Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2687/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh -M-TND” MMC-dən 1.269.60 (bir min iki yüz altmış doqquz manat. 60 qəpik) manat əsas borcun, həmin borcu vaxtında ödəmədiyinə görə hesablanmış 126.96 (bir yüz iyirmi altı manat 96 qəpik) manat cərimə borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı "X2" MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdeh M-TND” MMC-dən 1.269.60 (bir min iki yüz altmış doqquz manat altmış qəpik) manat əsas borcun, həmin borcu vaxtında ödəmədiyinə görə hesablanmış 126.96 (bir yüz iyirmi altı manat doxsan altı qəpik) manat cərimə borcunun, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı "X2" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, arasında sürtkü yağları və fılterlərin alqısatqısına dair 22 fevral 2018-ci il tarixli, 220218ML01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə görə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan "qiymət razılaşdırması protokolu" ilə müəyyən edilmişdir. Qeyd edilən müqavilə əsasında cavabdehə 24 sentyabr 2019-cu il tarixli Elektron Qaiməyə əsasən umumi dəyəri 1269.60 (bir min iki yüz altmış doqquz manat. 60 qəpik) manat məbləğində mallar təqdim edilsə də. cavabdeh tərəfindən həmin malların dəyərinin ödənilməsi təmin edilməmişdir. Yaranmış borcun müqavilə şərtlərinə əsasən ödənilməsi üçün tərəflər arasında hər hansı razılıq əldə edilmədiyindən hazırkı mübahisənin (əsas və cərimə borcunun, ödəniliş dövlət rüsumunun) məhkəmə qaydasında cavabdehdən tutulması zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qevd edilən müqavilənin 7.2.1-ci bəndinin şərtlərinə əsasən "Alıcı" tərəfindən ödənişlərin mallar təhvil verildikdən sonra 5 (beş) iş günü ərzində həyata keçirilir. Ödənişin hər gecikdirilmiş günü üçün ümumi məbləğin 0.2% həcmində, toplam ildə 10%-dan artıq olmayaraq cərimə tətbiq edilir. İddia ərizəsinə əlavə olunmuş pretenziya məktubunun tərtib edildiyi tarixə "xxxx" MMC-yə təqdim olunmuş malların dəyərini bir il müddətində ödəməməsinə görə (1269.60 x 10% x 1 = 126.96) 126.96 (bir yüz iyirmi altı manat doxsan altı qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Cavabehin öhdəliyini icra etməməsi və qeyd olunan borc məbləğinin bu günədək bizə ödənilməməsi nəticəsində yaranmış maliyyə çətinliyi səbəbindən dövlət və qeyri-dövlət orqanları qarşısında mtiväfiq öhdəliklərimizi icra edilməsində çətinliklər yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 22 fevral 2018-ci il tarixli, 220218ML01 müqavilə bağlanmışdır. Tərəflər bu müqavilədə təsdiq edirlər ki. Alıcı məhsulların alınması və xidmətlərin göstərilməsi üçün Satıcının təklif etdiyi şərtlər ilə razılaşmışlar. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” hazırki müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və fılterlər (bundan sonra müqavilədə "Mal" adlandırılacaq) “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malı qəbul etməyi və malın dəyərini “Satıcı”-ya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”- nda göstərilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Malın dəyərinə qablaşdırılma və “Alıcı”-nın Bakı şəhəri ərazisindəki anbarlarına çatdırılma xərcləri daxildir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən "Satıcı” bu müqavilə imzalandığı tarixdən, “Alıcı” tərəfindən öncədən sifarişi qəbul edir və sifarişlərə uyğun olaraq razılaşdırılmış çeşiddə, miqdarda və müddətdə malı “Alıcı”- nınnümayəndəsinə təhvil verir. Həmin Müqavilənin 3.2-cı bəndinə əsasən “Satıcı” satışa təklif edilən mal haqqında “Alıcı”-ya zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Satılan malın keyfiyyəti və kəmiyyətində hər hansı bir qüsur aşkar olunduqda, “Satıcı” həmin qüsuru 15 (on beş) iş günü ərzində öz hesabına aradan qaldırmağı öhdəsinə götürür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən Bu müqavilə qüvvəyə mindikdən sonra, “Satıcı” “Alıcı”-nın sifarişinə əsasən satdığı malı qaimə-faktura və/ və ya Təhvil-təslim aktı əsasında “Alıcı”-nın Bakı şəhərindəki anbarlarında təhvil verir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən Mal “Alıcı”-ya verildiyi andan, malların təsadüfən məhv olması və ya zədələnməsi riski “Alıcı”-mn üzərinə düşür. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə ödənişlər “X1”- na əsasən həyata keçirilir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən ödəniş şərtləri “X1”-da göstərilmədiyi halda mallar təhvil verildikdən sonra, 5 (beş) iş günü ərzində həyata keçirilir və aşağdakı şərtlər giivvəyə minir. Həmin Müqavilənin 7.2.1-ci bəndinə əsasən Ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində, toplam ildə 10%- dan artiq olmayaraq, cərimə ödəməyi “Alıcı” öz öhdəsinə götürür. İş Materiallarına əlavə edilmiş 17.05.2021-ci il tarixli AC170520212 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 24 saylı vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 24.09.2018-ci il tarixli 6 nömrəli X1nda görünür ki, tərəflər “Mobil Delvac MX 15W40 (20lt)” və “Mobilube HD 80W90 (16 kq) adlı malların cəmi dəyərləri ƏDV daxil 745,9 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş EBAA seriyalı 242118 nömrəli 24.09.2019-cu il tarixli Elektron qaimədən görünür ki, ümumilkdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış mallar üzrə borcu 1269,90 manat təşkil edir. Qeyd olunan eletron qaimə faktura hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş 28.06.2021-ci il tarixli və 29.06.2021-ci il tarixli 006XOH********** nömrəli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 1261,44 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 22 fevral 2018-ci il tarixli, 220218ML01 müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş əlavələr üzrə müqavilənin dəyəri satılacaq avadanlıqların miqdarı və dəyərləri müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə malların təhvil verilməsi halı işin mübahisəsiz halıdır. Eyni zamandan cavabdeh tərəfindən iddia tələbi üzrə göstərilən əsas borcun 1261,44 manat hissəsi məhkəmə araşdırması dövründə ödənildiyindən, hal hazırda əsas borc 8.16 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 11933.18 manat əsas borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 22 fevral 2018-ci il tarixli, 220218ML01 müqavilə üzrə Cavabdeh MMC-dən 8.16 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 126.96 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 12 manat cərimənin qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və vəkilə ödənilən məbləğin əvəzi olaraq 350 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 8.16 manat əsas borc, həmin borcu vaxtında ödəmədiyinə görə hesablanmış 12 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 350 manat məbləğində hüquqi xidmət haqın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC–nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 8.16 (səkki manat on altı qəpik) manat əsas borc, həmin borcu vaxtında ödəmədiyinə görə hesablanmış 12 (on iki) manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində hüquqi xidmət haqqı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC–nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2687/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2687/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver