Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2680/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi , Rəhmanov Elçin Natiq oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2017-ci il tarixli, 0091-AT-GM/17 saylı “Ehtiyat hissələrinin satışı müqavilə”sinə əsasən 4573,60 manat məbləğqində borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4603,60 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra tərəflərin nümayəndələri ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçının və cavabdehin nümayəndələri barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu ərizədə göstərmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən iddiaçı - İddiaçı MMC, digər tərəfdən cavabdeh - Cavabdeh MMC arasında 0091-AT-GM/17 saylı “Ehtiyat hissələrinin satışı müqavilə”si (bundan sonra – Müqavilə) əsasında yaranmış mübahisəyə dair, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881-ci, Mülki-Prosessual Məcəlləsinin 52-ci, 191.2-ci və 370-ci maddələrini rəhbər tutaraq, iddiaçı ilə cavabdeh aşağıdakı əsaslarla razılığa gələrək, barışıq sazişini imzaladılar:
1. İddiaçı Cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh İddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.
2. Cavabdeh İddiaçı ilə arasında bağlanmış Müqavilə üzrə yaranmış 4573,60 (dörd min beş yüz yütmiş üç, 60) manat məbləğində əsas borc və 30 (oyuz) manat məbləğində dövlət rüsumunu qəbul edir.
3. Cavabdeh borcun ödənillməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür:
№ Son ödəniş tarixi Ödənilmiş məbləğ Qalıq borc
1. xx.xx.2020 1 500,00 3 103,60
2. xx.xx.2020 1 500,00 1 603,60
3. xx.xx.2021 1 603,60 0
4. Cavabdeh qalıq borc məbləğinin bu Barışıq Sazişində nəzərdə tutulmuş qaydada geri qaytarılmasını öz öhdəsinə götürür.
5. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin icrası xx xxxxxx 2021-ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə İddiaçının X5 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu Barışıq Sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini Cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.
6. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir.
7. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və Tərəflərin hər birində bir nüsxədə saxlanılması üçün təqdim edilir.
8. X3 oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.
9. X5 Cavabdehin İddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki Tərəf tərəfindən imzalandığı tarixdən, Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı saziş Tərəflər bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin: 1.İddiaçı Cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh İddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.
2. Cavabdeh İddiaçı ilə arasında bağlanmış Müqavilə üzrə yaranmış 4 573,60 (dörd min beş yüz yütmiş üç, 60) manat məbləğində əsas borcunu və 30 (oyuz) manat məbləğində dövlət rüsumunu qəbul edir.
3. Cavabdeh borcun ödənillməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür:
№ Son ödəniş tarixi Ödənilmiş məbləğ Qalıq borc
1. xx.xx.2020 1 500,00 3 103,60
2. xx.xx.2020 1 500,00 1 603,60
3. xx.xx.2021 1 603,60 0
4. Cavabdeh Qalıq borc məbləğinin bu Barışıq Sazişində nəzərdə tutulmuş qaydada geri qaytarılmasını öz öhdəsinə götürür.
5. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin icrası xx xxxxxx 2021-ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə İddiaçının X5 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu Barışıq Sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini Cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.
6. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir.
7. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib eilir, imzalanır və Tərəflərin hər bitində bir nüsxədə saxlanılması üçün təqdim edilir.
8. X3 oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlaa izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.
9. X5 Cavabdehin İddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki Tərəf tərəfindən imzalandığı tarixdən, Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı saziş Tərəflər bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, elan olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova