Məhkəmə qərarları › İş №e-2-2(113)-2673/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2673/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2673/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən 4352,44 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4382,44 manat pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddia üzrə sadələşdirilmiş qaydada ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən iddia tələbini təsdiq edən sənəd (cari faktura) məhkəməyə təqdim olunmamışdır, yəni, iddiaçı “Elektron məhkəmə” informasiya sisteminə yükləmiş sənədi (cari faktura) Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirməmişdir (“Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş cari fakturanı əldə etmək mümkün olmur, səhv - PDF sənədi yükləmək olmur paneli açılır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənəd (cari faktura) İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmadığından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 14.01.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar