Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2647/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehdən əsas borca görə 38929,54 manat, hesablanmış cərimə borcuna görə 274063,96 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 313023,50 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.07.2017-ci il tarixli D 067/17 saylı texniki çiyidin alqı-satqısına dair müqaviləyə əsasən, cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 139345,80 manat məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə mal göndərilmişdir. Lakin, cavabdehə göndərilmiş malın müqabilində iddiaçıya cəmi ƏDV daxil olmaqla 133416,30 manat məbləğində vəsait ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya 28.07.2017-ci il tarixli D 067/17 saylı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ƏDV daxil olmaqla 5929.54 manat məbləğində borcu yaranmışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.10.2017-ci il tarixli D 084/17 saylı müqaviləyə əsasən, cavabdehə ƏDV daxil olmaqla 33000 manat məbləğində pambıq jmıxı göndərilmişdir. Cavabdehə göndərilmiş malın müqabilində iddiaçının hesabına pul ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 33000 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya hər iki müqavilələr üzrə ümumilikdə 38929,54 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud müqavilənin 7-ci bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliyin hər günü üçün 1 % həcmində cərimə ödəməlidirlər. Nəzərə alsaq ki, cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 38929,54 manat məbləğində borcu yaranmışdır, dəbbə pulunun hesablanmış məbləği (38929,54* 1%*704 gün) 274063,96 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasında müvafiq müqavilə imzalanıb. Lakin iddiaçı tərəfindən gösndərilmiş mal üst hissədə yaxşı vəziyyətdə olsa da, alt hissədə xarab olmuşdur. Qeyd olunan halla bağlı yerində akt tərtib edilməmişdir. Müqaviləni olmasını qəbul edir, lakin hesablanan cərimə həddindən artıq yuxarıdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı X5 arasında imzalanmış 28.07.2017-ci il tarixli D 067/17 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, satıcı müqavilədə göstərilən miqdarda 2016-cı ilin məhsulu olan pambıq jmıxı alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qiyməti Azərbaycan manatında müəyyən edilir və Satıcının Şirvan şəhər ambarı təhvili kimi başa düşülür. Malın miqdarı 300 ton, 1 tonun qiyməti ƏDV daxil 130 manat olmaqla malın ümumi dəyəri ƏDV daxil olmaqla 39000 manat təşkil etməsi razılaşdırılmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, müqavilə üzrə ödəniş satıcının hesabına köçürülmə yolu ilə əvvəlcədən ödəmə şərti ilə həyata keçirilir. Hissə-hissə ödənişə icazə verilir. Satıcı alıcıya vergi hesab-faktura, elektron qaimə təqdim edir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən Satıcı müqavilə ilə nəzərdə tutulmuş malı 30.09.2017-ci il tarixədək təhvil verir. Həmin Müqavilənin 7-ci bəndinə əsasən, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi üçün təqsirkar tərəf digər tərəfə müqavilə üzrə yerinə yetirilməyən öhdəliyin hər günü üçün 10 faiz həcmində müamilə (penya) ödəyir. -Satıcı İddiaçı MMC ilə alıcı X5 arasında imzalanmış 28.07.2017-ci il tarixli D 067/17 saylı alqı-satqı müqaviləsin 07.08.2017-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, tərəflər qeyd olunan tarixdə etibarən aşağı növlü texniki ciyidin 1 tonunun qiyməti ƏDV daxil olmaqla 100 manat müəyyən etmişdir. Satıcı alıcıya əlavə olaraq 1100 ton miqdarında texniki ciyid göndərir. Hazırki əlaəvə üzrə göndəriləcək malın ümumi məbləği ƏDV daxil olmaqla 110000 manat təşkil etməsi razılaşdırılmışdır. -Satıcı İddiaçı MMC ilə alıcı X5 arasında imzalanmış 28.07.2017-ci il tarixli D 067/17 saylı alqı-satqı müqaviləsin 07.08.2017-ci il tarixli 2 nömrəli əlavədən görünür ki, tərəflər qeyd olunan tarixdə etibarən aşağı növlü texniki ciyidin 1 tonunun qiyməti ƏDV daxil olmaqla 100 manat olan 400 ton miqdarında texniki ciyid göndərir. Hazırki əlaəvə üzrə göndəriləcək malın ümumi məbləği ƏDV daxil olmaqla 40000 manat təşkil etməsi razılaşdırılmışdır. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin 17.08.2017-ci il tarixli MK seriyalı, 000859 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 1742 manat dəyərində 17420 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC trəfindən X3 göndərilmişdir. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin 21.08.2017-ci il tarixli MK seriyalı, 000868 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 1481 manat dəyərində 14810 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC trəfindən X3 göndərilmişdir. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin 29.08.2017-ci il tarixli MK seriyalı, 000894 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 1941 manat dəyərində 19410 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC trəfindən X3 göndərilmişdir. Çiyid pambığın hazırlanma məntəqəsindən pambıq zavoduna göndərilməsinin 30.08.2017-ci il tarixli MK seriyalı, 000899 nömrəli Əmtəə-Nəqliyyat Qaiməsindən görünür ki, 1 kq 0,10 olmaqla cəmi ƏDV daxil 822 manat dəyərində 8220 kq texniki ciyid 4-cü növ 2016-cı ilin məhsulu İddiaçı MMC trəfindən X3 göndərilmişdir. -Satıcı İddiaçı MMC ilə alıcı X5 arasında imzalanmış 02.10.2017-ci il tarixli D 084/17 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, satıcı müqavilədə göstərilən miqdarda 2016-cı ilin məhsulu olan pambıq jmıxı alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin qiyməti Azərbaycan manatında müəyyən edilir və satıcının anbarı təhvili kimi başa düşülür. Malın miqdarı-100 ton, 1 tonunun qiyməti ƏDV daxil olmaqla-330 manat, ümumi məbləğ ƏDV daxil olmaqla 33000 (otuz üç min) manat təşkil edir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, müqavilə üzrə ödəniş satıcının hesabına köçürülmə yolu ilə əvvəlcədən ödəmə şərti ilə həyata keçirilir. Hissə-hissə ödənişə icazə verilir. Satıcı alıcıya vergi hesab-faktura, elektron qaimə təqdim edir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, satıcı müqavilə ilə nəzərdə tutulmuş malı 30.10.2017-ci il tarixədək təhvil verir. Həmin Müqavilənin 7-ci bəndinə əsasən, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi üçün təqsirkar tərəf digər tərəfə müqavilə üzrə yerinə yetirilməyən öhdəliyin hər günü üçün 10 faiz həcmində müamilə (penya) ödəyir. 10 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025023 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC trəfindən X3 10250 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 3382,50 manat təşkil etmişdir. 11 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025024 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC trəfindən X3 19580 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 6461,40 manat təşkil etmişdir. 13 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025025 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC trəfindən X3 18250 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 6022,50 manat təşkil etmişdir. 15 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025026 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC trəfindən X3 18700 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 6171 manat təşkil etmişdir. 18 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025028 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC trəfindən X3 18000 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 5940 manat təşkil etmişdir. 20 oktyabr 2017-ci il tarixli GVD seriyalı 025029 nömrəli qaimə-fakturanın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC trəfindən X3 15220 kq çiyidin jımıxı göndərilmiş və yekun ödənilməli məbləğ ƏDV daxil 5022,60 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı X5 arasında 28.07.2017-ci il tarixdə D 067/17 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı göstərilən qiymətdə və miqdarda texniki çiyidi alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin qiymətinin Azərbaycan manatında müəyyən edilməsi, malın miqdarının-300 ton, 1 tonunun qiyməti ƏDV daxil olmaqla-130 manat, ümumi məbləğin ƏDV daxil olmaqla 39000 (otuz doqquz min) manat olması razılaşdırılmışdır. Həmin müqaviləyə həmçinin 07.08.2017-ci il tarixli 1 nömrəli əlavə bağlanaraq 07.08.2017-ci il tarixdən etibarən müqavilə üzrə göndəriləcək açağı növlü çiyidin 1 tonunun qiyməti ƏDV daxil olaraq 100 manat müəyyən olunması, satıcının alıcıya əlavə olaraq 1100 ton miqdarında texniki çiyid göndərməsi, hazırki əlavə üzrə göndəriləcək malın ümumi məbləği ƏDV daxil olmaqla 110.000 (yüz on min) manat təşkil etməsi və müqavilənin digər şərtləri dəyişməz qalması razılaşdırılmışdır. Daha sonra 27.08.2017-ci il tarixli 2 nömrəli əlavə bağlanaraq satıcının alıcıya əlavə olaraq 1 tonunun qiyməti 100 manat olan 400 ton miqdarında texniki çiyid göndərməsi, hazırki əlavə üzrə göndəriləcək malın qiymətinin ƏDV daxil olmaqla 40000 (qırx min) manat təşkil etməsi və müqavilənin digər şərtlərinin dəyişməz qalması razılaşdırılmışdır. İddiaçı tərəfindən mübahisələndirilən, yəni cavabdeh tərəfindən ödəniş edilməyən elektron qaimələrdən görünür ki, 30 avqust 2017-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə üzrə göndərilən texniki çiyidə görə 822 manat, 29 avqust 2017-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə üzrə göndərilən texniki çiyidə görə 1941 manat, 17 avqust 2017-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə üzrə göndərilən texniki çiyidə görə 1742 manat, 21 avqust 2017-ci il tarixdə göndərilən texniki çiyidə görə 1480,99 manat borc hesablanmışdır. 28.07.2017-ci il tarixli D 067/17 saylı müqavilə və əlavələr üzrə cəmi 5929,54 manat borc iddiaçıya ödənilməmişdir. Cavabdeh tərəfindən həmin borcun ödənilməsi barədə isə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə satıcı İddiaçı MMC ilə alıcı X5 arasında 02.10.2017-ci il tarixdə D 084/17 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı 2016-cı ilin məhsulu olan pambıq jımıxı alıcıya satmağı, alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin qiymətinin Azərbaycan manatında müəyyən edilməsi, malın miqdarı- 100 ton, 1 tonunun qiyməti ƏDV daxil olmaqla-330 manat, ümumi məbləğin isə ƏDV daxil olmaqla 33000 (otuz üç min) manat təşkil etməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 11 oktyabr 2017-ci il tarixli 025024 nömrəli qaimə-fakturaya əsasən, 6461,40 manat, 13 oktyabr 2017-ci il tarixli 025025 nömrəli qaimə-fakturaya əsasən, 6022,50 manat, 15 oktyabr 2017-ci il tarixli 025026 nömrəli qaimə-fakturaya əsasən, 6171 manat, 18 oktyabr 2017-ci il tarixli 025028 nömrəli qaimə-fakturaya əsasən, 5940 manat, 20 oktyabr 2017-ci il tarixli 025023 nömrəli qaimə-fakturaya əsasən 3382,50 manat və 20 oktyabr 2017-ci il tarixli 025029 nömrəli qaimə-fakturaya əsasən 5022,60 manat borc yaranmış və cavabdeh tərəfindən qeyd edilən qaimə-fakturalar üzrə ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 38929,54 manat əsas borcunun tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflər arasında qeyd olunan müqavilələrin bağlandığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 28.07.2017-ci il tarixli D 067/17 saylı və 02.10.2017-ci il tarixli D 084/17 saylı alqı-satqı müqavilələri üzrə cavabdeh X1 əsas qalıq borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 274063,96 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 274063,96 manat cərimənin 1000 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 28.07.2017-ci il tarixli D 067/17 saylı və 02.10.2017-ci il tarixli D 084/17 saylı müqavilələrə əsasən 38929,54 manat əsas borc və 1000 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 28.07.2017-ci il tarixli D 067/17 saylı və 02.10.2017-ci il tarixli D 084/17 saylı müqavilələrə əsasən 38929,54 (otuz səkkiz min doqquz yüz iyirmi doqquz manat əlli dörd qəpik) manat əsas borc və 1000 (bir min) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2647/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2647/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver