Məhkəmə qərarları › İş №e-2-2(113)-265/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-265/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-265/2020 10.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraata dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 9517,86 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehə xx.xx.2019-cu il tarixli, 503707 nömrəli elektron qaimə əsasında 3577,95 manat, xx.xx.2019-cu il tarixli, 977745 nömrəli elektron qaimə əsasında 1165,01 manat, xx.xx.2019-cu il tarixli, 645440 nömrəli elektron qaimə əsasında 150,05 manat, xx.xx.2019-cu il tarixli, 838556 nömrəli elektron qaimə əsasında 4234,03 manat, xx.xx.2019-cu il tarixli, 953096 nömrəli elektron qaimə əsasında 390,82 manat məbləğində mal verilmiş, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yuxarıda qeyd olunan məbləğləri ödəməkdən yayınmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onun tərəfindən hər hansı bir etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 146 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-ni razılaşmada göstərilən keyfiyyətdə mallarla təmin etməyi, Cavabdeh MMC həmin malları qəbul etməyi və müqavilədə göstərilən qaydada onların haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 503707 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 3577,95 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2019-cu il tarixli, 977745 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 1165,01 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2019-cu il tarixli, 645440 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 150,05 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2019-cu il tarixli, 838556 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 4234,03 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2019-cu il tarixli, 953096 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 390,82 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 9517,86 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 9547,86 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, QƏT E T D İ M: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9517,86 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 9547,86 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar