Məhkəmə qərarları › İş №e-2-2(113)-2657/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2657/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2657/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı “İddiaçı”in Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”ə qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “İddiaçı” Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borcun, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində hesablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin, 13.07.2021-ci il tarixdən hesablanmaqla 2.978.526,40 ABŞ dolları məbləğində pulun tam ödənilməsinə qədər hər təqvim günü üçün 408,20 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə (satıcı qismində) cavabdeh (alıcı qismində) arasında 21/18/SA nömrəli 01 mart 2018-ci il tarixli alqı- satqı müqaviləsi imzalanmışdır. Alqı-Satqı Müqaviləsinə əsasən cavabdeh iddiaçıdan mallar sifariş etmiş və iddiaçı cavabdehin sifarişləri əsasında cavabdehə ümumilikdə 17.207.588 ABŞ Dolları məbləğində mal təqdim etmişdir və cavabdeh həmin malları faktiki olaraq qəbul etmişdir. 17.207.588 ABŞ Dolları məbləğində malın cavabdeh tərəfindən iddiaçıdan qəbul etməsi faktı 36 sayda gömrük bəyannamələri ilə sübut edilir. Bəyannamələrin “valyuta və malların ümumi invoys dəyəri” adlanan 22-ci qrafasında cavabdehin iddiaçıdan qəbul etdiyi malların ABŞ Dollarında invoys dəyəri göstərilmişdir. 36 sayda gömrük bəyannamələrində göstərilən bu məbləğləri topladıqda cəmi 17.207.588 ABŞ Dollar məbləği alınır. Beləliklə, gömrük bəyannamələri ilə sübut olunur ki, cavabdeh 21/18/SA saylı 01.03.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıdan invoys dəyəri ümumilikdə 17.207.588 ABŞ Dollar olan mal qəbul etmişdir. Bundan əlavə, bəyannamələr ilə sübut olunur ki, iddiaçı cavabdehə mallara dair bütün tələb edilən sənədləri, o cümlədən mallar üzrə hesabfaktura (invoys) təqdim etmişdir, çünki bəyannamələrdə həmin hesab-fakturaya (invoys) istinad edilir və iddiaçı tərəfindən hər hansı bir sənəd təqdim edilməmiş olsaydı, malların gömrük rəsmiləşdirilməsi baş tutmuş olmazdı. Cavabdeh müqavilə üzrə malları iddiaçıdan qəbul etməsinə və hesab faktura almasına baxmayaraq bugünədək onların dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaçıdan faktiki aldığı 17.207.588 ABŞ Dolları məbləğində malın yalnız 14.229.061,60 ABŞ Dolları hissəsini ödəmiş, yerdə qalan 2.978.526,40 ABŞ Dollan məbləğini ödəməmişdir. İddiaçı malların dəyərinin tam ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq, cavabdeh malların dəyərini hələ də ödəməmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh “İddiaçı”ə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi və cavabdehdən 8.048.061,3 ABŞ məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında müqavilə bağlanmış, lakin həmin müqavilə üzrə onlara təhvil verilmiş malların dəyəri 17207588 ABŞ dolları deyil, ******* ABŞ dolları təşkil edir. Həmin mallara görə tərəflərindən cavabdehə 14229061,6 ABŞ dolları məbləğində pul ödənilmişdir. Göründüyü kimi, alınan mallara görə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsinə baxmayaraq, onlardan əlavə olaraq pul ödənilməsi tələb edilir. Cavabdeh əsassız varlanma ilə əlavə pul tələb edir, cavabdeh onların keçmiş rəhbərliyi ilə əlbir olaraq onların vəsaitlərini mənimsəyir. Bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir. Bundan əlavə, müqavilə imzalanarkən onların baş direktorunun belə bir müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Həmin müqavilənin imzalanması səlahiyyəti onların Nizamnaməsinin 10.11.5-ci maddəsinin tələbinə əsasən Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Həmin müqavilənin imzalanmasına isə Direktorlar Şurası tərəfindən razılıq verilməmişdir. Razılıq olmadığından hər iki hüquqi şəxsin rəhbəri öz şəxsi mənafelərinə uyğun olaraq əlbir şəkildə belə bir addım atmışlar. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia ərizəsi əsassızdır. Belə ki, müqavilə imzalanarkən onların həmin müqaviləni imzalayan şəxsin müvafiq səlahiyyətlərə malik olub-olmamasının araşdırılması, habelə onların Nizamnamə tələbləri ilə tanış olması barədə öhdəlikləri olmamışdır. Bundan əlavə, müqavilə ilə satılan malların dəyəri tərəflər arasında qarşılıqlı şəkildə razılaşdırılmış, həmin mallar cavabdehin özü tərəfindən onlara sifariş verilmiş, malların dəyəri barədə onlara məlumat göndərildikdən sonra qarşılıqlı razılıq əsasında mallar cavabdehə çatdırılmış, bundan əlavə həmin malların Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi də məhz cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil3 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk iddia tələbinə etiraz edir, ilk iddianın təmin edilməməsini xahiş edir. Belə ki, satılan malların bir qisminin dəyərinin müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertiza təyin edilmiş, təqdim etdiyi ekspert rəyindən də göründüyü kimi satılan malların əslində dəyəri müqaviləyə əlavələrdə, habelə gömrük bəyannamələrində göstərilən qiymətdən dəfələrlə aşağıdır. Bu səbəbdən göstərilən malların dəyərinin həqiqətdə aşağı olmasının nəzərə alınmasını xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 mart 2018-ci il tarixli 21/18/SA nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (iddiaçı) malları təchiz edir, alıcı (cavabdeh) isə həmin malları alır. Təchiz ediləcək malların miqdarı, təchiz edilmə müddəti və şərtləri, qiymətləri və ödəniş şərtləri Satınalma Şifarişində göstəriləcəkdir və SS vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti SS-də müəyyən olunur və ona uyğun oalraq ödənilir. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir. Başqa qayda tərəflərlə SS-də razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 30 gün ərzində satıcının bank hesabına ödənilir. Müqavilənin 3-cü bəndinə əsasən əgər müəyyən edilmiş tarixdə alıcı çatdırılması nəzərdə tutulmuş malalrı qəbul edə bilməyəcəksə və ya malların qəbulu alıcı tərəfindən gecikdiriləcəksə, bu halda alıcı gecikmənin səbəbi və qəbul olunmanın mümkün olan vaxtı haqqında satıcını dərhal yazılı şəkildə xəbərdar edir. Əgər alıcı malları 8-ci maddədə göstərilən səbəbdən başqa səbəbə görə qəbul edə bilmirsə, bu halda Satıcı yazılı şəkildə Alıcıdan malların hər hansı məqsədəuyğun vaxtda qəbul olunmasını tələb edə bilər. Müqavilənin 4-cü bəndinə əsasən Satıcı Alıcıya texniki sənədlər və malların yüklənməsi haqqında yüklənmədən 72 saatdan gec olmayan vaxt ərzində elektron poçt vasitəsilə məlumat verməlidir. 01 mart 2018-ci il tarixli 21/18/SA nömrəli Alqı-satqı müqaviləsinin həmin tarixli 02 saylı əlavə razılaşmaya əsasən tərəflər müqaviləni aşağıdakı kimi dəyişmək barədə razılığa gəlirlər. “ 11.3. Bu Müqavilə 01 mart 2018-ci il tarixdən qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinə qədər qüvvədə qalır. Əgər tərəflərdən biri digərinə müqavilənin müddətinin bitməsinə 30 gün qalanadək xitam bildirişi göndərməzsə, müqavilənin müddəti növbəti illər üçün uzadılmış hesab edilir.” Müqavilə və ona əlavə tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir. Məhkəmənin 02.06.2021-ci il tarixli sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə göndərilmiş **********3232 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 1708469,00 ABŞ dollarıdır. **********5196 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 263812,00 ABŞ dollarıdır. **********6136 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 363546.00 ABŞ dollarıdır. **********7326 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 990259,00 ABŞ dollarıdır. **********3487 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 306228,00 ABŞ dollarıdır. **********7401 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 153456,00 ABŞ dollarıdır. **********7506 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 54632,00 ABŞ dollarıdır. **********9200 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 947587,00 ABŞ dollarıdır. **********6863 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 52983,00 ABŞ dollarıdır. **********5474 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 9500,00 ABŞ dollarıdır. **********3464 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 193288.00 ABŞ dollarıdır. **********9966 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 4516 ABŞ dollarıdır. **********6753 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 3509240,00 ABŞ dollarıdır. **********1657 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 365772,00 ABŞ dollarıdır. **********1747 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 19680,00 ABŞ dollarıdır. **********1522 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 344834,00 ABŞ dollarıdır. **********6982 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 209808,00 ABŞ dollarıdır. **********7107 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 129558,00 ABŞ dollarıdır. **********1005 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 268436,00 ABŞ dollarıdır. **********0552 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 708336,00 ABŞ dollarıdır. **********4681 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 61479,00 ABŞ dollarıdır. **********4683 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 61479,00 ABŞ dollarıdır. **********8497 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 81972,00 ABŞ dollarıdır. **********6955 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 20493,00 ABŞ dollarıdır. **********2483 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 20493,00 ABŞ dollarıdır. **********4979 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 20493,00 ABŞ dollarıdır. **********4790 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 20493,00 ABŞ dollarıdır. **********5858 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 1336976,00 ABŞ dollarıdır. **********5531 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 427392,00 ABŞ dollarıdır. **********4697 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 42830,00 ABŞ dollarıdır. **********5943 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 2330747,00 ABŞ dollarıdır. **********8923 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 1148811,00 ABŞ dollarıdır. **********3373 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 696434,00 ABŞ dollarıdır. **********9165 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 215404,00 ABŞ dollarıdır. **********9815 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 13152,00ABŞ dollarıdır. **********4748 saylı gömrük bəyənnaməsindən görünür ki, Göndərən “İddiaçı” mal qəbul edən Cavabdeh MMC, valyuta və malların ümumi invoys dəyəri 100500,00 ABŞ dollarıdır. “İddiaçı” tərəfindən Cavabdeh MMC-yə 09.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 67518 ABŞ dolları, 12.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 181582 ABŞ dolları, 12.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 121960 ABŞ dolları, 12.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 276085 ABŞ dolları, 12.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 172285 ABŞ dolları, 16.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 398850 ABŞ dolları, 16.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 198165 ABŞ dolları, 16.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 201351 ABŞ dolları, 19.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 555836 ABŞ dolları, 19.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 30283 ABŞ dolları, 21.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 981439 ABŞ dolları, 29.03.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 69500 ABŞ dolları, 06.04.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 131912 ABŞ dolları, 11.06.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 54632 ABŞ dolları, 16.08.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 550928 ABŞ dolları, 08.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 361828 ABŞ dolları, 08.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 208158 ABŞ dolları, 08.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 238546 ABŞ dolları, 12.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 153850 ABŞ dolları, 12.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 9500 ABŞ dolları, 12.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 2938 ABŞ dolları, 14.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 241610 ABŞ dolları, 23.09.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 8820 ABŞ dolları, 16.10.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 4516 ABŞ dolları, 22.04.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 965916 ABŞ dolları, 22.04.2018-ci il tarixli satınalınma sifarişinə əsasən 239208 ABŞ dolları, 23.04.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 19680 ABŞ dolları, 23.04.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 28878 ABŞ dolları, 23.04.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 29380 ABŞ dolları, 23.04.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 315956 ABŞ dolları, 23.04.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 339366 ABŞ dolları, 24.04.2019-cu il tarixli satınalınma sifarişinə əsasən ******* ABŞ dolları, 30.04.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 956882 ABŞ dolları, 23.05.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 32420 ABŞ dolları, 29.05.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 445500 ABŞ dolları, 30.05.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 89358 ABŞ dolları, 30.05.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 19890 ABŞ dolları, 19.06.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 4786 ABŞ dolları, 03.07.2019cu il tarixli satınalınma sifarişinə əsasən 9928 ABŞ dolları, 27.10.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 171320 ABŞ dolları, 25.10.2019-cu il tarixli satınalınma sifarişinə əsasən ******* ABŞ dolları, 25.10.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 143872 ABŞ dolları, 20.11.2019-cu il tarixli satınalınma sifarişinə əsasən ******* ABŞ dolları, 29.11.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 4322 ABŞ dolları, 06.12.2019cu il tarixli satınalınma sifarişinə əsasən 28992 ABŞ dolları, 06.12.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 6088 ABŞ dolları, 17.02.2020-ci il tarixli satınalınma sifarişinə əsasən ******* ABŞ dolları, 27.04.2020-ci il tarixli satınalınma sifarişinə əsasən 79460 ABŞ dolları, 04.05.2020-ci il tarixli satınalınma sifarişinə əsasən 13152 ABŞ dolları, 12.06.2020-ci il tarixli satınalınma sifarişinə əsasən 100500 ABŞ dolları, 12.06.2020-ci il tarixli satınalınma sifarişinə əsasən 100500 ABŞ dolları, 24.08.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 824308 ABŞ dolları, 06.12.2019-cu il tarixli satınalınma sifarişinə əsasən 3280 ABŞ dolları məbləğində malların çatdırılması razılaşdırılmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır, çünki ilk iddianın təmini, qarşılıqlı iddia tələbinin təminini istisna edir. Hazırkı mülki işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur: - Tərəflər arasında 01 mart 2018-ci il tarixli 21/18/SA nömrəli alqı-satqı müqaviləsi və əlavə razılaşmanın bağlanması; - “İddiaçı” tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 17.207.588 ABŞ dolları məbləğində malların göndərilməsi və həmin malların gömrük rəsmiləşdirilməsinin Cavabdeh MMC tərəfindən aparılması; - “İddiaçı” tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş malların 14.229.061,60 ABŞ Dolları dəyərində olan hissəsinin Cavabdeh MMC tərəfindən ödənilməsi. Qanunun tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM, maddə 77.1). Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində bildirir ki, müqaviləni onların adından bağlayan baş direktorun belə bir müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, belə bir müqavilənin imzalanması səlahiyyəti MMC-nin Nizamnaməsinin 10.11.5-ci maddəsinin tələbinə əsasən Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Həmin müqavilənin imzalanmasına isə Direktorlar Şurası tərəfindən razılıq verilməmişdir. Bununla yanaşı, iddiaçı qarşılıqlı tələbə etiraz edərək bildirir ki, Çin Xalq Respublikasında yerləşən bir şirkət olmaqla, iddiaçının büdcəsinin hazırlanmasında, təsdiq edilməsində iştirak etmir, Cavabdeh MMC özünün büdcəsinə daxil olan əqdlərin siyahısını heç vaxt onlara bildirməmiş, belə olan halda onlar MMC-nin direktorunun həmin müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilə bilməzdilər. Qanunun yuxarıda istinad olunan MPM-nin 77.1-ci maddəsinin tələbinə görə müqavilə bağlanarkən Cavabdeh MMC-nin baş direktorunun belə bir səlahiyyətə malik olmamasının qarşı tərəfin bildiyini və ya bilməli olduğunu sübut etmək vəzifəsi Cavabdeh MMC-nin üzərinə düşür. Cavabdeh MMC bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Bundan əlavə həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Aydındır ki, səlahiyyətsiz şəxsin bağladığı əqd hüquqi şəxs barəsində hər hansı hüquqi nəticə doğura bilməz. Bununla belə Mülki Məcəllə səlahiyyətsiz şəxsin əqd bağlaması hallarını da tənzimləyən normaları özündə ehtiva edir və bu kimi hallarda təmsil olunanın iradəsinə bəzi nəticələri bağlayır. Belə ki, təmsil olunan səlahiyyətsiz şəxsin bağladığı əqdi bəyənə bilər (MM, 357-ci maddə). Bəyənmə səlahiyyətsiz şəxsin bağladığı əqdə daha sonra səlahiyyətli şəxs tərəfindən verilən razılıqdır. Bəyənmə keçmişə münasibətdə hüquqi nəticə meydana gətirir. Beləliklə də, bəyənmə səlahiyyətsiz bir şəkildə bağlanmış müqaviləni sanki əvvəlcədən səlahiyyət verilmiş kimi etibarlı hala gətirir (MM, 358.2-ci maddə). Bəyənmə ilə əqddəki qüsur tamamlanır və həmin əqd səlahiyyətli şəxsin hüquq sferasında nəticələrini doğurur (MM, 360.2-ci maddə). Bəyənmə həm açıq, həm də qapalı şəkildə ifadə oluna bilər. Hazırkı alqı-satqı müqaviləsi Cəmiyyətin səlahiyyətsiz şəxsi tərəfindən imzalansa da, Cəmiyyət həmin müqavilə üzrə alınan malların gömrük rəsmiləşdirilmələrini həyata keçirməklə, bundan əlavə onların dəyərinin əksər hissəsini ödəməklə həmin əqdi (müqaviləni) qapalı bir şəkildə bəyənmişdir. Nəticədə alqı-satqı müqaviləsi Cəmiyyətin hüquqi sferasında hüquqi nəticələr doğurmaqla bağlandığı andan etibarlı olmuşdur. Bu baxımdan bəyənilmiş müqavilənin sonradan Cəmiyyət tərəfindən mübahisələndirilməsi MM-in tələblərinə uyğun sayıla bilməz. Hüquqi şəxsin istənilən işçisi xidməti vəzifəsini icra edən zaman hüquq pozuntusuna yol verdiyi halda, bu, hüquqi şəxs tərəfindən hüquq pozuntusuna yol verilmiş kimi hesab edilir. Bundan əlavə, Cavabdeh MMC-nin müqavilə üzrə onlara təhvil verilmiş malların dəyərinin əslində 17207588 ABŞ dolları deyil, ******* ABŞ dolları təşkil etməsi, həmin mallara görə tərəflərindən cavabdehə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsi (14229061,6 ABŞ dolları) barədə dəlili ilə də məhkəmə razılaşmır. Belə ki, materiallara əlavə edilmiş satınalınma sifarişlərinə əsasən iddiaçı tərəfindən cavabdehə təhvil veriləcək malların qiyməti əvvəlcədən razılaşdırılmış, bununla da cavabdeh həmin mallara görə razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Alınan malların dəyərinin əksər hissəsi ödənilmiş, lakin həmin mallarının dəyərinin yüksək olması barədə satıcıya hər hansı pretenziya bildirilməmiş, bu hal yalnız məhkəmə araşdırması gedişində mübahisələndirilmişdir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, aparılmış araşdırmalarla müəyyən olunur ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, ilkin iddia ərizəsində əsas borcla yanaşı, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində hesablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməli olması göstərilmişdir. Belə ki, Mülki Məcəllənin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, müqavilə üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində hesablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin tutulması hissəsində əsaslıdır və iddia tələbi təmin edilməlidir. Bununla yanaşı, ilkin iddia ərizəsində 13.07.2021-ci il tarixdən hesablanmaqla 2.978.526,40 ABŞ dolları məbləğində pulun tam ödənilməsinə qədər hər təqvim günü üçün 408,20 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməli olması göstərilsə də, məhkəmə hesab edir ki, hazırda bu hissədə iddia tələbi qeyri-dəqiq olduğundan və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Yuxarıda da qeyd olunduğu kimi, ilkin iddianın əsaslı olduğu, yəni cavabdehin alqısatqı müqaviləsi üzrə yaranmış borcun və həmin borcun gecikdirilməsinə görə illik 5 faiz məbləğində pulun iddiaçıya ödənilməli olması müəyyən edildiyindən, qarşılıqlı iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 79.155,36 ABŞ dolları məbləğində faiz, ümumilikdə 3.057.681,76 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçı “İddiaçı”ə ödənilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən, həmin iddia ərizəsi verilərəkən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehə, qalan 5 manatı iddiaçıya aid edilməli, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 79.155,36 ABŞ dolları məbləğində faiz, ümumilikdə 3.057.681,76 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “İddiaçı”ə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı”ə qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar