Məhkəmə qərarları › İş №e-2-2(113)-2654/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2654/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2654/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aldığı beton məhsullarına görə 46918,57 (qırx altı min doqquz yüz on səkkiz manat əlli yeddi qəpik) AZN, borcun gecikdirilməsinə görə 16405,7 (on altı min dörd yüz beş manat yetmiş qəpik) AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 310 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, 07 aprel 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Holcim (Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “İddiaçı” adlanacaq) bir tərəfdən və Cavabdeh (bundan sonra “Cavabdeh” adlanacaq) digər tərəfdən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq hazırki Barışıq Sazişini aşağıdakı şərtlərlə imzalayırlar:

3. Tərəflər təsdiq edirlər ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas məbləğ üzrə borcu 40000 (qırx min) AZN təşkil edir.

4. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 40000 AZN borcunu 2025-ci ilin aprel və may aylarında hər ay 20000 (iyirmi min) manat olmaqla İddiaçıya ödəyir.

5. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, iddiaçı isə hesablanmış cərimə məbləğini tələb etmir.

6. cavabdeh tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə iddiaçı əsas borcun ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 manat cərimə məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

7. Bu sazişin imzalanması ilə tərəflər arasında imzalanmış 11 mart 2025-ci il tarixli saziş qüvvədən düşür. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Holcim (Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

3. Tərəflər təsdiq edirlər ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas məbləğ üzrə borcu 40000 (qırx min) AZN təşkil edir.

4. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 40000 AZN borcunu 2025-ci ilin aprel və may aylarında hər ay 20000 (iyirmi min) manat olmaqla İddiaçıya ödəyir.

5. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, iddiaçı isə hesablanmış cərimə məbləğini tələb etmir.

6. cavabdeh tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə iddiaçı əsas borcun ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 manat cərimə məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

7. Bu sazişin imzalanması ilə tərəflər arasında imzalanmış 11 mart 2025-ci il tarixli saziş qüvvədən düşür. “Holcim (Azərbaycan)” ASC-nin "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. **********93 nömrəli qəbzə əsasən ödənilmiş 349 (üç yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu “Holcim (Azərbaycan)” ASC-yə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar