Məhkəmə qərarları › İş №e-2-2(113)-263/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-263/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-263/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə (MMC) qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 939,76 manat xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 281,92 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1251,68 manat borcun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında avtomobillərin texniki xidməti və təmiri üzrə C-051-S-PCC-16 № li müqavilə bağlanmışdır. 01 avqust 2016-cü il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-051-S-PCC-16 nömrəli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “x5” MMC-nin avtomobillərinə texniki və təmir xidmətləri göstərilmişdir. Sonradan “x5” MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh göstərdiyimiz bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda göstərdiymiz texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 939,76 manat məbləğində borcu yaranmışdır. 01 avqust 2016-ci il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-051-S-PCC-16 nömrəli müqavilənin 5.9-cu maddəsinə əsasən sifarişçi xidmət haqqının ödənilməsini gecikdirirsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh göstərilmiş xidmətlərin dəyəri olan 939,76 manat məbləğində pulun ödənişini uzun müddət gecikdirmişdir. Buna görə də müqaviləyə əsasən hesablanmış dəbbə pulunun ümumi məbləği 31 dekabr 2019-cu il tarixinə qədər 849,71 manat təşkil edir. Lakin müqavilənin 5.9-cu maddəsinin tələblərinə əsasən biz yalnız ödənişi gecikdirilmiş məbləğin 30%-ni təşkil edən 281,92 manat məbləğində dəbbə pulunu tələb edə bildiyimizdən bu məbləğin də cavabdehdən tutulmasını tələb edirik. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - 01 avqust 2016-cü il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-051-S- PCC-16 nömrəli müqavilədən görünür ki, icraçı (İddiaçı MMC) sifarişçinin (Cavabdeh MMC) sifarişinə əsasən ona məxsus olan nəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür; - 14.12.2016-ci il tarixli, ********* nömrəli invoys sənədindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 870,37 manat qiymətində xidmətlər göstərilmişdir. - 17.07.2017-ci il tarixli, ********* nömrəli invoys sənədindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 797,55 manat qiymətində xidmətlər göstərilmişdir. - 17.07.2017-ci il tarixli, EAAB seriyalı, 772746 nömrəli Elektron qaimədən görünür ki, iddiaçı tərəfindən göstərilən xidmətlərin qiyməti 797,55 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.6 və 5-ci bəndlərinə əsasən cavabdeh hesab – fakturanın təqdim olunduğu andan 10 gün müddətində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 936,76 manat əsas borca 281,92 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 281,92 manat dəbbə pulunun miqdarı azaldılaraq 50 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 24 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 936,76 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 986,76 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 24 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar