Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2708/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “QMED X2 Kimya CO.” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “QMED X2 Kimya CO.” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı “QMED X2 Kimya CO.” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC -dən13424.27 ƏDV daxil (On üç min dörd yüz iyirmi dörd manat, iyirmi yeddi qəpik), hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 750 (yeddi yüz əlli ) manat və ödənilmiş dövlət rüsumu 132.52 (yüz otuz iki manat, əlli iki qəpik ) manat olmaqla, cəmi 14306.79 (on dörd min üç yüz altı manat, yetmiş doqquz qəpik) manat pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı“QMED SAĞLİK TURİZM DİAGNOSTİC KİMYA ”COM.MC (İcraçı) ilə cavabdeh"xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 02 saylı“tibbi –xidmət” müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İcraçıelektron-qaimə əsasən göstərilmiş xidməti nəzərdə tutulmuş şərtlərlə Sifarişçiyə göstərməyi, bunun qarşılığında isə Sifarişçimüqavilə qiymətini ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin tələblərinə uyğun olaraq İddiaçı M1M34C24.27 ƏDV daxil (On üç min dörd yüz iyirmi dörd manat, iyirmi yeddi qəpik) manat məbləğində tələb olunan analiz xidmətlərini elektron qaiməyə əsasən icra etməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bununla daİddiaçı MMC 113424.27 ƏDV daxil (On üç min dörd yüz iyirmi dörd manat, iyirmi yeddi qəpik) məbləğində maddiziyan vurululmuşdur. Borcun ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə dəfələrlə sözügedən müqavilənin dəyərinin tam şəkildə ödənilməsi tələb olunsa da,cavabdeh nə bu tələblərə əhəmiyyət verməmiş, nə də borc pulməbləğini geri qaytarmamışdır..
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:
9. İddiaçı “QMED X2 Kimya CO.” MMC (“icraçı”) ilə cavabdeh "xxxx" MMC (“sifarişçi”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli tibbi xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı Sifarişçi tərəfindən göndərilən nümunələrə laborotor təhlil xidməti göstərir,“Sifarişçi” isə bunun müqabilində hər analizlərin qiymətlərinin qarşılıqlı razılaşdırılmış siyahı əsasında ödənilməsini öhdəsinə götürür.Qiymətlərə ƏDV daxil deyildir. - 1.2-ci bəndinə əsasən icraçı Sifarişçi tərəfindən verilən sifarişlər əsasında Reaktivlərin satışını yerinə yetirir - 2.1.2-ci bəndinə əsasən Analiz ödənişləri hər ayın 14-cü və 28-ci günlərində yerinə yetirilməsini təmin edir. - 3.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini lazımınca icra etməməsinə görə digər tərəfə vurulmuş ziyanla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı tərəfindən cavabdehə MT2405 00008880 saylı xx.xx.2024-cü il tarixli 2253.8 manat, MT2405 11319791 saylı xx.xx.2024-cü il tarixli 3195.39 manat, MT2406 11557068 saylı xx.xx.2024-cü il tarixli 4012 manat, MT2408 10199402 saylı xx.xx.2024-cü il tarixli 5432.13 manat, MT2408 11756133 saylı xx.xx.2024-cü il tarixli 3721.13 manat, MT2409 11753066 saylı xx.xx.2024-cü il tarixli 4010 manat, MT2412 10898676 saylı xx.xx.2024-cü il tarixli 1467.33 manat, MT2412 10898586 saylı xx.xx.2024-cü il tarixli 2923.45 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığından görünür ki, iddiaçı tərəfindən “Praym Leqal” Vəkil bürosunun hesaıbına 750 manat pul köçürülmüşdür.
12. İş materiallarında olan pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu 3 gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. - 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.
14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “QMED X2 Kimya CO.” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 02 saylı “tibbi –xidmət” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş tibbi xidmətləri göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə “QMED X2 Kimya CO.” MMC -yə olan əsas borcu 13424.27 manat təşkil edir.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun 13424.27 manatın tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 750 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 133 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
22. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 133 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən 13424.27 (on üç min dörd yüz iyirmi dörd manat iyirmi yeddi qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi məqsədilə vəkilə ödənilmiş 750 (yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumu kimi 132.52 (yüz otuz iki manat əlli iki qəpik) manat məbləğ tutularaq iddiaçı “QMED X2 Kimya CO.” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova