Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2675/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdeh «X1 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinə («X1 Klubu” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus 4796,55 manat (dörd min yeddi yüz doxsan altı manat əlli beş qəpik) məbləğində pul vəsaiti, habelə ödənilmiş 68 manat dövlət rüsumunun Cavabdeh MMC” MMC-dən tutularaq İddiaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 oktyabr 2024-cü il tarixdə AZG-P/xx.xx/2024 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC satıcı İddiaçı MMCdən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtlıvaxtında etmədiyinə görə ümumillikdə satıcı İddiaçı MMC-yə 4796,55 manat (dörd min yeddi yüz doxsan altı manat əlli beş qəpik) borcu yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində «X1 Klubu” MMC arasında xx.xx.2024-cü il tarixli, AZG-P/xx.xx/2024 nömrəli alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri, suları və alkoqollu içkiləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd edilən miqdarda, çeşiddə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcının alıcı alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində müqavilənin icrasından imtina etdikdə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada alıcıdan ona dəymiş zərərin ödənilməsini tələb etmək; alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamaq və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, müqaviləni ləğv etmək və əşyanı geri götürmək və dəymiş zərərin, bu müqavilə ilə nəzərdə tutulmuş cərimə məbləğinin və dəbbə pulunun ödənilməsini tələb etmək hüquqları vardır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcının malın qiymətini müqavilənin 3-cü maddəsi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödəmək, hazırkı müqavilə ilə və ya qanunvericiliklə nəzərdə tutulan öz öhdəliklərini icra etməməsi və ya bu müqavilə ilə nəzərdə tutulmuş ödənişi gecikdirməsi səbəbi ilə satıcıya dəyən maddi zərəri, satıcının işgüzar nüfuzuna dəyən zərərin əvəzini və bu müqavilə ilə nəzərdə tutulmuş dəbbə pulunu və cərimə məbləğini ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlər siyahısı ilə razılaşdırılır. Müqavilənin 3.6-cı bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti köçürülmə formasında 7 gündən gec olmamaq şərti ilə ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə satıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə satıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, satıcının işgüzar nüfuzuna dəyən zərəri, bu müqavilə ilə nəzərdə tutulmuş ödənişi gecikdirdiyi üçün müəyyənləşdirilmiş cərimə məbləğini və dəbbə pulunu, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin satıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir. Müqavilənin 6.2ci bəndinə əsasən alıcı müqavilənin 2.4.2-ci, 2.4.3-cü və 2.4.10-cu maddəsi ilə müəyyən olunan vəzifəsinin icra müddətini gecikdirdikdə satıcıya hər gecikdirilən gün üçün müqavilə qiymətinin 1 (bir) %-i miqdarında, gecikdirilən günlərin sayı 30 gündən gec olduqda isə (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 2 (iki)% miqdarında dəbbə pulu ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11353878 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən «X1 Klubu” MMC-yə yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 4796,3058 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli topdan satış fakturasının məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən «X1 Klubu” MMC-yə ümumi dəyəri 4796,55 manat olan mal satılmışdır. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “müştəri hərəkətləri hesabatı” adlı sənədin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən «X1 Klubu” MMC-yə ümumi dəyəri 4796,55 manat olan mal göndərilmişdir. - İddiaçı MMC və «X1 Klubu” MMC arasında imzalanmış və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli borcların qarşılıqlı üzləşmə aktının məzmunundan görünür ki, aparılmış əməliyyatlar üzrə xx.xx.2024-cü il tarixinə «X1 Klubu” MMC-nin İddiaçı MMC-yə 4796,55 manat məbləğində borcu vardır. Akt cavabdehin direktoru tərəfindən imzalanmışdır. - xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunundan müəyyən edilir ki, «X1 Klubu” MMC-nin İddiaçı MMC-yə 4796,55 manat məbləğində borcu vardır. - «X1 Klubu” MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli borcun etirafı ərizəsində xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 4796,55 manat borcu xx.xx.2025-ci il tarixinədək ödəniləcəyi qeyd edilmiş və bu barədə öhdəlik götürülmüşdür. - İddiaçı MMC tərəfindən «X1 Klubu” MMC-yə göndərilmiş 017-25 nömrəli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 4796,55 manat borcun 5 (beş) gün ərzində ödınilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacaöı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri, suları və alkoqollu içkiləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə qeyd edilən miqdarda, çeşiddə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə razılaşdırılmış qaydada iddiaçı tərəfindən cavabdehə mallar göndərilmiş, cavabdeh tərəfindən təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən ödəniş öhdəlikləri yerinə yetirilməmiş, nəticədə iddiaçıya borc yaranmışdır. Borcun mövcudluğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli topdan satış fakturasında İddiaçı MMC tərəfindən «X1 Klubu” MMC-yə satılan malların ümumi dəyərinin 4796,55 manat olduğu qeyd edilmişdir. «X1 Klubu” MMC tərəfindən satış fakturası təsdiq edilmişdir. Bundan əlavə, tərəflər arasında xx.xx.2024-cü il tarixində üzləşmə aktı imzalanmışdır. Həmin aktla da cavabdeh borcunu təsdiq etmişdir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya ərizə göndərilmiş və müqavilə üzrə mövcud olan 4796,55 manat borc etiraf edilmiş və xx.xx.2025-ci tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh «X1 Klubu” MMC-dən xx.xx.2024-cü il tarixli, AZG-P/xx.xx/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4796,55 manat (dörd min yeddi yüz doxsan altı manat əlli beş qəpik) məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,97 manat (altmış yeddi manat doxsan yeddi qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4796,55 manat (dörd min yeddi yüz doxsan altı manat əlli beş qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,97 manat (altmış yeddi manat doxsan yeddi qəpik) olmaqla, cəmi 4864,52 manat (dörd min səkkiz yüz altmış dörd manat əlli iki qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Zeynəb Axundova