Məhkəmə qərarları › İş №e-2-2(113)-2658/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2658/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2658/2020 25.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh” X2rşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" X3 birinci müqavilə üzrə 243902 ABŞ dolları və ikinci müqavilə üzrə 109500 ABŞ dolları olmaqla, cəmi 353402 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı1 və 26951 ABŞ dolları pulun tutularaq X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 bir-biri ilə əlaqədar olmayan iki tələbi bir iddiada birləşdirmişlər. Belə ki, hər iki iddiaçı eyni tarixli iki fərqli müqaviləyə imza ataraq müstəqil tərəf kimi çıxış etmişlər və hər birinin ayrı-ayrılıqda fərqli öhdəliklərin pozulması ilə bağlı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göründüyü kimi iddiaçılar hər birinə aid olan tələbləri, yəni bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi iddia ərizəsində birləşdirmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh” X2rşı pul tələbinə dair iddia iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə kommersiya mübahisəsi ilə bağlı tələblə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar