Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2671/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmaov Elçin Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə İlk iddia üzrə cavabdehin nümayəndəsi X1, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin ödənilməsi və qarşılıqlı iddia üzrə cərimənin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (İddiaçı MMC) İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdehdən 817,60 manat əsassız varlanma məbləği, o cümlədən 399220,26 manat maddi ziyan, habelə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 400067,86 manat məbləğin tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2018-ci il tarixli distributorluq müqaviləsi üzrə gecikdirilmiş məbləğdən 43777,00 (qırx üç min yeddi yüz yetmiş yeddi) manat cərimə və 235279,92 manat (iki yüz otuz beş min iki yüz yetmiş doqquz manat doxsan iki qəpik) məbləğində əldən çıxmış fayda şəklində maddi zərərin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı" MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında xx.xx.2018-ci il tarixli distributorluq müqaviləsi imzalanmışdır. Bəhs edilən müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh təchizatçı müvafiq malları müəyyən edilmiş müddət ərzində çatdırmağı, iddiaçı distributor isə həmin malları təhvil alaraq müvafiq ödənişi yerinə yetirməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə imzalandığı gündən öhdəliklər vicdanla icra edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən hər hansı pozuntuya yol verilmədiyi və tərəflər arasında hər hansı mübahisə mövcud olmadığı halda cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş və distributorluq müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən bildirişdə xitama səbəb olan hal olaraq tərəflər arasında imzalanmış müqavilənin 2.4, 10.2 və 13.2ci bəndlərinə istinad edilmiş və bildiriş tarixinə ümumilikdə 163521,51 manat ödənişin gecikdirildiyi qeyd edilmişdir. Gecikdirilmiş məbləğə 817,60 manat cərimə məbləği hesablanmış və bu məbləğin 2 təqvim həftəsi ərzində ödənilmədiyi təqdirdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Nəticədə cavabdehin tələblərinin əsassız, qərəzli olduğunu və süni mübahisə yaratmaq kimi əsl niyyətini gizlətdiyini nəzərə alaraq bildiriş cavabdehə göndərilmiş, xx.xx.2020-ci il tarixli müraciətlə cavablandırılmış və tələblərinin əsassız olduğu bildirilmişdir. Eyni zamanda tələb olunan cərimə məbləğinin mövcudluğuna hər hansı əsas olmamışdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.4-cü bəndinə əsasən distributor ticarət obyektlərinə çatdırıldığı vaxtdan 15 gün keçən malların ümumi dəyərini həftəlik olaraq tərəflər arasında razılaşdırılmış tarixdə ödəməlidir. Başqa sözlə desək, mallar Distributor tərəfindən tərəfdaşlıq etdiyi alıcılara çatdırıldğı tarixdən 15 gün keçdikdən sonra həftəlik olmaqla, tərəflərin razılaşdırdığı tarixdə ödənilməli idi. İddiaçı tərəfindən bu öhdəlik tam icra edilmişdir. Belə ki, müqavilə imzalanan tarixdən xx.xx.2020ci il tarixinədək bu öhdəliyin iddiaçı tərəfindən pozulmasına dair cavabdeh tərəfindən hər hansı pretenziya və cərimə tələbi irəli sürülməmişdir. Cərimə məbləğinin əsassızlığına digər sübut isə onun yaranma mənbəyinin mövcud olmamasıdır. Belə ki, cavabdeh bəhs edilən bildirişdə ödəniş tarixlərini və məbləğlərini qeyd etsə də, bu "gecikdirilmiş" ödənişlərin hansı tarixdə icra edilməli olduğu barədə hər hansı əsaslandırma və sübut mövcud deyil. Belə əsaslandırmanın mövcud olmaması öz-özlüyündə cavabdehin iddia etdiyi gecikmə halının mövcud olmadığını və bu pozuntunun süni formada qəsdən yaradılmağa cəhd edildiyini təsdiq etmiş olur. Digər tərəfdən cavabdeh müqaviləyə xitam verilməsi barədə bildirişdə tərəflər arasında imzalanmış müqavilənin 13.2-ci bəndinə istinad edərək əsassız olaraq tələb etdiyi gecikmə məbləğinin 817,60 manat və gecikdirilmiş ödənişin isə ümumilikdə 163521,51 manat olduğunu qeyd etmişdir. Bu əsassız dəlilə münasibətdə qeyd edir ki, müqavilənin 10.1-ci bəndinə əsasən hər gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə ödənilir. Eyni zamanda tərəflər arasında imzalanmış müqavilənin 13.2-ci bəndinə əsasən hər hansı tərəf öhdəliyini əhəmiyyətli dərəcədə yerinə yetirmədikdə və bərpa edilə biləcək qayda pozulması barədə yazılı bildirişin alındığı tarixdən etibarən 2 həftə ərzində bərpa edilməyən pozulmaya yol verdiyi halda digər tərəf bu müqaviləyə xitam verə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixli distributorluq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Müqavilənin şərtlərinə əsasən müəyyən edilmiş müddət ərzində malları çatdırmağı, cavabdeh isə həmin malları təhvil almağı və müvafiq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə imzalanan tarixdən iddiaçı Müqavilə üzrə öz öhdəliklərini vaxtında yerinə yetirərək cavabdehi müvafiq mallar ilə təmin etmişdir. Lakin cavabdeh Müqavilənin şərtlərini dəfələrlə pozaraq, ödənişlərini vaxtlı-vaxtında həyata keçirməmişdir. Bu səbəbdən də iddiaçı Müqavilənin 2.4 və 13.2-ci bəndlərinin tələblərini rəhbər tutaraq, cavabdehə Distributorluq müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli bildiriş göndərmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Bildirişdə qeyd edilən məbləği iddiaçıya ödəmişdir. Daha sonra iddiaçı Müqavilənin 13.1.1-ci bəndinə (13.1. Bu müqaviləni bağlayan hər bir tərəf bu müqaviləyə aşağıdakı hallarda istənilən vaxt xitam verə bilər: 13.1.1. müəyyən səbəbdən və ya heç bir səbəb olmadan, müqavilənin ləğvi planlaşdırılan tarixdən 60 təqvim günü öncə digər tərəfə bildiriş göndərməklə) əsaslanaraq, cavabdehə Distributorluq müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020ci il tarixdə bildiriş göndərərək Müqaviləyə xx.xx.2020-ci il tarixdən xitam veriləcəyini bildirmişdir. Cavabdeh Müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə iddiaçıya xeyli məbləğdə maddi zərər dəymişdir. Belə ki, Müqavilənin 2.4-cü maddəsinə əsasən distribyütor ticarət obyektinə çatdırıldığı tarixdən 15 (on beş) gün keçən malların ümumi dəyərini həftəlik olaraq, tərəflər arasında razılaşdırılmış tarixdə ödəməlidir. Lakin cavabdeh ödəniş müddətlərini dəfələrlə pozaraq, öz öhdəliklərini gecikmələr ilə həyata keçirmişdir (müvafiq sənədlər əlavə edilmişdir). Müqavilənin 10.1-ci maddəsinə əsasən təchizatçı tərəfindən distributora ilkin ödəniş edilmədən göndərilən malların (məhsulların) razılaşdırılan dəyəri distributor tərəfindən spesifikasiyada nəzərdə tutulan müddət ərzində ödənilməsə, o, təchizatçıya hər gecikmiş günə görə 0,5% nisbətində cərimə ödəməlidir. Bundan başqa, Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri 3000000,00 manat təşkil edir. Lakin cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə müqavilənin ümumi dəyəri həcmində mallar sifariş verilməmiş və bunun nəticəsində iddiaçıya əldə çıxmış fayda şəklində xeyli miqdarda maddi zərər dəymişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Distributorluq müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli bildirişə əsasən xx.xx.2020-ci il tarixdə xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilmişdir. Müqaviləyə xitam verilən günədək cavabdeh Müqavilə üzrə nəzərdə tutulan müddətlərdə ödənişlərini həyata keçirmədiyinə görə cavabdehin gecikdirilmiş məbləğdən 43777,00 manat cərimə borcu yaranmışdır. Bundan başqa, Müqavilənin 2.1-ci bəndində göstərilən ümumi dəyəri cavabdehin hərəkətləri nəticəsində icra olunmadığına görə, iddiaçıya 235279,92 manat məbləğində əldən çıxmış fayda şəklində maddi zərər dəymişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri qarşılqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilk iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Distributorluq müqaviləsindən görünür ki, təchizatçı distributorun bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş malların paylanması üçün Azərbaycan Respublikası ərazisi üzrə eksklüziv Distributor təyin edir, Distributor isə həmin təyinatı qəbul edir. - xx.xx.2020-ci il tarixdə təchizatçı tərəfindən distributora ünvanlanmış Distributorluq müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, tərəflər arasında bağlanmış Distributorluq müqaviləsinin 2.4-cü bəndinə əsasən distributor təchizatçıya ödənilməli olan 163521,51 manat pulu vaxtında ödəmədiyindən Müqavilənin 10.1-ci maddəsinə əsasən gecikdirilmiş həmin məbləğə (əsas borca) günlük 0,5% dərəcə ilə hesablanmış cərimə məbləğinin bu bildirişin tarixinə 817,60 AZN təşkil etdiyi və bu bildirişin alındığı tarixdən 2 (iki) təqvim həftəsi ("X3") ərzində yuxarıda qeyd edilən pozuntular tam olaraq aradan qaldırılmasa və yeni pozuntulara yol verilsə, Təchizatçı tərəfindən Müqavilənin 13.2-ci maddəsinə əsasən həmin X2 Müddəti bitdiyi tarixdə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunan bildiriş xx.xx.2020-ci il tarixdə distributor tərəfindən qəbul edilmişdir. - xx.xx.2020-ci il tarixdə təchizatçının bildirişinə cavab məktubunda deyilir ki, distributor tərəfindən bildirişdə qeyd olunan ödənişlərin gecikməsi halının olması qeyd edilsə də, ödənişlərin icra edilməsi tarixinin hansı sənədlə razılaşdırılması barədə hər hansı məlumat verilmir. Bundan başqa, tərəflərin işgüzar münasibətlərinin pozulmaması, habelə bildirişdə göstərilən gecikdirilmiş məbləğə görə müqavilə şərtlərinə əsasən hesablanmış məbləğin az olması səbəbindən qeyd olunan cərimə məbləğinin distributor tərəfindən təchizatçıya ödənildiyi qeyd olunmuşdur. - ödəniş qəbzlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə "İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-nin hesabına 817,60 AZN məbləğ köçürülmüşdür. - xx.xx.2020-ci il tarixdə təchizatçı tərəfindən distributora ünvanlanmış Distributorluq müqaviləsinə xitam verilməsi haqqında bildirişdə deyilir ki, müqavilənin 13.1.1-ci maddəsinə əsasən hər bir tərəf müəyyən səbəbdən və ya heç bir səbəb olmadan, Müqavilənin ləğvi planlaşdırılan tarixdən 60 (altmış) təqvim günü öncə digər tərəfə bildiriş göndərməklə Müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Həmin maddəyə əsasən təchizatçı tərəfindən müqavilənin 13.1.1-ci maddəsinə əsasən həmin Müqaviləyə x xxxxxx 2020-ci il tarixdən xitam veriləcək. - xx.xx.2020-ci il tarixdə "İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə ünvanlanmış vurulmuş zərərin ödənilməsi barədə bildirişdə deyilir ki, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli distributorluq müqaviləsinə uyğun olaraq tərəfimizdən təmsil etdiyiniz şirkətə xx.xx.2020-ci il tarixli sifariş sənədi təqdim edilmiş və malların aylar üzrə təhcizi sifariş edilmilmişdir. Lakin hər hansı səbəb olmadan təmsil etdiyiniz şirkət müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Yaranmış halla bağlı danışıqların aparılması və mövcud anlaşılmazlıqların araşdırılması məqsədilə tərəfimizdən sizə xx.xx.2020-ci il, 10.07,2020-ci və xx.xx.2020-ci il tarixli müraciətlər göndərilmiş və müvafiq açıqlamanın verilməsi, o cümlədən sifarişlərin təmin edilməsi xahiş edilmişdir, lakin heç bir müraciətimiz cavablandırılmamış və sifarişlərin təchizatı təmin edilməmişdir. Başqa sözlə desək, müqavilə öhdəlikləri Sizin tərəfinizdən kobud surətdə pozulmuşdur. Nəticədə şirkətimizə 399220,26 manat maddi ziyan dəymişdir. Dəymiş zərər məbləğinin 3 gün ərzində şirkətin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə pozulmuş hüquqların müdafiəsi məqsədilə aidiyyəti orqanlara müraciət ediləcəyi bildirilmişdir. - "Cavabdeh" MMC tərəfindən "İddiaçı" MMC–yə pretenziya məktubu ünvanlanaraq, İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi, Cavabdeh MMC tərəfindən çatdırılan malların dəyərini razılaşdırılmış müddətdə ödəmədiyi, Distribyutorluq müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli Bildirişə əsasən xx.xx.2020-ci il tarixdə xx.xx.2018-ci il tarixli Müqaviləyə xitam verildiyi, distributor tərəfindən təchizatçıya 43777 manat məbləğində cərimə borcu və 235279,92 manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyanın 2 gün ərzində təchizatçının bank hesabına ödənilməsi, əks təqdirdə pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən hər iki iddia rədd edilməlidir. Belə ki, "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Distributorluq müqaviləsinin: 1.2-ci bəndinə əsasən təchizatçı müvafiq malları müəyyən edilmiş müddət ərzində çatdırmağı, distributor isə həmin malları təhvil alaraq müvafiq ödənişi yerinə yetirməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən malların təsviri və onların hər vahidinə görə müəyyən edilən qiymət bu Müqavilənin 1 saylı əlavəsinin ayrılmaz hissəsi olan Spesifikasiyada göstərilir. Spesifikasiyaya əsasən Distributor Təchizatçıya malların adı və kəmiyyəti, seriya nömrəsi, istehsal tarixi, çatdırılma ünvanı, o cümlədən çatdırılma tarixi və vaxtının qeyd olduğu Sifariş sənədini təqdim etməlidir. 1.4-cü bəndinə əsasən bu Spesifikasiya xx.xx.2019-cı il tarixində qüvvəyə minəcək və ona bu Müqavilədə müəyyən edilmiş qaydada dəyişikliklər edilmədiyi halda, hazırki müqavilə qüvvədən düşənədək qüvvədə qalmalıdır. Tərəflər Müqavilənin qüvvədə qalma müddətinin başa çatmasına 30 gün qalmış Müqavilənin ləğvi barədə bir-birililərinə bildiriş verməzlərsə, Müqavilənin müddəti uzadılacaq və eyni müddətə imzalanmış hesab ediləcəkdir. 1.5-ci bəndinə əsasən paylanılan mallar üçün Distributer xərcləri və qiymət əlavəsi (marja) hazırki müqavilənin bir hissəsi olan 2 saylı əlavədə müəyyən edilir. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ******* manat təşkil edir. Malların dəyəri AZN ilə göstərilir. Malların dəyərinə aşağıdakılar daxildir: qablaşdırma, gömrük rəsmiləşdirilməsi və malların Distributorun Bakıdakı anbarına daşınma xərcləri. 2.4-cü bəndinə əsasən Distributor gələcək günlərin tələbatını qarşılamaq üçün bütün ticarət əlaqələri boyunca davamlı olaraq 60 günlük orta satış həcminə ekvivalent olan miqdarda ehtiyat malları saxlamalıdır. Distributor ticarət obyektinə çatdırıldığı tarixdən 15 (on beş) gün keçən malların ümumi dəyərini həftəlik olaraq, tərəflər arasında razılaşdırılmış tarixdə ödəməlidir. Ehtiyatda saxlanılan və ya ticarət obyektinə çatdırıldığı tarixdən 15 (on beş) gün keçməyən haqqı ödənilməmiş mallar üçün X4 təqdim etməlidir. Bank Təminatının məbləği göstərilən bu limit çərçivəsində haqqı ödənilməyən malların (ehtiyat mallar + çatdırıldığı tarixdən 15 gün keçməyən mallar) dəyərindən az olmamalıdır. Göstərilən limit çərçivəsində malların dəyəri Bank Təminatının məbləğindən artıq olarsa, Distributor ya dərhal Təchizatçıya məbləğ fərqini ödəməli, ya da Bank Təminatının məbləğini artırmalıdır. 13.1.1-ci bəndinə əsasən Bu müqaviləni bağlayan hər bir tərəf müəyyən səbəbdən və ya heç bir səbəb olmadan, Müqavilənin ləğvi planlaşdırılan tarixdən 60 təqvim gün öncə digər tərəfə bildiriş göndərməklə bu Müqaviləyə istənilən vaxt xitam verə bilər. 13.2-ci bəndinə əsasən hər hansı tərəf öhdəliyin əhəmiyyətli dərəcədə yerinə yetirmədikdə və bərpa edilə biləcək qayda pozulması barədə yazılı bildirişin alındığı tarixdən etibarən 2 (iki) həftə ərzində bərpa edilməyən pozulmaya yol verdiyi halda, digər tərəf bu Müqaviləyə xitam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətlərinin mövcud olması onlar arasında bağlanmış müqavilələr əsasında müəyyən olunur. Hazırkı iş üzrə tərəflər arasında Distributorluq müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin ümumi dəyəri ******* manat müəyyən edilmişdir. Müqaviləyə əsasən təchizatçı müvafiq malları müəyyən edilmiş müddət ərzində çatdırmağı, distributor isə həmin malları təhvil alaraq müvafiq ödənişi yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən malların təsviri və onların hər vahidinə görə müəyyən edilən qiymətin bu Müqavilənin 1 saylı əlavəsinin ayrılmaz hissəsi olan Spesifikasiyada göstərilməsi, Spesifikasiyaya əsasən Distributor tərəfindən Təchizatçıya malların adı və kəmiyyəti, seriya nömrəsi, istehsal tarixi, çatdırılma ünvanı, o cümlədən çatdırılma tarixi və vaxtının qeyd olduğu Sifariş sənədinin təqdim edilməsi razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə təchizatçı tərəfindən distributora Distributorluq müqaviləsinə xitam verilməsi haqqında bildiriş ünvanlanmış və həmin bildirişdə 163521,51 manat pulu vaxtında ödəmədiyindən Müqavilənin 10.1-ci maddəsinə əsasən gecikdirilmiş həmin məbləğə hesablanmış 817,60 AZN cərimə məbləğinin 2 həftə ərzində ödənilməsi, pozuntular tam olaraq aradan qaldırılmasa və yeni pozuntulara yol verilsə, Təchizatçı tərəfindən Müqavilənin 13.2-ci maddəsinə əsasən həmin X2 müddəti bitdiyi tarixdə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunan bildiriş xx.xx.2020-ci il tarixdə distributor tərəfindən qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin məbləğ ödənilmiş və distributor tərəfindən həmin bildirişə cavab məktubunda tərəflərin işgüzar münasibətlərinin pozulmaması, habelə bildirişdə göstərilən gecikdirilmiş məbləğə görə müqavilə şərtlərinə əsasən hesablanmış məbləğin az olması səbəbindən qeyd olunan cərimə məbləğinin distributor tərəfindən təchizatçıya ödənildiyi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə təchizatçı tərəfindən distributora Distributorluq müqaviləsinə xitam verilməsi haqqında bildiriş ünvanlanmış və müqavilənin 13.1.1-ci maddəsinə əsasən həmin Müqaviləyə x xxxxxx 2020-ci il tarixdən xitam veriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə "İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə vurulmuş zərərin ödənilməsi barədə bildiriş ünvanlanaraq şirkətə dəymiş 399220,26 manat maddi ziyanın ödənilməsi tələb edilmişdir. İlk iddia tələbinin bir hissəsini xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi təşkil edir. Araşdırma zamanı müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı müqavilənin 13.1.1-ci bəndinə əsasən müqaviləyə xitam vermək hüququndan istifadə etmiş və müqaviləyə artıq 2020-ci ilin avqust ayında xitam verilmişdir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır. İlk iddia tələbinin bir hissəsini də 817,60 manat əsassız varlanma məbləğinin cavabdehdən tutulması təşkil edir. Belə ki, ilk iddia üzrə iddiaçı tələb olunan ödənilmiş 817,60 manat cərimə məbləğinin mövcudluğuna hər hansı əsasın olmamasını, öhdəliklərini vaxtında tam icra etməsi, gecikmələrə yol verilməməsini göstərsə də, əsassız ödəmə ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Gecikmələrə görə 817,60 manat cərimənin ödənilməli olması ilə bağlı bildirişə cavab olaraq iddiaçı cərimə kimi həmin məbləği qəbul edərək ödəmişdir. Qeyd olunanları nəzərə alaraq, 817,60 manat əsassız varlanma məbləğinin (əsassız varlanma halının nədən ibarət olmasını əsaslandırmamışdır) cavabdehdən tutulması tələbini məhkəmə əsassız sayaraq hesab edir ki, iddia həmin hissədə də əsassız olduğundan təmin olunmamalıdır. İlk iddia üzrə iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi, yəni distributor tərəfindən verilmiş sifariş sənədləri üzrə malların təqdim edilməməsi səbəbindən ona 399220,26 manat məbləğində maddi ziyanın, qarşılıqlı iddia tələbi üzrə iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması, yəni distributora təqdim edilmiş malların dəyərinin ödəmələrini gecikdirdiyini və bu səbəbdən də təchizatçıya həmin gecikdirilmiş ödəmələr üzrə 43777,00 manat cərimə borcu və əldən çıxmış faydaya görə 235279,92 manat məbləğində maddi zərər vurulmasını iddia etmiş və həmin məbləğlərin cavabdehdən tutulmasını xahiş etmişlər. Həm ilkin, həm qarşılıqlı iddia tələblərində tərəflər qeyd olunan müqavilə üzrə öhdəliklərə qarşı tərəfin lazımınca əməl etməmələrini bildirsələr də, istər ilk, istər qarşılqlı iddia üzrə iddiaçı qarşı tərəfin yol verdiyi pozuntulara dair sübut təqdim edə bilməmişlər. Belə ki, ilk iddia üzrə iddiaçı cavabdehdən 399220,26 manat maddi ziyanın tutulmasını tələb etsə də, qeyd olunan halı əsaslandırmamışdır. Belə ki, ilk iddia tələbinin vurulmuş zərərin ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan zərərin vurulması, vurulmuş zərərin təchizatçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, habelə vurulmuş zərərin həcminin hansı qaydada müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddia tələbində iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə gecikdirilmiş ödənişlərə görə hesablanmış cərimə, habelə əldən çıxmış fayda üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmiş, lakin cərimə məbləğinin hesablanması, istinad edilən ödənişlərin əvəzində malların təqdim edilməsi öhdəliyinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qarşılıqlı iddia tələbinin əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşlılıqlı iddia üzrə iddiaçı əldən çıxmış faydanın dəyərinin müəyyən edilməsini təmin edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki qüvvədə olan qanunvericliyin imperativ tələbi olaraq tərəf ona vurulmuş ziyanın təsdiq edilməsi, habelə ziyanın dəyməsində qarşı tərəfin təqsirinin olması və ziyanın həcminin müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə araşdırması zamanı hər iki iddia tələbi üzrə tərəflərin yerinə yetirmədikləri öhdəliklər, habelə natamam yerinə yetirdikləri öhdəliklər barədə sübutlar məhkəmə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hər iki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı cərimənin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2671/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2671/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver