Məhkəmə qərarları › İş №e-2-2(113)-2664/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2664/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2664/2023 04.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 252283 saylı akt əsasında iddiaçıya hesablanmış itirilmiş enerjinin bərpasına görə 27000 manat dəyərində əlavə sərfiyyat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçının “MKT Saatlı” filialında cavabdehin nümayəndələri tərəfindən 252283 saylı akt tərtib edilmişdir. Akta əsasən, iddiaçıya aid saygac sxeminin səhv quraşdırıldığı qeyd edilərək (elektrik sayğacının cərəyan bucaqları xəta ilə işləyir), itirilmiş elektrik enerjisinin bərpasına (texnoloji sərfiyyat) görə iddiaçıya əlavə olaraq 27000 manat vəsait hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş aktıəsassız hesab edirik. İddiaçı ilə cavabdeh arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akta əsasən, iddiaçıya aid saygac sxemi cavabdeh – "xxxx" ASC-yə məxsus 110/35/10 KV-luq “Sarıcalar” Y/stansiyasında yerləşdiyi üçün, iddiaçı sayğac sxeminin səhv quraşdırıldığına görə məsuliyyət daşıya bilməzdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” Qaydalarının 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir. Cavabdeh "xxxx" ASC-nin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən X8 Təchizatı və Satışı İdarəsinin məlumat bazasında qeydiyyatda olan Saatlı rayonunda fəaliyyət göstərən iddiaçı MTK İstehsalat Kommersiya MMC-nin (abunə kodu-**********6) sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın cərəyan bucaqları xəta ilə işləyir. Əməkdaşlarımız tərəfindən qeyd olunan pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nın tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, R 050857 nömrəli akt tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 267300 kVt.s elektrik enerjisinin sərf olunması nəticəsində "xxxx" ASC-yə 26730 manat dəyərində maddi ziyan vurulmuşdur. Hesab edirik ki, akt əsasında hesablanmış məbləğ qanuni və əsaslıdır Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 etiraza uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, R 050857 nömrəli akt tərtib edilməsi üçün əsas olmuş yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamışdır İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC-nin abonent saldosunun sürətindən görünür ki, 25 oktyabr 2022-ci il tarixə İddiaçı MMC-yə akta əsasən 26730 manat məbləğində cərimə yazılmışdır. 21 oktyabr 2022-ci il tarixli 050857 nömrəli "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, abonent kodu **********6 olan İddiaçı MMC-nin “MKT Saatlı” filialındakı pambıq zavoduna quraşdırılmış sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğacın cərəyan bucağı xəta ilə işləyir. "xxxx" ASC-nin sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən tərtib olunmuş sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 252283 nömrəli aktdan görünür ki, Saatlı E.Ş-in 23/779 saylı xx.xx.2022-ci il tarixli məktubu və 050857 nömrəli aktına əsasən sayğacın qoşulma sxeması normal yük altında təkrar yığıldı və məlum oldu ki, sayğac dövrəsində gərginlik və cərəyanlar əks fazalara düşmüşdür. Qüsur aradan qaldırılmışdır. xx.xx.2023-cü il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot kompletlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, sayğacın cərəyan bucağı xəta ilə işləyir, qüsur bərpa edildikdən sonra İddiaçı MMC-yə 26730 manat məbləğində borc hesablanmışdır. İİİ.Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tətqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC xx.xx.2022-ci il tarixində iddiaçının İddiaçı MMC-nin sayğacına vahid məlumat reyestrində qeydə alınmayan baxış keçirmiş və 21 oktyabr 2022-ci il tarixli 050857 nömrəli akt əsasında 24.102022-ci il tarixində 26730 manat məbləğində borc hesablamışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi əsaslıdır, belə ki, "xxxx" ASC tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Lakin bununla yanaşı məhkəmə qeyd edir ki, ki, iddia tələbi qismən təmin edilməlidir, belə ki, iddiaçı 27000 manat məbləğində vəsaitin silinməsini xahiş etsə də, faktiki olaraq 21 oktyabr 2022-ci il tarixli akta əsasən 26730 manat məbləğində borc yazıldığına görə iddia tələbi də, 26730 manat məbləğində təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı MMC-nin adına rəsmiləşdirilmiş **********6 nömrəli abonent koduna hesablanmış 26730 manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin adına rəsmiləşdirilmiş **********6 nömrəli abonent koduna hesablanmış 26730 manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar