Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-265/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ümumilikdə 176556,39 avro məbləğində borcun, 5100 manat məbləğində hüquqşünas xərcinin və 410 manat məbləğində mediasiya xərcinin və 208 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, 27 may 2022-ci il tarixində "xxxx" MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında velosiped və velosiped ehtiyat hissələrinin təchizatı ilə bağlı 01/ASG nömrəli təchizat müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spesifikasiyalarda müəyyən olunan miqdar və çeşiddə velosiped və velosiped ehtiyat hissələrini (bundan sonra “Mallar”) iddiaçıya satmağı, idddiaçı isə Malları qəbul edərək ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 4.2 və 5.1-ci bəndlərinə əsasən, idddiaçı ödənişləri müvafiq invoysa uyğun olaraq 100 % əvvəlcədən ödəniş qaydasında həyata keçirməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Cavabdeh Malları “CİP-Moskva” şərtinə uyğun olaraq çatdırılmasını həyata keçirməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, Malların çatdırılma müddəti ödəniş edildiyi gündən 15- 21 təqvim günü müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, Malların çatdırılması üçün müəyyən olunmuş müddət ərzində Mallar çatdırılmadığı təqdirdə, Cavabdeh ödənilmiş məbləği 15 gün ərzində geri qaytarmalıdır. Buna baxmayaraq, Cavabdeh idddiaçı tərəfindən ödənilmiş ümumi dəyəri 176556,39 avro olan Malları təhvil verməmiş və həmin məbləği idddiaçıya geri qaytarmamışdır. İdddiaçı tərəfindən ödənişlərin həyata keçirilməsi Müqaviləyə dair maliyyə arayışı və ödəniş tapşırıqlarına əsasən təsdiq olunur. Bununla əlaqədar iddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişin geri qaytarılmasından yayınmışdır. Sonuncu dəfə 05 iyul 2023-cüil tarixində Cavabdehə rəsmi Pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, Cavabdeh tərəfindən 15 iyul 2023-cü il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə idddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İdddiaçının son xəbərdarlığına baxmayaraq Cavabdeh borc ödənişini həyata keçirməmiş və bununla Müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Beləliklə, indiki halda Cavabdeh Müqavilə üzrə borcunu hələ də ödəmədiyindən İdddiaçı borcun ödənilməsini qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərin arasında imzalanmış 27 may 2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən alıcı "xxxx" şirkəti qabağcadan 100% ödəniş etməli, satıcı isə bunun müqabilində velosiped və onun ehtiyyat hissələrini alıcıya təqdim etməlidir. Alıcı "xxxx" şirkəti üzərinə düşən öhdəlikləri yerinə yetirərək umumilikdə 506766,16 avro məbləğində vəsaiti 2022-ci ilin ilin iyun-oktyabr aylarında satıcı Cavabdeh MMC-yə köçürsə də, sonuncu bunun müqabilində 330209,77 avro məbləğində velosiped və onun ehtiyat hissələrini "xxxx" şirkətinə təqdim etmiş, lakin müqavilənin 3.1 və 5.2-ci bəndinin tələblərinə zidd olaraq 176556,39 avro məbləğində velosiped və onun ehtiyyat hissələrini iddiaçıya təqdim edilməmişdir. Odur ki, məhkəmədən təqdim edilməyən mallara görə ödənilmiş 176556,39 avro məbləğində vəsaitin müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bununla yanaşı nümayəndə izahatında bildirmişdir ki, müqavilənin 4.2-ci bəndində təqdim ediləcək malların dəyəri göstərilməmiş, sadəcə olaraq təchizat həcmlərinin ******* avroyədək artırılması ilə bağlı müddəa qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil2 iddianı qəbul etməyərək izahatında tərəflərin arasında imzalanmış 27 may 2022-ci il tarixli müqavilənin 5.1-ci əsasən Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" şirkətinə təqdim edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli invoyslara əsasən müvafiq olaraq 156172 avro, 134637,70 avro, 384832,27 avro və 944783,27 avro cəmi 1620425,69 avro məbləğində vəsaitin 100% öncədən ödənilməsi tələb edilsə də, həmin vəsaitdən cəmi 506766,16 avrosu ödənildiyinə görə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq, yəni 100% qabaqcadan ödənişlərin aparılmaması səbəbindən "xxxx" şirkətinə mallar təqdim edə bilməmişdir, belə ki, cavabdeh müqavilə şərtlərini yerinə yetirmək məqsədi ilə Avropada olan bir sıra şirkətləri ilə müqavilə bağlamış, lakin "xxxx" şirkəti 4 invoys üzrə cəmi 1620425,69 avro məbləğində vəsaiti 100% qabağcadan ödəmədiyinə görə Avropada yerləşən şirkətlərin qarşısında da öhdəliklər yerinə yetirilməmiş və həmin şirkətlər sifariş edilmiş malları Cavabdeh MMC-yə təqdim etmədiklərinə görə 27 may 2022-ci il tarixli müqavilənin şərtləri yerinə yetirilməmiş və nəticədə "xxxx" şirkətinə Bakıdan heç bir mallar təqdim edilməmişdir. Bununla yanaşı nümayəndə izahatında bildirmişdir ki, məhkəmə gedişatında "xxxx" şirkətinə 330209,77 avro məbləğində malların təqdim edilməsi qeyd edilsə də, 27 may 2022-ci il tarixli müqavilənin şərtlərinə görə Cavabdeh MMC tərəfindən Bakı şəhərindən Rusiyada olan "xxxx" şirkətinə heç bir mallar göndərilməmişdir, sonradan müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən Avropada sifariş olunan malların bir qismi Bakı şəhərinə gəlmədən digər yollarla iddiaçının ünvanına çatdırılmışdır. Odur ki, məhkəmədən "xxxx" şirkətinin 5.1-ci bəndlərinin tələblərini pozduğuna görə, yəni 1620425,69 avro məbləğində vəsaiti 100% qabağcadan ödəmədiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 01/ASG nömrəli satıcı Cavabdeh MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə velosiped məhsullarını və velosiped məhsulları üçün ehtiyat hissələrini satır, alıcı isə hazırki müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalara müvafiq olan miqdarda və çeşiddə malı ödəyir və təhvil alır. Müqavilənin 2.1-ci bəndinə əsasən, mallar “CİP-Moskva” şərtinə uyğun olaraq çatdırılmasını həyata keçirməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, malların çatdırılma müddəti ödəniş edildiyi gündən 15-21 təqvim günü müəyyən edilmişdir. Müqavilənin 4.2 və 5.1-ci bəndlərinə əsasən, ödənişləri müvafiq invoysa uyğun olaraq 100 % qabağcadan ödəniş qaydasında həyata keçirməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, malların çatdırılması üçün müəyyən olunmuş müddət ərzində mallar çatdırılmadığı təqdirdə, satıcı ödənilmiş məbləği 15 gün ərzində geri qaytarmalıdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə 176556,39 avro borcu var. xx.xx.2022-ci il tarixli 708 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına ******* rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 755 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına ******* rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 774 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına ******* rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 782 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına 1850189,43 rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 160 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına ******* rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 161 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına ******* rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 163 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına 171180 rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 214 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına 1916349,13 rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 226 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına 12604247,03 rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 235 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına 911823,27 rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli 627 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh MMC-nin VTB Bank ASC-də olan hesabına 1500000,33 rubl köçürmüşdür. xx.xx.2022-ci il tarixli invoysdan görünür ki, “Estsart MMC” "xxxx" MMC-dən 156092,74 avro ödənilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli invoysdan görünür ki, “Estsart MMC” "xxxx" MMC-dən 134637,7 avro ödənilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli invoysdan görünür ki, “Estsart MMC” "xxxx" MMC-dən 384832,72 avro ödənilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli invoysdan görünür ki, “Estsart MMC” "xxxx" MMC-dən 944783,27 avro ödənilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli MŞB/2-03260/2023 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC 410 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 208 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı Cavabdeh MMC ilə alıcı "xxxx" MMC arasında imzalanmış 27 may 2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən alıcı "xxxx" MMC təqdim edilən invoys üzrə qabağcadan 100% ödəniş etməli, satıcı isə bunun müqabilində velosiped və onun ehtiyat hissələrini alıcıya təqdim etməlidir. Satıcı Cavabdeh MMC xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 156172 avro, 134637,70 avro, 384832,27 avro və 944783,27 avro cəmi 1620425,69 avro məbləğində invoyslar təqdim etmiş, alıcı "xxxx" MMC isə 2022-ci ilin iyun-oktyabr aylarında 506766,16 avro məbləğində vəsaiti satıcı Cavabdeh MMC-yə köçürmüşdür. Məhkəmə baxışında iddiaçının nümayəndəsi 330209,77 avro məbləğində velosiped və onun ehtiyat hissələrini alıcı "xxxx" MMC-yə təqdim edilməsini qeyd etmiş, lakin hansı invoyslar üzrə malların təqdim edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, cavabdehin nümayəndəsi isə müqavilənin 5.1-ci bəndlərinə zidd "xxxx" MMC tərəfindən 4 invoys üzrə 100% qabağcadan ödənilməsi nəzərdə tutulan 1620425,69 avronun əvəzinə 506766,16 avro məbləğində vəsaitin köçürüldüyünü, Cavabdeh MMC isə Avropada olan digər şirkətlərdən sifariş etdiyi mallara görə tam ödənişlərin aparılmaması səbəbindən Bakı şəhərindən Rusiyada olan "xxxx" MMC-yə heç bir malların göndərilmədiyini qeyd etmişdir. Göründüyü kimi, satıcı Cavabdeh MMC ümumiyyətlə "xxxx" MMC-yə heç nə satmadığını, alıcı "xxxx" MMC isə 330209,77 avro məbləğində velosiped və onun ehtiyat hissələrini aldığını qeyd etsə də, tərəflər malların məhz xx.xx.2022 və xx.xx.2022-ci (vəsait "xxxx" MMC tərəfindən tam ödənilib) tarixli invoysla alıcı "xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı heç bir sübut (spesifikasiya və sair) təqdim etməmişlər, bu isə o deməkdir ki, 176556,39 avro məbləğində borc, məhz xx.xx.2022 və xx.xx.2022-ci tarixli invoyslarla bağlı yaranmış və müqavilənin 5.2-ci bəndinə əsasən geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, 5100 manat məbləğində hüquqşünas xərcinin ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim olunmadığı üçün iddia həmin hissədə rədd edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən ümumilikdə 176556,39 avro məbləğində borc, 410 manat məbləğində mediasiya xərci və 208 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ümumilikdə 176556,39 avro məbləğində borc, 410 manat məbləğində mediasiya xərci və 208 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-265/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-265/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver