Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2689/2022 16.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, avadanlığın geri qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə və zaminlik müqaviləsinə əsasən yaranmış 27313,05 manat gecikdirilmiş əsas borc, 4086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 31399,30 (otuz bir min üç yüz doxsan doqquz manat otuz qəpik) manat məbləğində pul və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi, həmçinin lizinq predmeti olan 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlığın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçı "xxxx" ASCyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 aprel 2020-ci il tarixli KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 468006 manat təşkil etmişdir. Həmin məbləğin 185640 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 93606 manat məbləğində ilkin ödəniş, 18720,24 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 3088,84 manat sığorta haqqı, 175 manat lizinq obyekinin qeydiyyat xərci Cəmiyyətə ödənilmişdir. Eyni zamanda Cavabdeh2 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 27313,05 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 4.2ci bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 4086,25 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PLX-22/0012 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, mediasiya sessiyasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 200 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ASC qarşısında “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 27313,05 manat gecikdirilmiş əsas borcu, 4086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, həmin ödənişləri icra etməkdən yayınır. Lizinq müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-dən 7 ədəd texnika götürülmüşdür. Həmin texnikalardan 2 ədədini ümumiyyətlə istifadə etməmiş, qalan 5 ədədi isə onun istifadəsindədir. İddiaçı ASC-nin iddia tələbini qismən etiraf edir. Belə ki, ilkin kredit üzrə 20 % (yəni 93000 manat) onun tərəfindən ASCyə nağd şəkildə ödənilmişdir. Hər ay isə hissə-hissə olmaqla 44000 manat ödəniş edilmişdir. 40 % məbləğində ödəniş dövlət tərəfindən həyata keçirilmişdir. Müqavilə üzrə ümumi məbləğ 468000 manat təşkil edir. Həmin məbləğdən 40 % məbləğ çıxıldıqdan sonra cəmi 281000 borc manat qalır. İlkin olaraq ödənilmiş 93000 manat və hissə-hissə olaraq ödənilmiş 44000 manat məbləğlər nəzərə alınmaqla, ümumilikdə bu günə 143000 manat borc qalmışdır. 2 ədəd texnikadan ümumilikdə istifadə edilmir və həmin 2 ədəd texnikanın qiyməti 133000 manat təşkil edir. 2 ədəd texnika qaytarılacağı təqdirdə məbləğdən 40 % çıxılsa (80000 manat), ASC-yə yekun qalan 143000 manat borcdan qalan qəti borc 63000 manat təşkil edəcəkdir. Qeyd edilən 63000 manat məbləğ üzrə isə yeni ödəniş qrafiki təyin edilərək hissə-hissə ödəniləcəkdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, ona 7 ədəd avadanlıq təhvil verilsə də, 2 ədəd texnikadan istifadə etmir, şifahi formada iddiaçıya həmin 2 ədəd avadanlığın qaytarılması ilə bağlı müraciət etmişdir. İddia tələbini qismən, borcun tutulması hissəsində qəbul edir və iddianın qismən təmin olunmasına etiraz etmir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - Müqaviləyə edilən 1 nömrəli Əlavədə qeyd olunmuşdur ki, lizinq obyektinin: “YN-19- PSC” markalı kartofçıxaran və kartofyığan avadanlığın dəqiq təsviri göstərilmişdir. - Müqaviləyə edilən 2 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2020ci il tarixdə 3041,13 manat, sonrakı aylarda isə (xx.xx.2025-ci ilədək) hər ay 3146 manat, sonuncu ödəniş isə xx.xx.2025-ci il tarixdə 104,87 manat məbləğində ödənişlər etməli idi. - Lizinq obyektinin təhvil-təslim aktında qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinə əsasən 6 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan lizinq alan – Cavabdeh2 təhvil verildi. Aktın sonunda lizinq alan – Cavabdeh2 texnikanı işə saldığını, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik rənginin solmasını aşkar etmədiyini öz imzası ilə təsdiq etmişdir. - Lizinq obyektinin təhvil-təslim aktında qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/0001-İ-01 nömrəli İlkin Lizinq müqaviləsinə əsasən 1 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan lizinq alan – Cavabdeh2 təhvil verildi. Aktın sonunda lizinq alan – Cavabdeh2 texnikanı işə saldığını, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik rənginin solmasını aşkar etmədiyini öz imzası ilə təsdiq etmişdir. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli, KTA- KTT-20/0001-İ-01-Z nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/0001-İ-01 nömrəli İlkin Lizinqi müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 lizinq verən qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış lizinq müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 lizinq verən qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - xx.xx.2022-ci il tarixli, PLM-22/0148/1 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh2 İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə qədər 27313,05 manat gecikdirilmiş əsas borc, 4086,25 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 31399,30 (otuz bir min üç yüz doxsan doqquz manat otuz qəpik) manat öhdəliyi vardır. - İddiaçı ASC xx.xx.2022-ci il tarixli, PLX-22/0012 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh1 və Cavabdeh2 müraciət edərək, 3 (üç) iş günü müddətində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə müqavilə şərtlərinin təmin edilməsi və müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış lizinqi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh1 İddiaçı ASC ilə zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 lizinq verən qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehlər tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsələr də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmişlər, ona görə də iddiaçının cavabdehlərə qarşı müqavilənin ləğvi, lizinq obyekti olan avadanlıqların saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə və zaminlik müqaviləsinə əsasən yaranmış 27313,05 manat gecikdirilmiş əsas borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinin: 1.4 və 1.5-ci bəndlərinə əsasən lizinq obyektinin qiyməti 468006 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 185640 manat müəyyən edilmişdir. 2.2, 2.3, 2.3.1, 2.3.2, 2.3.3, 2.4, 2.5, 2.5.1, 2.5.2, 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən lizinq ödənişlərinin ümumi məbləği 317866,45 manat (Avans məbləği 93606 manat, lizinq obyektinin qalıq dəyəri 188760 manat, lizinq verənin mükafat məbləği 35500,45 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 21984,08 manat, sığorta haqqı (illik) 3088,84 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 18720,24 manat, lizinq obyektinin qeydiyyat xərcləri 175 manat) müəyyən edilmişdir. 8.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini liziııq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 15.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 20.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 20.1.1-ci bəndə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyil; 20.1.2ci bəndə əsasən lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; 20.1.3-cü bəndə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib; 20.1.7-ci bəndə əsasən lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıbsa. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcla bağlı hissədə təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27313,05 manat (iyirmi yeddi min üç yüz on üç manat beş qəpik) məbləğində əsas borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərdən müştərək qaydada 4086,25 manat məbləğində dəbbə pulunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” X1 arasında 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinin: 20.3-cü bəndinə əsasən Lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Lizinq verənə təhvil verilməyibsə, Lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onarın təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin ilkin dəyərinin 0,5%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehlərdən müştərək qaydada tutulacaq dəbbə pulu 1000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissələrini İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi və lizinq predmetini təşkil edən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” X1 arasında 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinin: 20.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 20.1.3-cü bəndə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib; 20.1.7-ci bəndə əsasən lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıbsa. 20.5-ci bəndinə əsasən lizinq müqaviləsinin şərtləri lizinq alan tərəfindən pozulursa, o cümlədən, lizinq müqaviləsinin 20.1-ci bəndində göstərilən hallarda, lizinq verəndən lizinq alana keçən lizinq obyektindən sahiblik və istifadə hüquqlarına heç bir kompensasiya ödəmədən tərəflər arasında bağlanmış hər hansı digər lizinq müqaviləsinə birtərəfli qaydada xitam verə bilər. 20.6-cı bəndinə əsasən lizinq verən lizinq alana yazılı məlumat verməklə müqavilənin 20.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini ağlabatan qiymətə sata bilər. Müqavilə ləğv olunduğu andan 15 (on beş) təqvim günü ərzində lizinq alan lizinq obyektinin alınmasında üstünlük hüququna və lizinq obyektinin alıcısını göstərmək hüququna malikdir. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə yuxarıda qeyd olunan müqavilə şərtlərini, qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilməli, lizinq predmetini təşkil edən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılmalıdır. İddiaçı 200 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, mediasiyaya görə 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27313,05 manat (iyirmi yeddi min üç yüz on üç manat beş qəpik) əsas borc, 1000 (min) manat cərimə, 100 (yüz) manat mediasiya xərci olmaqla, ümumillikdə 28413,05 manat (iyirmi səkkiz min dörd yüz on üç manat beş qəpik) məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 aprel 2020-ci il tarixli, KTA-KTT-20/0840 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə xitam verilsin, lizinq predmetini təşkil edən 7 ədəd “YN-19-PSC” markalı kartofçıxaran və kartofyığan avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2689/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2689/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver