Məhkəmə qərarları › İş №e-2-2(113)-270/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-270/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-270/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 216,27 manat məbləğində abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 236,27 manat məbləğində vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, ********* saylı “Abunə Müqaviləsi”nə əsasən “xxxx” ASC özünə məxsus (050) *** ** ** mobil nömrə ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 216,27 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə Müqviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, Azercell abunəçiyə faktura kəsildiyi tarixdən 45 gün təqvim günü sonra növbəti təqvim günündən başlayaraq, gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi məbləği borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə borc(lar) tam ödənilənə qədər Azercell tərəfindən davam etdirilir. “xxxx” ASC-nin öz borcunun ödəməsinin son tarixi xx.xx.2016-cı il müəyyən olunsa da o, müqavilənin şərtlərini pozaraq borcunu ödəməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında müəyyən razılaşma əldə edildiyindən hazırki borc pulun tələb edilməsinə zərurətin qalmadığını, AR MPM-nin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərzisəni və ona əlavə edilmiş sənədləri baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 işin mahiyyəti üzrə həll olunmasını tələb edərək, izahatında Azərbaycan Respubilkasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli qərarına əsasən məhkəmədə baxılmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə vəsatət (ərizə) təqdim edərək əlavə olaraq bildirmişdir ki, hazırda tələb olunan pulun son ödəmə tarixi 2016-cı ilin aprel ayının 15 olsa da, iddiaçı hazırki tələblə bağlı məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında göstərilir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki tələbə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxxx 2019-cu il tarixli, ********* nömrəli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı 216,27 manat məbləğində abunə və xidmət haqqı, həmçinin 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 236,27 manat məbləğində vəsaitin cavabdehdən tutulması tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə icraata xitam verilsin. 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx xxxxx 2019-cu il tarixli, ********* nömrəli qəbz İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçınə izah edilsin ki, hazırki tələblə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməlidir. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar