Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-264/2024 05.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı, cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən 3000 manat pul vəsaitinin və 60 manat mediasiya xərci məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 14:20-ə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş məhkəmədə olan dövrdə sübutların toplanması, iddia tələbinin dəqiqləşdirilməsi, yenidən iddianın verilməsi və s. ilə əlaqədar iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı dövlət rüsumunun qaytarılmasını xahiş etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən dövlət rüsumu deyil, mediasiya prosesinin aparılması üçün 100 manat mediasiya təşkilatına ödəniş edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən 3000 manat pul vəsaitinin və 60 manat mediasiya xərci məbləğinin iddiaçının xeyrinə tutulması” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-264/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-264/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver