Məhkəmə qərarları › İş №e-2-2(113)-2688/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2688/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2688/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh X1rşı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində göstərməklə) “müqavilə üzrə öhdəliyin yerinə yetirilməəsi və payın müəyyən olunması) tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində göstərməklə) “müqavilə üzrə öhdəliyin yerinə yetirilməəsi və payın müəyyən olunması) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 25.08.2014-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi, eləcə də, müqavilənin icrası ilə əlaqədar tərəfindən çəkilən xərclərin əvəzi olaraq, X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahələrinin (ikimərtəbəli “Ticarət Mərkəzinin”) onda bir hissəsi (yəni 10%-i) miqdarında payın İddiaçı adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlərin təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; 25.08.2014-ci il tarixli müqavilənin icrası ilə əlaqədar xərclərin, əvəzi olaraq cavabdeh X4 ilə «xxxx» MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 nömrəli müqavildə göstərilən və Binəqədi rayon İcra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akta əsasən Ağarəhimov İqar Ağarəhimoviçin mülkiyyətinə təhvil verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş 4564 kv.m. qeyri-yaşayış sahələrinin (ikimərtəbəli “Ticarət Mərkəzinin”) onda bir hissəsinə (yəni 10%-nə) iddiaçının (yəni İddiaçı) payının müəyyən edilməsi, həmin hissəyə pay hüququnun tanınması və göstərilən qeyri-yaşayış sahələri üzərindəki onda bir (yəni 10%) paya uyğun əmlak hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələrin aradan qaldırılması və müqavilə üzrə öhdəliyin tam yerinə yetirilməsi vəzifəsi iddiaçıya tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında əlavə edilmiş qəbzdə 20 manat dövlət rüsumunun ödənilməsi qeyd olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna edilmiş və 01 yanvar 2013-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən məhkəmyə iddia ərizəsi verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbəğlində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməli və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X1rşı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs qismində göstərməklə) “müqavilə üzrə öhdəliyin yerinə yetirilməəsi və payın müəyyən olunması) tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar