Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2640/2025 30.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı YB0046-23 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC Cavabdeh MMC-dən 4 iyul 2023-cü il tarixli YB-0046-23 saylı alqı-satqı müqaviləsi üzrə 46727,50 (qırx altı min yeddi yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində əsas borc, 6487,93 (altı min dörd yüz səksən yeddi manat doxsan üç qəpik) manat ƏDV borcu, əsas borc məbləğinin illik 5%-i həddində olmaqla 2920,47 (iki min doqquz yüz iyirmi manat qırx yeddi qəpik) manat cərimə borcu və ödənilmiş 260 (iki yüz altmış) manat dövlət rüsumu olmaqla, ümumilikdə 56395,90 (əlli altı min üç yüz doxsan beş manat doxsan qəpik) manat pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" QSC arasında 24 iyul 2023-cü il tarixli YB-0046-23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Aralarıda imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı QSC tərəfindən sifarişlərdə qeyd edilən mallar davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən hal-hazırdakı dövrə qədər Satıcı "xxxx" QSC tərəfindən Alıcı Cavabdeh MMC-yə əsas məbləğ 66.727,50 (altmış altı min yeddi yüz iyirmi yeddi manat 50 qəpik) manat, X4 məbləği 12.010,95 (on iki min on manat 95 qəpik) manat olmaqla ümumlikdə 78.738,45 (yetmiş səkkiz min yeddi yüz otuz səkkiz manat 45 qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə əsas məbləğdən 20.000 (iyirmi min) manat, ƏDV məbləğindən 5.523,02 (beş min beş yüz iyirmi üç manat 02 qəpik) manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş Cavabdeh MMC tərəfindən 13 noyabr 2023-cü il tarixində aparılmış, o tarixdən hal-hazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə hal-hazırdakı dövrə Satıcı tərəfindən Alıcıya müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 46.727,50 (qərx altı min yeddi yüz iyirmi yeddi manat 50 qəpik) manat, ƏDV borcu 6.487,93 (altı min dörd yüz səksən yeddi manat 93 qəpik) manat olmaqla ümumilikdə 53.215,43 (əlli üç min iki yüz on beş manat 43 qəpik) manat təşkil edir. 1 ildən artıq bir müddətdir ki, Satıcı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən ödənişin aparılmaması Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1, 386, 442, 443, 445.1, 462.1, 439.3, 567 və 600-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC ilə "xxxx" QSC arasında 24 iyul 2023-cü il tarixli YB-0046-23 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb Alıcıya təhvil verməyi, Alıcı isə malı qəbul edib əvəzində onun qiymətini Malgöndərənə ödəməyi öhdəsinə götürür. Mal dedikdə Sifarişə və ya bu müqavilədə yer alan digər əsaslara və tələblərə tam uyğun sinifli və həmin əsaslar üzrə və keyfiyyət təyinatına uyğun tərkibli, keyfiyyət göstəriciləri qüvvədə olan standartlarına, normalarına və digər texniki sənədlərə cavab verən Sifariş və ya bu müqavilədə yer alan digər əsaslar üzrə miqdarlarda Satıcı tərəfindən təchiz edilən hazır beton qarışığı başa düşülür. Aralarıda imzalanan müqavilənin şərtlərinə əsasən İddiaçı QSC tərəfindən sifarişlərdə qeyd edilən mallar davamlı şəkildə Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən təhvil verilən mallar üzrə təqdim edilmiş bəzi elektron qaimə-fakturalar üzrə ödənişlər aparılmışdır. Müqavilə imzalandığı tarixdən hal-hazırdakı dövrə qədər Satıcı "xxxx" QSC tərəfindən Alıcı Cavabdeh MMC-yə əsas məbləğ 66.727,50 (altmış altı min yeddi yüz iyirmi yeddi manat 50 qəpik) manat, X4 məbləği 12.010,95 (on iki min on manat 95 qəpik) manat olmaqla ümumlikdə 78.738,45 (yetmiş səkkiz min yeddi yüz otuz səkkiz manat 45 qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Təhvil verilən malların müqabilində Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə əsas məbləğdən 20.000 (iyirmi min) manat, ƏDV məbləğindən 5.523,02 (beş min beş yüz iyirmi üç manat 02 qəpik) manat pul vəsaiti ödənilmişdir. Sonuncu ödəniş Cavabdeh MMC tərəfindən 13 noyabr 2023-cü il tarixində aparılmış, o tarixdən hal-hazırdakı dövrə qədər alınmış beton qarışığına görə hər hansı bir ödəniş aparılmamışdır. Belə ki, qeyd edilən qaimələrlə təhvil verilən mallar üzrə hal-hazırdakı dövrə Satıcı tərəfindən Alıcıya müqavilə üzrə təhvil verdiyi hazır beton qarışığına görə əsas borc 46.727,50 (qərx altı min yeddi yüz iyirmi yeddi manat 50 qəpik) manat, ƏDV borcu 6.487,93 (altı min dörd yüz səksən yeddi manat 93 qəpik) manat olmaqla ümumilikdə 53.215,43 (əlli üç min iki yüz on beş manat 43 qəpik) manat təşkil edir. 1 ildən artıq bir müddətdir ki, Satıcı tərəfindən təhvil verilən mallara və elektron qaimə fakturaya görə ödəniş aparmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən ödənişin aparılmaması Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. Müqavilənin 5.3-cü bəndinə Bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən edilən ödəniş müddəti ərzində ödəniş etməzsə, o hər gecikdirilmiş gün ödənişini gecikdirmiş borc məbləğinin 0.1 faizi miqdarında (lakin Malın dəyərinin 05 faizindən artıq olmamaq şərtilə) satıcıya cərimə ödəməlidir. Mallarln, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBDU seriyalı, 155455 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə-fakturaya əsasən (ƏDV daxil) 13900,40 manat dəyərində mallar "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Mallarln, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBDR seriyalı, 991655 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə-fakturaya əsasən (ƏDV daxil) 16278,10 manat dəyərində mallar "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Mallarln, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBDN seriyalı, 496966 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə-fakturaya əsasən (ƏDV daxil) 34110,85 manat dəyərində mallar "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Mallarln, işlərin və xidmətlərin təqdim edilməsi barədə EBDP seriyalı, 621485 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə-fakturaya əsasən (ƏDV daxil) 14449,10 manat dəyərində mallar "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Kapital Bank QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Ref N- 0001PX12331725D5 nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində 20000 manat "xxxx" QSC-nin hesabına ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli № ********** nömrəli mədaxil qəbzdən görünür ki, "xxxx" QSC 260 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 462.1-ci maddəsinin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 439.3-cü maddəsinin tələblərinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların təqdim edilməsi (alqı-satqı) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə və s.) öz təsdiqini tapmışdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. İddiaçı QSC tərəfindən 24 yanvar 2025-ci il tarixində pretenziya məktubu göndərilərək tərəflər arasında imzalanmış olan 24 iyul 2023-cü il tarixli YB-0046-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə 46.727,50 (qərx altı min yeddi yüz iyirmi yeddi manat 50 qəpik) manat əsas borc, 6.487,93 (altı min dörd yüz səksən yeddi manat 93 qəpik) manat ƏDV borcu olmaqla ümumilikdə 53.215,43 (əlli üç min iki yüz on beş manat 93 qəpik) manat borcun ödənilməsi üçün 5 (beş) iş günü müddətində vaxt verilmişdi. Qeyd edilən vəsait Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə ödənilməmişdir. Yuxarıda qeyd edilənlər, işdə olan materiallar və qanunveriliciliyin tələbləri tərəflər arasında imzalanmış 24 iyul 2023-cü il tarixli YB- Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: 0046-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə 46.727,50 (qərx altı min yeddi yüz iyirmi yeddi manat 50 qəpik) manat əsas borc, 6.487,93 (altı min dörd yüz səksən yeddi manat 93 qəpik) manat ƏDV borcunun, 2.920,47 (iki min doqquz yüz iyirmi manat 47 qəpik) manat cərimə borcunun (əsas borc məbləğinin illik 5% həddində) iddiaçı tərəfindən tələb edilməsi üçün hüquqi əsas təşkil edir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 260 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 4 iyul 2023-cü il tarixli YB-0046-23 saylı alqı-satqı müqaviləsi üzrə 46727,50 (qırx altı min yeddi yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində əsas borc, 6487,93 (altı min dörd yüz səksən yeddi manat doxsan üç qəpik) manat ƏDV borcu, əsas borc məbləğinin illik 5%-i həddində olmaqla 2920,47 (iki min doqquz yüz iyirmi manat qırx yeddi qəpik) manat cərimə borcu və ödənilmiş 260 (iki yüz altmış) manat dövlət rüsumu olmaqla, ümumilikdə 56395,90 (əlli altı min üç yüz doxsan beş manat doxsan qəpik) manat pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində ümumi qaydada Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2-2(113)-2640/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2640/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver