Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2629/2022 05.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 342,41 manat məbləğində borc, cərimə üzrə hesablanmış 266,53 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 638,94 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, U01470 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC-“Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasını maliyyələşdirməyi, operator isə bonus manatlarını müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 7 (yeddi) % dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən partnyor operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 3 (üç) %-ni (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblərdən yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC-nin 342,41 manat məbləğində borcu yaranmışdır. Həmin borc qalığının ödənilməsinə dair iddiaçı tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müqavilənin 6.3.4-cü bəndinə əsasən müqavilə üzrə maliyyət şərtlərini vaxtında yerinə yetirmək partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, müqavilə üzrə yaranmış 342,41 manat məbləğində borc, cərimə üzrə hesablanmış 266,53 manat, mediasiya xərci kimi 40 manat olmaqla, cəmi 648,94 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Operator” qismində "xxx” MMC ilə “Partnyor” qismində Cavabdeh arasında 29 dekabr 2020-ci il tarixli, U01469 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1ci bəndinə əsasən proqram çərçivəsində müştəri tərəfindən hesablayan partnyorun TMMində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. Belə halda operator proqramın qaydalarına uyğun olaraq müştərinin bonus hesabına bonus manatlarını hesablamağı, bonus manatlarının ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi öhdəsinə götürür. Partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına operator tərəfindən hesablanan bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatların məbləğindən 7% dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən Partnyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Partnyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 3 (üç) %-ni (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. Müqavilənin 6.3.4-cü bəndinə əsasən müqavilə üzrə maliyyə şərtlərini vaxtında yerinə yetirmək partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir. - xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 884600 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 34,44 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 884704 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 80,36 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 688338 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 22,63 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 691882 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 52,82 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 061517 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31,10 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 075151 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 72,56 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 315545 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14,55 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 321800 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdehnə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33,95 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdehndan 342,41 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 342,41 (üç yüz qırx iki manat qırx bir qəpik) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 266,53 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 30 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 40 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndan 342,41 manat (üç yüz qırx iki manat qırx bir qəpik) əsas borc, 30 (otuz) manat cərimə, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 412,41 manat (dörd yüz on iki manat qırx bir qəpik) məbləğində pul "xxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2629/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2629/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver