Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2698/2020 29.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı X2 Cavabdehnə qarşı “pul” barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı X1 iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə ödənilməli olan 6112,80 manat ƏDV ödənişini, 864,61 manat büdcəyə ƏDV borcunu (faiz) və 30 manat dövlət rüsumunu, cəmi 7007,41 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ********** saylı VÖEN-nin sahibi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2/19 nömrəli alqı-satqı müqaviləsinə (bundan sonar “Müqavilə”) əsasən o satıcı, Cavabdeh isə alıcı olaraq iştirak etmişdir. Müqavilənin 1.1-ci maddəsinə görə “alıcı” alınacaq malları sifariş verib “satıcı”ya razılaşdırılmış məbləği ödəməyi, “satıcı” isə “alıcı”nın müəyyən etdiyi qaydada malları satmağı öhdəsinə götürmüşdür. Müqavilənin predmeti qismində çıxış edən mallar isə xx.xx.2019-cu il tarixli ABAB seriyalı 615277 №-li elektron qaimədə göstərilmiş 10 (on) adda mallar təşkil edir. Müqavilənin 4.1 –ci maddəsinin mənasına əsasən bu müqavilə üzrə vergi daxil olmaqla Satış məbləği müqaviləyə edilmiş əlavələrlə müəyyən ediləcəkdir. Elektron qaimədən də göründüyü kimi müqavilə üzrə qiymət 40072,80 manat ( 6112.80 manat ƏDV daxil olmaqla) təşkil edir və tərəflər bu barədə razılıqlarını elektron qaydada ifadə ediblər. Alıcı - Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməyərək bu günədək 6112,80 manat ƏDV məbləği ödəməmişdir. Müqavilə üzrə 33960 manat məbləğində ödəniş etmişdir. Eyni zamanda cavabdeh tərəfindən ƏDV ödənişi vaxtında ödənilmədiyinə görə, hələ də gecikdirildiyinə görə büdcəyə ƏDV borcu (faiz) 864,61 manat yaranmışdır. Bununla cavabdehin öhdəliyinin vaxtında icra etməməsinə görə ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində 6112,80 manat ƏDV ödənişi, 864,61 manat büdcəyə ƏDV borcu (faiz) olmaqla, cəmi 7007,41 manat məbləğində borcun ödənilməsi tələb olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 864,61 manat büdcəyə ƏDV borcu (faiz) hissəsində tələbetmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı X2 Cavabdehnə qarşı “pul” tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı X4 izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2698/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2698/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver