək - 2619, 83 dollar 01 mart 2024-cü il tarixədək - 2619, 83 dollar 01 aprel 2024-cü il tarixədək - 2619, 83 dollar 01 may 2024-cü il tarixədək - 2619, 83 dollar 01 iyun 2024-cü il tarixədək - 2619, 83 dollar 01 iyul 2024-cü il tarixədək - 2619, 83 dollar 01 avqust 2024-cü il tarixədək - 2619, 83 dollar 01 sentyabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 oktyabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 noyabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 dekabr 2024-cü il tarixədək - 2619, 83 dollar 01 yanvar 2025-ci il tarixədək - 2619, 83 dollar 01 fevral 2025-ci il tarixədək - 2619, 83 dollar 01 mart 2025-ci il tarixədək - 2619, 83 dollar 01 aprel 2025-ci il tarixədək - 2619, 83 dollar 01 may 2025-ci il tarixədək - 2619, 83 dollar 01 iyun 2025-ci il tarixədək - 2619, 83 dollar 01 iyul 2025-ci il tarixədək - 2619, 83 dollar 01 avqust 2025-ci il tarixədək - 2619, 83 dollar 01 sentyabr 2025-ci il tarixədək - 2619, 83 dollar 01 oktyabr 2025-ci il tarixədək - 2619, 83 dollar İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar