Məhkəmə qərarları › İş №e-2-2(113)-2666/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2666/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2666/2025 13.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 13972,88 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC 10 fevral 2023-cü il tarixli 100223 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBDB, EBDC, EBDE, EBDG, EBDJ, EBDL, EBDO, EBDP, EBDT, EBDV, MT2401, MT2402, MT2403, MT2404, MT2405, MT2406 seriyalı e-qaimələr üzrə müxtəlif ölçülərdə kağız və karton materiallarından qablaşdırma məmulatlarının satışı olmuşdur. Cavabdeh MMC qəbul etdiyi mallarınn dəyəri ƏDV daxil 13972,88 Azərbaycan manatı pul vəsaiti bugünədək şirkətimizə ödənilməmişdir. Tərəfə bununla bağlı pretenziya göndərilmiş, lakin cavabdehin iştirak etməməsi səbəbindən öz bəhrəsini verməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC arasında imzalanmış 10 fevral 2023-cü il tarixli 100223 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”nın sifarişi əsasında məhsulları (bundan sonra “Mal” adlandırılacaq) “Alıcı”ya təqdim edir və “Alıcı” da öz növbəsində alınan malın dəyərini razılaşdırılmış qiymətə (elektron qaiməyə) əsasən “Satıcı”ya ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” malın elektron qaiməyə əsasən müəyyənləşdirilmiş dəyərini köçürmə yolu ilə e qaimə aldıqdan sonra üç gün ərzində “Satıcı’nın bank hesabına köçürməlidir. Hazırki Müqaviləyə əsasən ödənişlər manatla həyata keçirilir. Razılaşdırılmış qiymətə ƏDV tətbiq edilir. EBDB seriyalı,191881 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 4453,92 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 801,71 olmaqla, EBDC seriyalı,866998 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 1926,1 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 346,7 olmaqla, EBDE seriyalı, 586147 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 1338,7 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 240,97 olmaqla, EBDG seriyalı, 738423 nömrəli, xx-xx- 2023-cü tarixli elektron qaiməyə əsasən 1638,6 manat dəyərində mallar (ƏDV-siz), malın ƏDV məbləği 294,95 olmaqla, EBDJ seriyalı, 717451 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 1646,2 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 296,32 olmaqla, EBDL seriyalı, 083158 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 1516,51 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 272,97 olmaqla , EBDO seriyalı, 860208 nömrəli,xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 1457 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 262,26 olmaqla, EBDP seriyalı,503472 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 1687,2 manat dəyərində mallar (ƏDV-siz)malın ƏDV məbləği 303,7, EBDTseriyalı, 031504 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 1261,8 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 227,12 olmaqla ,EBDV seriyalı, 087924 nömrəli, xx-xx-2023-cü tarixli elektron qaiməyə əsasən 2735,66 manat dəyərində mallar (ƏDV-siz)malın ƏDV məbləği 492,42 olmaqla, MT2401 seriyalı, 00219854 nömrəli, xx-xx-2024-cü tarixli elektron qaiməyə əsasən 6473,1484 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 1165,1667 olmaqla, MT2402 seriyalı, 00269721 nömrəli, xx-xx-2024-cü tarixli elektron qaiməyə əsasən 1833,576 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 330,0437 olmaqla, MT2403 seriyalı, 00413106 nömrəli, xx-xx-2024-cü tarixli elektron qaiməyə əsasən 4109,39 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 739,6902 olmaqla, MT2404 seriyalı,00187382 nömrəli, xx-xx-2024-cü tarixli elektron qaiməyə əsasən 2816,256 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 506,9261 olmaqla, MT2405 seriyalı,11027144 nömrəli, xx-xx-2024-cü tarixli elektron qaiməyə əsasən 2555,438 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 459,9788 olmaqla, MT2406 seriyalı, 10746996 nömrəli, xx-xx-2024-cü tarixli elektron qaiməyə əsasən 266,6736 manat dəyərində mallar (ƏDV-siz) malın ƏDV məbləği 48,0012 manat dəyərində olmaqla İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək ƏDV daxil 13972,88 manatı məbləğində pul vəsaitinin 3 gün ərzində ödənilməsini xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 131,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı üzrə mal göndərmə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə mallar satmış, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək aldığı malların dəyərinin bir qismini ödəmiş qalanını tam ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən satılan mallarla bağlı verilmiş eqaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Müqaviləyə əsasən malların dəyəri elektron qaimə alındıqdan sonra 3 gün ərzində ödənilməlidir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, təhvil aldığı malların dəyərindən 13972,88 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, iddiaçı tərəfindən satılan malların elektron qaimələrinin cavabdehə göndərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 13972,88 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 131,92 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 13972 (on üç min doqquz yüz yetmiş iki) manat 88 (səksən səkkiz) qəpik məbləğində borc, ödənilmiş 131 (yüz otuz bir) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar