Məhkəmə qərarları › İş №e-2-2(113)-264/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-264/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-264/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı 1.435,52 (bir min dörd yüz otuz beş manat əlli iki qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 379,71 (üç yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1.845,23 (bir min səkkiz yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edildiyindən, hazırki mülki iş üzrə iddianın baxılmamış saxlanılmasını və ərizənin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki,iddiaçının vəsatəti təmin edilməli vəiddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.6 və 259.0.11 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Eyni zamanda iddiaçının mülki iş üzrə iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığınan və həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təmin edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı 1.435,52 (bir min dörd yüz otuz beş manat əlli iki qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 379,71 (üç yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1.845,23 (bir min səkkiz yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı 1.435,52 (bir min dörd yüz otuz beş manat əlli iki qəpik) manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 379,71 (üç yüz yetmiş doqquz manat yetmiş bir qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1.845,23 (bir min səkkiz yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın və ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar