Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2644/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə müqavilənin ləğv edilməsi və pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxx 2019-cu il tarixli 190410 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 45000 manat, 8100 manat ƏDV-nin, Skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin və 2000 manat dəbbə pulunun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixli, 190410 saylı malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin xx xxxxx 2019-cu il tarixli, 1 saylı əlavəsinə görə qiyməti 15000 manat olan 1 ədəd Skayp kiosk və xx xxxx 2019-cu il tarixli 3 saylı əlavəyə əsasən hər birinin qiyməti 15000 manat olan 2 ədəd Skayp kiosk olmaqla, ümumi dəyəri 45000 manat olan malların Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilməsi razılaşdırılmışdır. Muqaviləyə əsasən iddiaçı cavabdehə xx xxxx 2019-il tarixdə 12000 manat, xx xxxx 2019il tarixdə 22300 manat, xx xxxxxx 2019-cu il tarixdə 10700 manat olmaqla ümumilikdə 45000 manat və ƏDV olaraq 8100 manat ödəmişdir. Müqavilənin 15.1-ci maddəsinə əsasən həmin müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il ərzində qüvvədədir. Müqavilənin bağlanılmasından 2 il 4 ay keçməsinə baxmayaraq göstərilən mallardan 1 ədəd Skayp kiosk alıcıya təhvil verilmişdir. Mübahisənin tərəflər arasında danışıqlar vasitəsilə həlli məqsədilə satıcıya xx xxxx 2020-ci il tarixli, 56/20 saylı və xx xxxx 2020-ci il tarixli 57/20 saylı pretenziyalar göndərilmişdir. Sonuncu pretenziyada qarşı tərəfdən 30 günlük müddət ərzində müqavilənin şərtlərinin yerinə yetirilməsi tələb olunmuş, əkstəqdirdə xx xxxxx 2019-cu il tarixli, 190410 saylı müqavilənin ləğv edilməsinə və ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair iddia ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tovuz şəhərində “Asan Həyat” kompleksində istifadədə olan Skayp kiosk 1 ay istismarı ərzində dəfələrlə sıradan çıxmışdır. Ortaya çıxan qüsurların aradan qaldırılması üçün görülən işlərin siyahısı aşağıdakılardır: Mürəciət köşkünün qapısının orqanik şüşəsi sınmışdır, köşkün qapısını hərəkətə gətirən mühərrik yanmışdır, əsas gərginlik adaptoru yanmış, bu səbəbdən köşkün elektrik təchizatı kəsilmişdir, əsas rele panosu (avtomatikanın düzgün işləməyini təmin edən cihaz) yanmışdır, qapının alt təkərləri qırılmışdır. qapı açılıb- bağlanarkən onun açıq və bağlı vəziyyətinin son nöqtəsini qeyd edən rele yanmış, bu səbəbdən qapı açıb- bağlanan zaman cırpilmışdır. Bu qüsurların aradan qaldırılması üçün bütün işlər iddiaçının vəsaiti hesabına görülmüş, 2093 manat məbləğində pul xərclənmişdir. Əlavə olaraq nəzərə alınmalıdır ki, işlər yalnız Asan Xidmətin iş vaxtı bitdikdən sonra görüldüyünə görə bu ezamiyyət xərclərinin artmasına səbəb olmuşdur. Eyni zamanda Skayp kioskun istifadəsi zamanı hal – hazıra kimi tez-tez təkrar olunan və yeni qüsurlar ortaya çıxır, işlək halda saxlanılması üçün iddiaçı tərəfindən mütəmadi olaraq işlər görülür. xx xxxxx 2020-ci il tarixli, 190410 saylı malların alqısatqısına dair müqavilənin 3.3-cü bəndində satıcının malların alıcıya təhvil verilməsi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında həyata keçiriləcəyi qeyd olunsa da, heç bir akt tərtib olunmamışdır. Müqavilənin 5.1 və 5.1.1-ci bəndlərinə görə alıcıya keyfiyyətli və istismara yararlı malları satmaq satıcının müqavilə üzrə öhdəliyidir. Müqavilənin 10.4-cü bəndinə əsasən satıcı malların çatdırılmasında yol verdiyi hər gecikmə gününə görə 0,01 % məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlanılmasından 2 il 4 ay keçmişdir. 1 il 4 ay müddəti müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər qəbul edilərsə, qalan 1 il ərzində satıcı öhdəliyin icrasını gecikdirmişdir. 1 gün üçün dəbbə pulu 4,50 manat təşkil edirsə, 1 il 4 ay ərzində 2160 manat dəbbə pulu hesablanmalıdır. Beləliklə, Cavabdeh MMC-nin xx xxxxx 2019-cu il tarixli 190410 saylı alqı-satqı müqaviləsinin bağlanılmasından 2 il 4 ay keçməsinə baxmayaraq müqaviləyə xx xxxxx 2018-cü il tarixli 1 saylı əlavədə göstərilən Skayp kiosku müqavilədən və qeyd olunan maddi-hüquqi normalardan irəli gələn malın keyfiyyətilə bağlı tələblərə əməl etmədən hazırlamış, xx xxxx 2019-cu il tarixli, 3 saylı əlavədə göstərilən mallar isə ümumiyyətlə təhvil verilməmişdir. Cavabdehin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməməsi həmin müqavilənin əhəmiyyətli pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh MMC-nin müqavilə üzrə razılaşdırılan malları iddiaçıya təhvil verməməsi nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, xx xxxxx 2019-cu il tarixli, 190410 saylı müqaviləyə əsasən təhvil verilməli olan Skayp kiosklar iddiaçı tərəfindən təhvil alınmışdır. Belə ki, 1 №-li əlavədə göstərilən Skayp kiosk Cavabdeh MMC-nin əməkdaşları tərəfindən 2019-cu ilin oktyabr ayında həmin Skayp kiosk Cavabdeh MMC-nin 2 əməkdaşının və “xxxxxxxxxxxxx” MMC-nin əməkdaşlarının iştirakı ilə iddiaçının istəyinə uyğun olaraq Tovuz şəhərində yerləşən “ASAN xidmət” mərkəzində quraşdırılmışdır. Müqaviləyə 3 №-li əlavədə göstərilən 2 Skayp kiosk isə iddiaçı tərəfindən subpodratçının sexindən 2020-ci ilin fevral ayında təhvil alınmışdır. Buna sübut olaraq xx xxxx 2019-cu il tarixli, 240619 №-li müqaviləyə 2 saylı xx xxxxxxx 2019-cu il tarixli əlavədən göründüyü kimi cavabdeh Skayp kioskun düzəldilməsini subpodrat qaydada “xxxxxxxxx” MMC-yə tapşırmış, razılaşma protokolu tərtib edilmiş və xx xxx 2020-ci il tarixdə sifarişin pulu ödənilmişdir. 2020-ci ilin fevral ayında Skayp kiosklar hazır olduqdan sonra iddiaçı həmin kioskları “xxxxxxxxx” MMC-nin sexindən hazır formada götürmüşdür. Mallar təhvil verilən zaman təhvil – təslim aktının tərtib olunmamasının səbəbi şirkətlər arasında inamın olması idi. Belə ki, İddiaçı MMC-nin direktoru Nümayəndə ilə Cavabdeh MMC-nin direktoru X1 arasında uzun müddət ticari və şəxsi münasibətlərə görə çox vaxt məsələni rəsmi həll etməmişlər. Hətta tərəflər arasında bağlanmış müqavilədə alıcı tərəfindən pulun yalnız mallar çatdırıldıqdan sonra ödəniləcəyi göstərilsə də, pul mallar alınmamışdan əvvəl ödənilmişdir. Təqdim olunmuş 3 ədəd kioskun müqavilədə nəzərdə tutulmuş parametrlərə uyğun olmaması həqiqətə uyğun deyildir, hətta belə olan halda iddiaçı müqavilədən irləi gələn öhdəliyin qalan hissəsinin icrasından imtina etməli və ya müqavilə üzrə öhdəliyin tam olaraq icra edilməsini tələb etməlidir. Mülki iş materiallarında olan: - xx xxxxx 2019-cu il tarixli, 190410 saylı müqavilənin surətindən görünür ki, satıcı Cavabdeh MMC müqavilənin ayrı – ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı İddiaçı MMC-yə satmağı, sonuncu isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxx 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolundan (əlavə 1) görünür ki, 1 ədəd Skayp kioskun qiyməti 15000 manat, ƏDV 2700 manat olmaqla 17700 manata razılaşdırılmışdır. - xx xxxxx 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolundan (əlavə 2) görünür ki, qiymətlər 64250 manat, ƏDV 11565 manat olmaqla 75815 manata razılaşdırılmışdır. - xx xxxx 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolundan (əlavə 3) görünür ki, 2 ədəd Skayp kioskun qiyməti 30000 manat, ƏDV 5400 manat olmaqla 35400 manata razılaşdırılmışdır. - köçürmə aparılması barədə bildirişin surətindən görünür ki, 11565 manat məbləğində ƏDV İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə köçürülmüşdür. - xx xxxx 2019-cu il tarixli, 171 №-li ödəniş tapşırığının surətindən görünür ki, 12000 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə köçürülmüşdür. - xx xxxx 2019-cu il tarixli, 188 №-li ödəniş tapşırığının surətindən görünür ki, 22300 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə köçürülmüşdür. - xx xxxxxx 2019-cu il tarixli, 287 №-li ödəniş tapşırığının surətindən görünür ki, 10700 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə köçürülmüşdür. - İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsinə 2 saylı əlavə üzrə təhvil – təslim aktının surətindən görünür ki, əlavədə qeyd olunan avadanlıqlar xx xxxx 2019-cu il tarixdə təhvil verilmişdir. - xx xxx 2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, “xxxxxxxxxxxxx” MMC tərəfindən dəyəri 12700 manat olan öhdəliklər Cavabdeh MMC qarşısında yerinə yetirilmişdir. - “xxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, sifariş olunan 2 ədəd qurğu İddiaçı MMC-yə təhvil verilmişdir, təhvil verilən kioskun 1 ədədi tam hazır, 1 ədədi isə natamam hazır, yəni, bəzi hissələri kioskun üzərinə montaj olunmamış şəkildə təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. - 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 570.1 və 570.1.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda. Tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 190410 saylı müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil – təslim aktı (qaimə faktura) əsasında həyata keçirəcək. Lakin müqavilə predmeti olan 3 ədəd Skayp kioskun təhvil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir akt imzalanmamışdır. xx xxxxx 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolunda (əlavə 1) nəzərdə tutulmuş 1 ədəd Skayp kioskun təhvil verilməsi işin faktiki halları, tərəflərin izahatları ilə təsdiqini tapsa da, həmin hissədə iddianın əsasını əşyanın keyfiyyəti ilə bağlı mübahisə təşkil edir. xx xxxx 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokoluna (əlavə 3) əsasən təhvil verilməli olan 2 ədəd Skayp kioskun alıcıya verilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut olaraq “xxxxxxxxxxxxx” MMC tərəfindən dəyəri 12700 manat olan öhdəliklər Cavabdeh MMC qarşısında yerinə yetirilməsi barədə xx xxx 2019-cu il tarixli təhvil – təslim aktı və “xxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli məktub təqdim olunmuş və həmin məktubda sifariş olunan 2 ədəd qurğunun İddiaçı MMC-yə təhvil verildiyi, təhvil verilən kioskun 1 ədədi tam hazır, 1 ədədi isə natamam hazır, yəni, bəzi hissələri kioskun üzərinə montaj olunmamış şəkildə təhvil verildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan sənədlər 2 ədəd Skayp kioskun alıcıya təhvil verilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. İlkin olaraq onu qeyd etmək lazımdır ki, müqavilənin 3.3-cü bəndinə müvafiq olaraq bu barədə tərəflər arasında təhvil – təslim aktı imzalanmamışdır. Həmçinin, malların təhvil verilməsini öhdəliyi “xxxxxxxxx” MMC tərəfindən deyil, Cavabdeh MMC tərəfindən həyata keçirilməli olan öhdəlikdir. Bundan başqa, “Müqavilənin predmeti” adlanan 2.2-ci bəndinə əsasən Cavabdeh MMC “malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda” İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Lakin “xxxxxxxxx” MMC-nin məktubunda da 1 ədədi isə natamam hazır, yəni, bəzi hissələri kioskun üzərinə montaj olunmamış şəkildə təhvil verildiyi qeyd olunmuşdur, yəni, həmin kiosk müqavilənin predmetində nəzərdə tutulduğu kimi “istifadə məqsədləri üçün yararlı halda” təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 590.1-ci maddəsinə əsasən satıcı alıcıya alqı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. - 590.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur. - 592.2-ci maddəsinə əsasən əgər satıcı əşyanın komplektinin tamamlanması barədə alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etsin və ya alğısatqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə hesab edir ki, xx xxxx 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokoluna (əlavə 3) əsasən təhvil verilməli olan 2 ədəd Skayp kiosk alıcıya verilmədiyindən İddiaçı MMC-nin ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. xx xxxxx 2019-cu il tarixdə imzalanmış İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx xxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsi üzrə əlavə şərtlər və qiymətlərin razılaşdırılması protokolunda (əlavə 1) nəzərdə tutulmuş 1 ədəd Skayp kioskun keyfiyyət standartlarına cavab verməməsi ilə bağlı iddia onunla əsaslandırılmışdır ki, “Asan Həyat” kompleksində istifadədə olan Skayp kiosk 1 ay istismarı ərzində dəfələrlə sıradan çıxmışdır. Ortaya çıxan qüsurların aradan qaldırılması üçün görülən işlərin siyahısı aşağıdakılardır: Mürəciət köşkünün qapısının orqanik şüşəsi sınmışdır, köşkün qapısını hərəkətə gətirən mühərrik yanmışdır, əsas gərginlik adaptoru yanmış, bu səbəbdən köşkün elektrik təchizatı kəsilmişdir, əsas rele panosu (avtomatikanın düzgün işləməyini təmin edən cihaz) yanmışdır, qapının alt təkərləri qırılmışdır. Qapı açılıbbağlanarkən onun açıq və bağlı vəziyyətinin son nöqtəsini qeyd edən rele yanmış, bu səbəbdən qapı açıb- bağlanan zaman cırpilmışdır. Bu qüsurların aradan qaldırılması üçün bütün işlər iddiaçının vəsaiti hesabına görülmüş, 2093 manat məbləğində pul xərclənmişdir. Eyni zamanda Skayp kioskun istifadəsi zamanı hal – hazıra kimi tez-tez təkrar olunan və yeni qüsurlar ortaya çıxır, işlək halda saxlanılması üçün iddiaçı tərəfindən mütəmadi olaraq işlər görülür. Qeyd olunan xüsusatlarla bağlı yaranmış xərclərin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müvafiq sənədlər təqdim olunmuşdur. Həmçinin, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı Cavabdeh MMC-yə pretenziya məktubları göndərilsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. - 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Qeyd olunan normaların məzmununa görə keyfiyyətə dair tələblər pozulduğu halda əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək alıcının hüququdur. Lakin hazırkı iddia üxrə iddiaçı həm ödədiyi pul məbləğinin geri qaytarılmasını, həm də skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin tutulmasını xahiş edir. Buna görə də məhkəmə hesab edir ki, iddia skayp kioskunun sıradan çıxmış hissələrinin dəyişdirilməsinə, təmirinə və ezamiyyə xərclərinə xərclənmiş 2093 manatın əvəzinin tutulması hissəsində təmin edilə bilməz. Lakin əşyanın keyfiyyətinə dair tələblərə riayət olunmadığından ödənilmiş pul məbləğinin geri qaytarılması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunan xüsusatlar onu təsdiq edir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 190410 saylı müqavilənin şərtləri Cavabdeh MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və nəticədə İddiaçı MMC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 190410 saylı alqı – satqı müqaviləsi ləğv edilməli, müqavilə üzrə ödənilmiş 45000 manat məbləğində pul vəsaiti və 8100 manat məbləğində ƏDV cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə yaranmış borcun nəzərdə tutulmuş vaxtda ödənilmədiyi halda cərimənin hesablanması nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 2000 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 2000 manat dəbbə pulunun miqdarı azaldılaraq 100 manat müəyyən edilməlidir. İddia qismən təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə müqavilənin ləğv edilməsi və pul tələbi barədə iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 190410 saylı alqı – satqı müqaviləsi ləğv edilsin, müqavilə üzrə ödənilmiş 45000 manat məbləğində pul vəsaiti, 8100 manat məbləğində ƏDV və 100 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 53200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2644/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2644/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver